29.09.2021 Gündəlik Bürclər (29 Sentyabr 2021 Günlük Bürclər)

28 Eylül 2021
3 487
0
29.09.2021 Gündəlik Bürclər (29 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Günün emosional mənzərəsi stabil olmayacaq. Ətrafınızdakılar çətin ki, sizin əhvalınızı qaldırsın. Onların bu cəhdi sizi daha da qıcıqlandıracaq. Ulduzlar bildirir ki, istənilən fəaliyyətiniz sizə narahatlıq və həyəcandan uzaqlaşmaqda yardımçı olacaq.

Buğa
Heç də hamı sizdən razı qalmayacaq, ünvanınıza kifayət qədər tənqid eşidəcəksiniz. Bir çox tənqidlər əsaslıdır, səhvlərinizi aradan qaldırsanız, faydasını görərsiniz. Şəxsi münasibətlərə gəlincə, burada pozitiv tendensiyalar hökmranlıq edəcək.

Əkizlər
Sizi gərgin mübarizə gözləyir, müttəfiqlərinizin birdən-birə əks cəbhədən çıxış edəcəyinin şahidi olacaqsınız. Yaxşı olar ki, öz gücünüzə arxalanasınız. Gün maraqlı görüşlərlə zəngin olacaq. Qısqanclıq üzündən bəzi cütlüklər problem yaşayacaq.

Xərçəng
Xoş və yüngül gün gözlənilir. Əhatənizə yığdığınız adamlarla gün keçirmək maraqlı olacaq. O üzdən də gününüzü boş və mənasız söhbətlərə sərf etməyəcəksiniz. Bu gün çox enerjili olacaqsınız deyə, çətin məsələlərin həlli asan gələcək.

Şir
Bu gün ürəyinizdən keçəni ətrafdakılarla paylaşa bilərsiniz, heç kim sizi yanlış anlamayacaq. O üzdən də gün tədbirlərdə çıxış, aktual mövzular ətrafında diskussiya üçün əlverişlidir. Şəxsi müstəvidəki işlərinizə gəlincə, yaxşılığa doğru dəyişiklik sizi gözləyir. Bürcün tənha nümayəndələrini maraqlı tanışlıq gözləyir.

Qız
Çətinliklərdən qorxmayın, hərəkətə keçin. Bu gün tənbəlliyə yol verməklə işləri təxirə salmaq olmaz. Şəxsi münasibətlər baxımından yaxşı gündür. Yaxınlarla aranızdakı xoş ünsiyyətə heç kim mane ola bilməz.

Tərəzi
Öz günahınız üzündən uzanan çətin işləri tamamlamaq olar. O qədər yaxşı ideya və fikirləriniz olacaq ki, çoxları sizinlə hesablaşmaq məcburiyyətində qalacaq. Rəhbərlik və işgüzar müttəfiqlərinizlə aranızdakı fikir ayrılığına son qoyacaqsınız. Günün ikinci yarısında maraqlı tanışlıq sizi gözləyir.

Əqrəb
Taleyinizlə oynamayın, az eksperimentlər aparın, ehtiyatlılıq nümayiş etdirməklə xeyir taparsınız. Bu, xüsusilə, yeni rolda çıxış etmək istəyənlərə şamil edilir. Çətinliklərə baxmayaraq, işgüzar müstəvidəki problemləri tez həll edəcəksiniz.

Oxatan
Istənilən standart olmayan problemlərin həlli üçün münasib gündür. Bürcün bir çox nümayəndələri ixtisaslarını daha yaradıcı işlə, fantaziyalarına geniş imkanlar yaradan sahə ilə əvəz etməyə səy göstərəcəklər. Axşam saatları romantik xarakterli xoş sürpriz gətirəcək.

Oğlaq
Bəxtinizin gətirəcəyinə, xoş təsadüflərin olacağına ümid etmək düzgün olmaz. Işlərinizin yaxşı getməsinə səbəbkar yalnız özünüzsünüz. Buna görə çoxsaylı düşmənlərdən də özünüzü müdafiə edə bilərsiniz. Uzaqdan gələn xəbər sizi sevindirəcək.

Dolça
Sınaqlara hazır olun. Bu sınaqlardan ləyaqətlə çıxmaqla nüfuzunuzu yüksəldə bilərsiniz. Günün əsas hissəsini ailə-məişət məsələlərinin həllinə sərf edəcəksiniz. Ən yaxın adamınızla aranızdakı söhbət əsasında ünvanınıza xoş təriflər eşidəcəksiniz.

Balıqlar
Hamı sizdən dəstək gözləyir. Qəribəsi budur ki, sizin probleminiz olanda heç kim buna təşəbbüs göstərmir. Digər tərəfdən, yaxın keçmişdə sizə kömək vəd edən adam indi baş verənlərə reaksiya vermir. Kömək olmayacağını nə qədər tez anlasanız, bir o qədər də tez situasiyanı ələ almış olarsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.