07.09.2021 Gündəlik Bürclər (7 Sentyabr 2021 Günlük Bürclər)

06 Eylül 2021
3 278
0
07.09.2021 Gündəlik Bürclər (7 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Sakit istirahət, səfər, yaradıcı fəaliyyət və kulinariya eksperimentləri üçün əlverişli gündür. Günün ikinci yarısı isə həyat tonusu aşağı düşəcək, əhvalınız dəyişə bilər. Ulduzlar dərman istifadə edərkən diqqətli olmağı xəbərdar edir. Uzaqdan gələn adamla romantik tanışlıq da istisna deyil.

Buğa
Çox çətin gündür. Sizə birbaşa aidiyyəti olmayan konfliktli situasiya yaşanacaq. Siz uduzan tərəfi müdafiə etməklə özünüz də itki verə bilərsiniz. Maliyyə maraqlarınızı müdafiə edin. Əmlakla və ya pulla bağlı risk məsləhət deyil. Son zamanlar səbirsizliyinizdən ətrafdakılarla mübahisələr yaşayırsınız.

Əkizlər
Günün birinci yarısı sakit keçəcək. Günün ortalarında sizə dəstək olacağını vəd edən mötəbər şəxslə görüş gözlənilir. Yaşlı qohumlarla münasibətlərinizdəki gərginlik günün ikinci yarısında yaşanacaq. Siz kəskin, qəlbə toxunan ifadələr işlədəcəksiniz. Sevdiyiniz məşğuliyyət sizin əhvalınızın düzəlməsinə köməkçi olacaq.

Xərçəng
Kifayət qədər probleminiz var. Ilk baxışdan onları həll etmək asan görünəcək. Tanış qadınlar bu işdə həvəslə sizə kömək göstərəcəklər. Imic dəyişikliyi uğurlu alınacaq. Gözlənilməz sevgi etirafı da istisna deyil.

Şir
Çətin və yorucu gündür. Bu üzdən əldə etdiyiniz nəticəyə sevinməyə belə gücünüz yetməyəcək. Ətrafdakılarla münasibətiniz korlana bilər. Yaxınlarınız sizin bugünki əhvalınızın səbəbini anlamayacaqlar.

Qız
Sakitliyə ehtiyacınız var. Günün ikinci yarısı daha uğurlu olacaq. Sizə əziz olan adamların əhatəsində olmaq imkanı yaranacaq. Vacib informasiya eşitmək şansı da istisna deyil, hansıki bu məlumat düzgün qərar verməyinizə kömək olacaq.

Tərəzi
Günün hadisələri sayəsində etibar və hörmət etdiyiniz adamlar barədə bilmədiklərinizi öyrənəcəksiniz. Informasiyadan sonra sevdiyiniz adamla münasibəti də daha doğru müstəvidə inkişaf etdirəcəksiniz. Bundan sonra özünüzü daha rahat hiss edəcəksiniz.

Əqrəb
Kinli və olanları hafizəsindən silməyən kəslə münasibətinizin korlanmaq ehtimalı var. Çətinliklərdən qaçmaq istəyirsinizsə, onda sizə pisliyi dəyə biləcək adamla münaqişədən qaçın. Ən yaxın adamınızla münasibətiniz isə yaxşılığa doğru dəyişəcək.

Oxatan
Ətrafdakıların məsləhətinə qulaq asırsınız, həyatı dərk edənlərin təcrübəsindən bəhrələnirsiniz. Bu səbəbdən də ciddi səhvə yol verməyəcəksiniz. Ancaq əhvalınız barədə yaxşı demək mümkün deyil, çünki mənasız yerə tez-tez neqativ emosiyaya qapılırsınız.

Oğlaq
Çətin situasiyaya düşmüsünüz, yardıma ehtiyacınız var. Dost-tanışın xoş sözləri sizi sakitləşdirməyəcək, yeni və mötəbər müttəfiqə ehtiyacınız var. Həmişəki kimi cazibədar olacaqsınız, ancaq lazımb nəticəyə yetmək üçün bu da kifayət etməyəcək. Başqa üsullar axtarmaq lazımdır.

Dolça
Təkcə özünüzün deyil, yardıma ehtiyacı olanların da qayğısına qalırsınız. Xoşbəxtlikdən hərəkətləriniz diqqətdən kənarda qalmayacaq. Sizə dəstək durmağa hazır olanlar az deyil. Bu səbəbdən diqqət çəkməkdən utanmayın. Təşəbbüskarlıq göstərin.

Balıqlar
Yaxın ətrafla münasibət elə də yaxşı olmayacaq. Sanki siz təkcə pula deyil, hisslərinizə də qənaət edirsiniz. Xoş söz, gülüşə qənaət etməklə münasibətləri korlayacaqsınız. Yaxşı olar ki, qarşı tərəfin dediklərini bircə dəfə də olsa təsdiqləyəsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.