04.09.2021 Gündəlik Bürclər (4 Sentyabr 2021 Günlük Bürclər)

03 Eylül 2021
2 847
0
04.09.2021 Gündəlik Bürclər (4 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Səhhətinizin qayğısına qalın. Həyat eşqi sönük olacaq. Işdə rəhbərliklə aranızda fikir ayrılığı olacaq. Bürcün bəzi nümayəndələri iş yerlərini dəyişmək istəyəcəklər. Bu gün sizi maraqlandıran işlə məşğul ola bilərsiniz. Ciddi romantik bağlantı da istisna deyil.

Buğa
Böyük məbləğli alış-veriş etmək olar. Işdə müdirlə aranızda fikir ayrılığı yaşanacaq, ancaq hadisələrin inkişafı sizin haqlı olduğunuzu göstərəcək. Bu gün hökumət orqanları ilə işləmək olar. Hüquqi baxımdan həllini gözləyən məsələlərlə məşğul olun.

Əkizlər
Hadisələr gözlədiyiniz kimi inkişaf etməyəcək. Xoşbəxtlikdən yaradıcılıq potensialınız yüksəkdir. Hökumət orqanının nümayəndələrilə təmasda olacaqsınız. Istədiyinizə nail olacaqsınız, amma bunun üçün xeyli vaxt sərf edəcəksiniz. Yaxınların dəstəyinə arxalana bilərsiniz.

Xərçəng
Yaxınların qayğısını qalın, qohumlarla münasibətə diqqət yetirin. Şəxsi, ailə məsələlərinin həllini ön plana çəkin. Yola çıxmalı olsanız, nəzərə alın ki, bu, gözlədiyinizdən də çox vaxt aparacaq. Günün ikinci yarısı qeyri-rəsmi ünsiyyyət üçün yararlıdır (o cümlədən mötəbər şəxslərlə).

Şir
Professional sferada problemlər yaşanacaq. Bu səbəbdən bürcün bəzi nümayəndələri iş yerlərini dəyişmək istəyəcəklər. Təkliflər alarkən tələsməyin, daha münasib iş bir az gec çıxacaq. Şəxsi müstəvidə vəziyyət əla olacaq. Şənlənəcəksiniz, sevinəcəksiniz.

Qız
Əhvalınız yaxşı olacaq. Nikbin olacaqsınız və bu xüsusiyyətiniz ətrafdakıları cəlb edəcək. Son zamanlar dil tapa bilmədiyiniz adamla münasibətləri düzəltmək üçün əlverişli gündür. Xüsusilə şou-biznes sahəsində çalışanlar üçün maliyyə baxımından çox uğurlu gündür.

Tərəzi
Şəxsi müstəvidə neqativ tendensiyalar özünü göstərəcək. Yaxınlarınızla aranızda ciddi konflikt yaşana bilər. Xüsusilə sevdiyiniz şəxs ünvanınıza tənqid dolu ifadələr işlədəcək. Deyilənlərə qarşı soyuqqanlı ola bilməyəcəksiniz və qarşı tərəfə hay-küylə cavab qaytarmağınız münaqişəyə yol açacaq.

Əqrəb
Dəyişkən əhvalda olacaqsınız. Yola çıxmaq üçün əlverişli gündür. Yer dəyişkənliyi xeyrinizə olacaq. Yeni tanışlıq da istisna deyil. Ümumilkdə gün yaxşı keçəcək.

Oxatan
Ünsiyyətdə olmaq üçün əlverişli gündür. Bu baxımdan ulduzlar görüşləri təxirə salmağı və telefon ilə əlaqə saxlamağı məsləhət bilir. Bu gün əsası qoyulan münasibətlərin ömrü uzunmüddətli olmayacaq. Bu günki kosmetik prseduralar effektli olacaq.

Oğlaq
Romantik münasibət baxımından xoş gündür. Həyatınızda vacib rol oynayacaq adamla görüşəcəksiniz. Işdə sizə tabe olanlarla, həmkarlarla aqressiv təmasda olmağınız professional problemlər yarada bilər. Əhvalınız korlana bilər.

Dolça
Bir balaca təhlükəli gündür, zədə almaq ehtimalı da var. Ancaq iş sferasında risk olmayacaq. Yeni müttəfiqlərlə əməkdaşlıq üçün münasib gündür. Yaxınlarla aranızda fikir ayrılığı olsa da siz mübahisələrdən qaçacaqsınız. Gün romantik görüş üçün də əlverişlidir.

Balıqlar
Yaxınlarla aranızda fikir ayrılığı yaşanacaq. Siz problemləri müzakirə etməkdənsə, yatırtmaq istəyəcəksiniz. Bu elə də konstruktiv addım deyil, lakin ən azı bu günlük sakitləşməyinizi təmin edəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.