20.09.2021 Gündəlik Bürclər (20 Sentyabr 2021 Günlük Bürclər)

19 Eylül 2021
2 598
0
20.09.2021 Gündəlik Bürclər (20 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Bu gün daha qərarlı olacaqsınız. Sakit bir şəkildə yaşadıqlarınızı nəzərdən keçirəcək və nə istədiyinizi anlamağa çalışacaqsınız. Üzərinizdə hiss etdiyiniz təzyiqlərdən xilas olmaq üçün bəzi addımlar atacaqsınız.

Buğa
Son dərəcə küsəyən və həssas olacağınız bir gündür. Günün hadisələrini vasvasılıqla qiymətləndirəcəksiniz. Istəkləriniz yüksəldikcə hərəkətə keçməyə başlayacaqsınız. Həm eşq, həm də iş potensialınız yüksəlir.

Əkizlər
Ünsiyyət dairənizin sıx olacağı bir gündür. Görüşmədiyiniz kəslərlə görüşəcək, axtarıb tapa bilmədiyiniz kəsləri qarşınızda görəcəksiniz. Əlinizə keçən fürsətləri qiymətləndirməyə çalışın. Həyatınıza yeni istiqamət verməyi düşünün.

Xərçəng
Bu gün hisslərinizə nəzarət edin. Beləcə, sizi əsəbiləşdirən mövzuların üzərində çox dayanmadan başqa işlərlə maraqlana bilərsiniz. Böyük istəklərinizin yaradacağı gərginlik sizə itələyici qüvvə verəcək. Ancaq səbrsiz və təlaşlı davranmanıza da səbəb ola biləcəyini nəzərə alın.

Şir
Neqativ hisslərlə günü özünüzə zəhər etməyin. Sevdiyiniz şəxslə əlaqədar şübhələrdən xilas olmanın tək yolu hiss etdiklərinizi ona izah etməkdir. Ancaq onu tənqid edən, ya da ittiham edici bir tərzdə deyil, daha yumşaq bir ifadə işlətməyiniz məsləhətdir. Bir az daha anlayışlı və isti davrana bilərsiniz.

Qız
Rahat və sakit bir gündür. Üzərində düşündüyünüz mövzularla maraqlana, lazımi araşdırmalar apara bilərsiniz. Bəzi inkişaflar sizi məmnun edəcək. Ancaq gözlədiyiniz bəzi nəticələri almaq üçün səbrli olmanız və hadisələrin inkişafını gözləməyiniz lazımdır.

Tərəzi
Bu gün yaxınlarınızdan dəstək alacaqsınız. Bu gün eşidəcəyiniz xəbərlər ürəyinizcə olacaq. Sevdiyiniz şəxslə birlikdə bu dəvətlərə qatıla bilər, birliyinizi daha güclü etməyin yolunu tapa bilərsiniz. Qarşı tərəfin marağı əhvalınızı yüksəldəcək.

Əqrəb
Duyğularınıza nəzarət etmək çətin olacaq. Davranışlarınızla ətrafınızdakıları və sevdiyiniz şəxsi çaşdıracaqsınız. Enerjinizdən səmərəli istifadə etməyə cəhd göstərin. Əlinizdən heç nə gəlmirsə, ən azı, çölə çıxıb, xüsusilə ağaclıq yerlərdə piyada gəzin.

Oxatan
Xoş məclislər təşkil edə bilərsiniz, dostlarınızı evinizə dəvət edə bilərsiniz. Həm işlərinizi görmək, həm də yaxınlarınızla maraqlanmaqdan zövq alacaqsınız. Sevgilinizlə birlikdə yığıncaqlara getməklə əlaqənizi daha da yaxşılaşdıra bilərsiniz.

Oğlaq
Özü-özünüzə hirslənməkdən uzaq durun. Sevgi mövzusunda qərar vermək üçün çox uyğun zaman deyil. Gələcəyə bağlı işləri görməzdən əvvəl lazım olan araşdırmanı etməli, səbrli davranmalısınız.

Dolça
Təsadüfən qarşılaşdığınız köhnə dostlarınızla görüşməkdən məmnun qalacaqsınız. Dəyişik düşüncələr içindəsiniz. Özünüzlə və yaxınlarınızla əlaqədar bəzi qayğılar ola bilər. Lakin müsbət nəticə istisna deyil.

Balıqlar
Son dərəcə zövqlü, enerjili bir gündür. Bəzi xəbərlər sizə itələyici güc verəcək. Iş istiqamətində uğurlu cəhdlər ola bilər. Yaxınlarınız öz dəstəyini əsirgəməyəcək. Sevgilinizlə planlarınızı, düşündüklərinizi paylaşa bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET