23.09.2021 Gündəlik Bürclər (23 Sentyabr 2021 Günlük Bürclər)

22 Eylül 2021
3 020
0
23.09.2021 Gündəlik Bürclər (23 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Hadisələr gözlədiyiniz kimi cərəyan etməyəcək. Rəsmi orqanlarla müqavilə imzalamaq məcburiyyətində qalmaq ehtimalı var. Istədiyinizə çatacaqsınız, amma buna xeyli vaxt sərf edəcəksiniz. Ailədə kompromislərə hazır olun, bunsuz sülhü bərqərar etmək çətin olacaq.

Buğa
Özünüzə qarşı tələbkar və tənqidçisiniz. Bunun faydası var. Yaxşı olar ki, bu günə böyük miqyaslı planlar qurmayasınız. Sadəcə, gündəlik işlərlə məşğul olun. Nəhayət, əməkhaqqınızın yüksəlməsinə nail olacaqsınız.

Əkizlər
Gün yeni başlanğıc və maraqlı ideyalarla zəngin olacaq. Bu gün daha çox ətrafdakıların qayğısına qalacaqsınız. Müsabiqəyə qatılmaq üçün məhsuldar gündür. Yarınızla bağlı xoş xəbərə sevinəcəksiniz. Şəxsi müstəvidə baş verənlər pozitiv xarakter daşıyacaq.

Xərçəng
Hadisələrlə zəngin gündür. Elə buna görə də gün yaddaqalan olacaq. Istənilən məsələnin müzakirəsi üçün münasib zamandır. Əvvəlcədən qurduğunuz plan əsasında səyahətə çıxsanız, uğurlu olacaq. Axşam saatlarında səhhətinizin pisləşəcəyi ehtimalı var.

Şir
Çalışın, bu gün səhvə yol verməyəsiniz. Əks halda, onun peşmançılığını çox çəkəcəksiniz. Sövdələşmə imzalamaq, kommersiya işlərilə məşğul olmaq, maliyyə məsələlərini yoluna qoymaq baxımından əlverişli gündür. Bu gün alış-veriş də etmək olar.

Qız
Qeyri-adi uğurlar gözlənilməsə də, ümumilikdə xoş gündür. Əlinizdə olan işlərə marağınız azalacaq. Bu üzdən bir balaca fasilə verməyiniz xeyrinizə olar. Yaxşı olar ki, ekskursiyaya, xüsusilə də romantik səyahətə çıxasınız. Bu gün bəzi “Qız”ların əhval-ruhiyyəsi uşaqlarla təmasda olarkən yaxşılaşacaq.

Tərəzi
Fəlsəfi suallara cavab axtarmaq üçün əlverişli gündür. Köhnə tanışlardan birindən xəbər eşidəcəksiniz. Sizə xəbər gəlincə, narahatverici söz-söhbətlər gəzəcək. Təşvişə düşməmişdən əvvəl informasiyanı yoxlayın. Ehtimal ki, kimsə sizi xəbərlərilə dolaşığa salmaq niyyətindədir.

Əqrəb
Bu gün işiniz çox olacaq. Seçim qarşısında qalacaqsınız: evdəki problemləri həll etmək, yoxsa işdəki tapşırıqları yerinə yetirmək. Istənilən halda, seçiminizdən iki tərəfdən biri narazı qalacaq. Gün həyəcan və narahatlıqla zəngin olacaq deyə, hisslərin təsiri altında verəcəyiniz qərar yanlış ola bilər. Daha təcrübəli şəxslərin məsləhətinə qulaq asın.

Oxatan
Maraqlı və məhsuldar gündür. Ətrafdakılarla ünsiyyət sizin üçün cansıxıcı görünsə belə, özünüzə qapılmağınız məsləhət deyil. Sizin ünsiyyətə ehtiyacınız var. Böyük məbləğli alış-veriş edə bilərsiniz. Bürcün qadın nümayəndələrini imic dəyişikliyi gözləyir.

Oğlaq
Başqalarının diqqətini çəkməyən xırda məsələlərə köklənsəniz, uğurlu nəticə əldə edəcəksiniz. Münasibətlərdəki gərginliyi yumor hissinizlə aradan qaldıracaqsınız. Ictimai tədbirlərdə çıxış etmək üçün ən əlverişli gündür. Yeni tanışlıqdan faydalanacaqsınız. Hərçənd, siz bu tanışlıqdan ilk baxışdan məmnun qalmayacaqsınız.

Dolça
Gün müxtəlif tədqiqatların aparılması üçün münasibdir. Gözlənilməz xəbərlər sizi daha da ruhlandıracaq və siz bundan da yaxşısını edə biləcəyinizə inanacaqsınız. Həyat yoldaşınız olacaq adamla tanışlıq ehtimalı da bu günə təsadüf edir.

Balıqlar
Sakit gündür. Heç bir xırda detal gözünüzdən yayınmayacaq. Səliqə-sahman tələb edən işlərlə məşğul ola bilərsiniz. Yaxınlarınızı düzgün anlamayacaqsınız, bəzi “Balıq”lar mənasız yerə hirslənəcəklər. Xoşbəxtlikdən ciddi konfliktlər baş verməyəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.