05.10.2021 Gündəlik Bürclər (5 Oktyabr 2021 Günlük Bürclər)

04 Ekim 2021
3 125
0
05.10.2021 Gündəlik Bürclər (5 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Bir neçə ay həyat yoldaşınızın və ya sevdiyiniz insanın pul sarıdan çətinliyi ola bilər. Qərarlarınızı yanlış tərəfə istiqamətləndirmə ehtimalı da var. Eşq sarıdan da bu gün bəxtiniz gətirməyəcək.

Buğa
Qərarlarınızda bəzi geriçəkilmələr müşahidə olunacaq. Ailə həyatınızdakı dağılmalar və naməlum anlaşılmazlıqlar iş həyatınıza da təsir edə bilər.

Əkizlər
Zehininizdəki qarışıqlıq diqətinizi yayındıracaq. Ətrafınızda yaşanan olaylar həyatınızı çətinləşdirə bilər. Ədaləti əldən buraxmayın.

Xərçəng
Qarşınıza çıxacaq ilk fürsəti dəyərləndirməyi bacarın. Bu gün maliyyə məsələlərilə bağlı qərar verməyin.

Şir
Bu gün şəxsi müstəvidə ümidləriniz puç ola bilər. Və yaxud da əksinə, siz sevdiyiniz insanın xəyallarını alt-üst edəcəksiniz. Diqqətli olun ki, sonluq acı olmasın.

Qız
Qohum və ya qardaşlarınızın həyatında dəyişikliklər yaşana bilər. Iş əlaqələrinizdə fədakarlıq nümayiş etdirəcəksiniz. Kimlərinsə sizi aldatmasına və ya üzərinizə yük qoymasına imkan verməyin.

Tərəzi
Pis xəbər maddi durumla bağlı olacaq. Ulduzlar belə vəziyyətin 4-5 ay davam edəcəyini qeyd edir. Davranışlarınıza diqqət yetirin. Yoldaşlarınızın eşq həyatınıza müdaxilə etməsinə icazə verməyin.

Əqrəb
Yupiterin geriləməsiylə qarşınıza çıxan fürsətləri qiymətləndirməyiniz məsləhətdir. Iş mühitindəki ab-hava ailə həyatınızda fədakar olmanıza səbəb ola bilər.

Oxatan
Sizi hər növ mənfi təsirlərdən qoruyan Yupiter, bu gündən etibarən bir müddət bəzi hadisələrə çox müdaxilə etməyəcək. Xarici ətrafdan alacağınız təsirlərlə səhv istiqamətdə hərəkətə keçmək ehtimalı var.

Oğlaq
Şansınızı qiymətləndirmək üçün yaxşı gündür. Bu gün pul mövzusunda ehtiyatlı addım atmağa çalışın. Əhəmiyyətli alış-verişdən uzaq durun.

Dolça
Bu gündən etibarən bir neçə ay boyunca karyera və iş sahəsində geriləmə ola bilər. Bununla belə qarşınıza çıxan fürsətləri nəzərdən keçirin. Xüsusi əlaqələrinizdə yanıldıcı təsirlərə diqqət edin.

Balıqlar
Xarici ortaqlı işlər, səyahət, təhsil, ticarət, hüquq, media sahələrində bəzi geriləmə halları yaşaya bilərsiniz. Bu gün işdə xəyal qırıqlığına uğrayacağınız ehtimalı var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.