02.09.2021 Gündəlik Bürclər (2 Sentyabr 2021 Günlük Bürclər)

01 Eylül 2021
3 337
0
02.09.2021 Gündəlik Bürclər (2 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Həyat eşqi bir balaca sönük olduğundan fiziki işdən uzaq dursanız yaxşıdır. Sakit istirahət və ya intellektual oyunlar oynamaq məsləhətdir. Keçmişdə baş verən hadisələrə maraq artacaq. Yola çıxmaq olar, yeni təəssüratlar xoş olacaq. Ancaq avtomobildə uzun və yorucu səfər, xüsusilə də gecə saatlarında məsləhət deyil.

Buğa
Planlarınızı reallaşdırmaq üçün əlverişli gündür. Uzaq qohumlarla təmasda olmaq üçün münasib gündür. Bu təmasdan faydalanaraq mübahisəli əmlak və ya maliyyə məsələlərinə aydınlıq gətirə bilərsiniz. Ehtimal ki, gözləmədiyiniz mənbədən gəliriniz olacaq. Romantik münasibətlər üçün əlverişli gündür.

Əkizlər
Gün işdə uğur vəd edir. Sizin üçün vacib olan işdə inkişaf danılmazdır. Eyni vaxtda bir neçə məsələni həll edəcəksiniz. Xaricə getmək və ya xarici vətəndaşlarla təmasda olmaq üçün münasib gündür. Şəxsi müstəvidə xoş dəyişikliklər ola bilər.

Xərçəng
Işgüzar sferadan fərqli olaraq, şəxsi müstəvidə pozitiv tendensiyalar özünü göstərməyəcək. Hadisələri tələsdirməyin, çünki bu yaxınlarda vacib informasiya alacaqsınız. Alış-veriş üçün əlverişli gündür. Uzaq gələcəklə bağlı ciddi planlar qurmaq olar.

Şir
Istənilən çətin məsələnin həlli üçün münasib gündür. Bu yolda sizə maneə ola biləcək yalnız sizin hərəkətsizliyiniz ola bilər. Elə ki, bu daxili düşməninizlə mübarizə apardınız, situasiya anındaca yaxşılığa doğru inkişaf edəcək. Elə bir adamla görüşəcəksiniz ki, o, sizin həyatınızı kökündən dəyişəcək.


Qız
Bu gün uğur qazanacağınıza ümid etməyin. Çünki bu gün etdiyiniz cəhdlə əldə edilən nəticə uzlaşmayacaq. Adət etdiyiniz yardımı da bu gün gözləməyin. Yaxınların qayğısına qalın. Bu gün onlar sizin köməyiniz olmadan problemlərin öhdəsindən gələ bilməyəcəklər.

Tərəzi
Xoş gündür. Ehtimal ki, gəliriniz də olacaq. Əməkhaqqınızın qaldırılması istisna deyil. Qiymətli kağız alışı üçün münasib gündür. Əks cinsin nümayəndələri cazibədarlığınıza qarşı soyuq davrana bilməyəcəklər. Bir sözlə, kimisə özünüzə bağlamaq fikriniz varsa, bu gündən faydalanın.

Əqrəb
Əməkdaşlıq üçün münasib gündür. Maraqlı adamlarla tanışlıq da istisna deyil. Çox adam olan yerlərin ziyarəti üçün də əlverişli gündür. Ekstravaqant hərəkətlərdən çəkinməyin. Hamının diqqətini çəkmək işinizə yarıyacaq. Qiymətli hədiyyə almaq ehtimalı da var.

Oxatan
Azad fəaliyyət üçün münasib gündür. Eksperiment aparmayın. Yaxşı olar ki, ənənəni pozmadan yoxlanmış üsullara müraciət edəsiniz. Romantik əyləncə də istisna deyil. Marağında olduğunuz adamı asanlıqla özünüzə bağlaya biləcəksiniz. Yarını tapanların isə əlaqəni daha da möhkəmlətmək şansları var.

Oğlaq
Xırda məsələlərə çox diqqət yetirməklə vacib olanları arxa plana çəkirsiniz. Əməkdaşlıqla bağlı işgüzar danışıqlar aparmaq üçün əlverişli gündür. Bununla belə, sənədlərə imza atmağa tələsməyin. Çünki daha gəlirli şərtlərə nail olmaq olar. Şəxsi müstəvidə dəyişiklik gözlənilmir.

Dolça
Işgüzarlıq yüksək olacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün tələsəcəksiniz. Hətta bu yolda qarşınıza çıxan maneələri belə, görməzdən gələcəksiniz. Fikir və maraqlarınız üst-üstə düşən adamları əhatənizə toplayın. Çoxdankı romantik münasibət bərpa olunacaq. Köhnə hisslər elə əvvəlki qədər güclü olacaq.

Balıqlar
Şəxsi müstəvidə xoş dəyişikliklər ola bilər. Ən yaxın adamınızı bir kəlmədən anlayacaqsınız. Romantik münasibətin təməli və ya yeni tanışlıq üçün əlverişli gündür. Rəhbərliklə aranızda fikir ayrılığı yaşanacaq. Emosional tərzinizlə bütün situasiyalara reaksiya verəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.