14.09.2021 Gündəlik Bürclər (14 Sentyabr 2021 Günlük Bürclər)

13 Eylül 2021
3 233
0
14.09.2021 Gündəlik Bürclər (14 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Bir işi əlinizə almazdan əvvəl ürəyiniz tələsir. Bu tələskənliklə isə heç nəyə nail ola bilmirsiniz. Çünki diqqətinizi toplamaqda çətinlik çəkirsiniz. Təlaşlanmayın, hər bir işi sakitliklə yola verin. Maddi vəziyyətinizin də yaxşılaşacağı istisna deyil.

Buğa
Yolda gəzərkən ehtiyatlı olun. Pul itkisi, yaxud da oğurluq hadisəsi yaşana bilər. Bu gün böyük sövdələşmələrdən də uzaq durun. Hökumət nümayəndələri ilə görüşü də təxirə salın.

Əkizlər
Ailədə münaqişə qaçılmazdır. Yaxşı olar ki, səmimi olasınız. Qarşı tərəfə ürəyinizdən keçənləri deməyə çəkinməyin. Əks halda vəziyyəti daha da qəlizləşdirəcəksiniz. Axşamüstü halınızın pisləşməsi gözlənilir.

Xərçəng
Son zamanlar bəziləri sizin əsəblərinizlə oynayır. Buna imkan verməyin. Bu, səhhətinizin korlanmaması üçün vacibdir. Deyilən iradlara da çox fikir verməyin. Onu söyləyənlərin çoxu sizin yaxşılığınızı istəməyənlərdir.

Şir
Qohum-qardaşın qayğısına qalın. Xüsusilə də xəstə və yaşlı qohumlara baş çəkmək lazımdır. Işdə imicinizə xələl gətirən hərəkətlərə yol verməyin. Düşmənləriniz bundan istifadə etməyə çalışacaq.

Qız
Həyəcan, təlaş günün əsas hissəsidir. Başqalarının əhvalına qarşı həssas olmağınız xüsusiyyətini nəzərə alaraq, yaxşı olar ki, bu günlük ünsiyyəti məhdudlaşdırasınız. Qısa səfərlər isə uğurlu olacaq.Yolda maraqlı tanışlıq ola bilər.

Tərəzi
Maraqlı gündür. Çalışın ki, hər yaranan fürsətdən istifadə edə biləsiniz. Bu gün alış-veriş etməzdən əvvəl büdcənizi yaxşı hesablayın. Malliyyə itkisi yaşamamaq üçün alış-verişdə ən çox ehtiyac duyulan əşyalara tərəf gedin.

Əqrəb
Mənzildə dizayn dəyişikliyi, mebel almaq üçün əlverişli zamandır. Ancaq ilk öncə alacağınız mebelin ən xırda detallarına belə fikir verin. Əks halda əhəmiyyət vermədiyiniz ən xırda detal sonradan alğı-satqıda peşmançılıq yarada bilər.

Oxatan
Hər xırda məsələyə görə qanınızı qaraldırsınız. Yaxşı olar ki, pozitiv ruhda köklənin. Çünki irəlidə görüləsi çox işiniz var. Bu işlərdə dost-tanış köməyini əsirgəməyəcək.

Oğlaq
Bu gün təməli qoyulan romantik tanışlıq uğurlu olmaya bilər. Yaxşı olar ki, vacib məsələlərin həlli yollarını arayasınız. Günü günə satmaqla yarımçıq işlərin sayı çoxalır. Bu isə artıq gərginlik yarada bilər.

Dolça
Dəyişkən əhvaldasınız. Görüləsi işləriniz çoxdur. Sanki sizi qorxu hissi basır. Gah fikirləşirsiniz ki, bunu etməyə nə var, gah da nəyi necə edəcəyinizi, işə necə başlayacağınızı düzgün təyin edə bilmirsiniz. Yaxın ətrafınız sizi bu mövzuda qınayacaq.

Balıqlar
Alış-verişə ehtiyacınız var. Amma maddi durum buna heç cür imkan vermir. Ulduzlar bu mövzuda darıxmamağa çağırır. Səbrli olun, yaxın zamanlarda çətinliklər geridə qalacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.