10.10.2021 Gündəlik Bürclər (10 Oktyabr 2021 Günlük Bürclər)

09 Ekim 2021
2 772
0
10.10.2021 Gündəlik Bürclər (10 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
“Qoç”lar üçün günün birinci yarısı xoş keçəcək. Bu, xırda da olsa, yaxşılığa doğru dəyişiklik gətirəcək. Dost-tanışdan dəstək görəcəksiniz. Bu, xüsusilə də problemlə üzləşənlər üçün aktual olacaq.

Buğa
“Buğa”ların bugünlərdə səhhətlərində problem olacağı gözlənilir. Bu, xüsusən də uzaq yola çıxanlarda, yaxud da günün ikinci yarısına çoxlu iş planlaşdıranlarda müşahidə ediləcək. Bu günə işgüzar sövdələşmələr və qiymətli əşyaların alqısı münasib deyil.

Əkizlər
Ciddi işgüzar danışıqlara başlamaq niyyətində olanların nəzərinə çatdıraq ki, bu işi bu gün görsəniz, daha yaxşı olar. Xüsusilə də maliyyə ilə bağlı müqavilələrin daha uğurlu olacağı gözlənilir. Çalışın, günün sonunadək məşğul olduğunuz işə marağınız itməsin, çünki işin nəticəsi əsasən özünüzdən asılı olacaq.

Xərçəng
Ulduzların sizə sevindirici xəbəri var: günün ikinci yarısında maddi durumunuzda yüksəliş özünü göstərəcək. Bu, uğurlu alqı-satqıyla, yaxud da təsadüfi qazancla əlaqədar ola bilər. Axşam dostlarla görüş və əyləncə üçün münasibdir.

Şir
Məqsədə çatmaq yolunda maneələrlə rastlaşacaqsınız. Lakin təklikdə hərəkət etmək çətin olacaq, yadların da məsləhətinə etibar yoxdur. Əgər işdə riskli əməliyyatdan uzaq durmaq lazımdırsa, şəxsi müstəvidə də istənilən fitnələrdən yan gəzməyiniz məsləhətdir.

Qız
Ciddi və məsuliyyətli görüşlərinizi günün birinci yarısına təyin etməyiniz məsləhətdir. Günün ikinci yarısı isə bir az gərgin olacaq. Yaxınlarla mübahisəniz düşəcək, mənasız səbəb üzündən konfliktlər yaşayacaqsınız. Maliyyə işində xüsusilə ehtiyatlı olun, qohumlarınızın yerinə məsuliyyəti öz üzərinizə götürməli olacaqsınız.

Tərəzi
Sizə elə gəlir ki, şəxsi həyatınızda dəyişiklik etmək zamanıdır. Lakin ulduzlar məsləhət görür ki, bu barədə ətrafınızdakılara danışmayasınız. Yoxsa peşman ola bilərsiniz. Amma o zaman heç nəyi dəyişmək mümkün olmayacaq.

Əqrəb
Günün ortalarında bürcün nümayəndələri anlayacaqlar ki, onlara dəyən zərbə taleyin qisməti deyil, konkret adamdan gəlib. Özlüyünüzdə aydınlaşdırın ki, siz onunla mübarizəyə hazırsınız, ya yox. Təkcə düşmən üzərində deyil, öz üzərinizdə də qələbə çalmaq vaxtı gəlib çatıb. Istənilən probleminizi yaxınlarınızla müzakirə edib qərar verin.

Oxatan
Günün ikinci yarısında ən yaxın adamınız üçün narahatlıq keçirəcəksiniz. Ulduzların tövsiyəsinə görə, vaxtından əvvəl vahiməyə düşməyin. Çünki situasiya ilk baxışdan göründüyü kimi pis olmayacaq. Gün işgüzar danışıqlar üçün əlverişlidir.

Oğlaq
Işgüzarlıq baxımından nüfuzunuzu qaldırmaq şansınız olacaq. Sağlamlığınızın qayğısına qalın. Yaxşı olardı ki, yolu keçərkən hər hansı qəzadan özünüzü gözləyəsiniz, yaxud da işdə zədələnməmək üçün ehtiyatı əldən verməyin.

Dolça
“Dolça”lar günün birinci yarısında problemlərin öhdəsindən gələcəklər. Ulduzlar məsləhət görür ki, vacib qərar verərkən hisslərinizə deyil, sağlam təfəkkürə üstünlük verəsiniz. Siz ambisiyalarınız və iddialarınız üzündən fikirləşdiyinizi reallaşdırmağa imkan tapmayacaqsınız.

Balıqlar
“Balıqlar”ı çətin gün gözləyir. Ən iddialı planlarınızı ən yaxın dostunuza belə açıqlamağınız məsləhət deyil. Bu gün sizi darıxmağa qoymayacaqlar. Yolda ehtiyatlı olmağınız tövsiyə olunur, çünki zədələnmək ehtimalı var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.