10.09.2021 Gündəlik Bürclər (10 Sentyabr 2021 Günlük Bürclər)

09 Eylül 2021
3 296
0
10.09.2021 Gündəlik Bürclər (10 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Maraqlı gündür. Maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Enerjili və yaradıcı olacaqsınız. Adi, xırda məsələyə görə özünüzdən çıxmağınız yaxınlarla aranızda fikir ayrılığı yaşadacaq.

Buğa
Müttəfiqlərlə aranızda fikir ayrılığı ola bilər. Onlardan birinin əməkdaşlığa son qoyacağı istisna deyil. Axşam saatlarını evdə keçirin. Qonaq qarşılamaq olar. Bəzi “Buğa”lar öz cazibədarlıqlarına şübhə ilə yanaşacaqlar.

Əkizlər
Alış-verişlə əhval-ruhiyyənizi qaldırmağa çalışmayın. Bu cür bahalı əyləncə ilə sonunda nahaq yerə pul xərcləmiş olacaqsınız. Sizi narahat edən məsələdən danışarkən yaxın ətraf mənəvi dəstəyini əsirgəməyəcək.

Xərçəng
Yaxşı yatın, sevdiyiniz təamlardan dadın, gəzintiyə çıxın. Maddi vəziyyət elə də yaxşı olmaya bilər. Ancaq siz böyük məsrəflərdən qaçmaqla şənlənməyin yolunu tapacaqsınız.

Şir
Gün kommersiya fəaliyyəti üçün əlverişlidir. Alğı-satqı mövzusunda sövdələşmələr ola bilər. Işgüzarlıq hissi aşıb-daşacaq. Bir sözlə, şəxsi və ya işgüzarlıq münasibətləri baxımından münasib gündür.

Qız
Gün boyu çox maraqlı hadisələrə şahidlik edəcəksiniz. Diskussiyalardan qaçmayın. Çünki qarşı tərəfin qəlbinə toxunmadan öz sözünüzü deyə biləcəksiniz. Dostluq görüşü üçün də əla gündür.

Tərəzi
Başlaya bilmədiyiniz işləri reallaşdırmaq üçün əlverişli gündür. Yaxşı olar ki, xarici görkəminizə diqqət yetirəsiniz. Çünki bu gün geyimə görə müzakirə obyekti olacaqsınız. Əvvəldən qurduğunuz plan üzrə hərəkət etməyə çalışın.

Əqrəb
Hərəkətlərinizlə ətrafdakıların, xüsusilə də əkc cinsin nümayəndələrinin diqqətini çəkəcəksiniz. Romantik tanışlıq gözlənilir. Təhsilə vaxt ayırmaq, intellektual əməklə məşğul olmaq lazımdır.

Oxatan
Bu gün uğura ümid etməyin. Köməyinə arxayın olduğunuz adamlar bu gün bu işdən imtina edəcəklər. Qohumların qayğısına qalın. Onlar təklikdə problemlərinin öhdəsindən gələ bilməyəcəklər. Yola çıxarkən ehtiyatlı və diqqətli olun.

Oğlaq
Yaxınlarınızla tam səmimi olmağa qorxmayın. Məhz bu gün düşündüklərinizi onlara açıqlaya bilərsiniz. Ulduzlar çoxdan verdiyiniz borcun qaytarılacağında xəbər verir.

Dolça
Istənilən mübahisəli məsələdən qalib çıxacaqsıınız. Işgüzar partnyorlarla aranızdakı əlaqə gərginləşəcək. Söhbət o şəxslərdən gedir ki, onlar işdə sizin fikirlərinizlə hesablaşmağı sevmirlər. Bütünlükdə ailənizə siraət edəcək qərar verəcəksiniz.

Balıqlar
Spritli içkidən uzaq durun, çünki orqanizminiz bu gün daha həssas olacaq. Reputasiyanızı qoruyub saxlamağa çalışın. Kimlərsə bu istiqamətdə sizə zərbə vurmağı planlaşdırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.