27.09.2021 Gündəlik Bürclər (27 Sentyabr 2021 Günlük Bürclər)

26 Eylül 2021
3 216
0
27.09.2021 Gündəlik Bürclər (27 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Bu gün daha qərarlı addım atacaqsınız. Hansısa mövzuda narahatlığınız davam etsə belə, sakit davranmağı bacaracaqsınız. Qənaətcil olmağınız daha yaxşıdır.

Buğa
Ağlınızdan keçəni dilinizə gətirməyin. Fərqinə varmadan yoldaşlarınızı qıra bilərsiniz. Bu səbəbdən ünsiyyətdə olarkən diqqətli olmağınız günün əsas tələbidir.

Əkizlər
Bu gün özünüzü güclü və yaxşı hiss edəcəksiniz. Içinizdə böyüyən istəklər sizi istiqamətləndirəcək. Maliyyə mövzularıyla bağlı yeni işlərə cəhd göstərəcəksiniz.

Xərçəng
Nə istədiyinizi bilməklə günün planını düzgün quracaqsınız. Ictimai və mədəni fəaliyyətlərdə aktiv olacaqsınız. Sevgilinizlə birlikdə tədbirlərə qatıla bilərsiniz. Zaman-zaman narahat bir vəziyyətə düşməyiniz mümkündür.

Şir
Planlarınızı tətbiq edərkən bəzi qarışıqlıqlar çıxa bilər. Bu səbəbdən hisslərinizə nəzarəti itirmək ehtimalı var. Diqqətinizi toplayın. Günortaya doğru özünüzü daha yaxşı hiss edəcəksiniz.

Qız
Nələr edəcəyinizi yaxşı bildiyiniz bir gündür. Pulla bağlı bəzi sıxıntılarınız olsa belə, bunu özünüzə problem etməyəcəksiniz. Bu gün hisslərinizə nəzarət etməyi unutmayın.

Tərəzi
Bu gün özünüzə inam son dərəcə yüksək olacaq. Uğurlu işlərə imza ata bilərsiniz. Sevgiliniz sizi hər istiqamətdə dəstəkləyəcək. Günortadan sonra alacağınız bir xəbər kefinizi daha da qaldıracaq.

Əqrəb
Hisslərinizə nəzarət etmək sizə çətin gələcək. Uzun zamandır görmədiyiniz yoldaşlarınıza rast gələ, birlikdə xoş vaxt keçirə bilərsiniz. Bu vaxt eşidəcəyiniz bəzi sözlərə görə inciyəcəyiniz də istisna deyil.

Oxatan
Işlərinizlə əlaqədar inkişaf əvvəlki əhvalınızı özünüzə qaytaracaq. Əhvalınız yüksəldiyi üçün gün daha uğurlu olacaq. Istəklərinizi sevdiyiniz şəxsə bildirsəniz, onun dəstəyini alacaqsınız.

Oğlaq
Daha diqqətli və qərarlı olacaqsınız. Gələcəyə bağlı istəklərinizi sevgilinizə rahat izah edə, planlarınızı onunla paylaşa bilərsiniz. Fikirlərinizi tətbiq etmək üçün enerjiniz kifayət qədərdir.

Dolça
Axtardığınız adamı tapa bilməyəcəksiz, yoldaşlarınızla aranızda anlaşılmazlıq ola bilər. Günortaya doğru rahatlayacaq və duyğularınızı idarə edə biləcəksiniz.

Balıqlar
Düşüncələrinizi və nə istədiyinizi çox yaxşı bilirsiniz. Qrup işləri və ya uğurlu təşkilatçılığa imza ata bilərsiniz. Son dərəcə təsiredici olacaqsınız. Günün bəzi hadisələri duyğularınızı yüksəldəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.