11.10.2021 Gündəlik Bürclər (11 Oktyabr 2021 Günlük Bürclər)

10 Ekim 2021
3 190
0
11.10.2021 Gündəlik Bürclər (11 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Şəxsi müstəvidə işlər qarmaqarışıq vəziyyətdə qalıb. Sizin öhdənizə asan olmayan iş düşüb. Sadə olmayan məsələnin həlli üçün yaxınlarınızın fikrini öyrənməli olacaqsınız. Amma yadda saxlayın ki, yaxşılığa doğru olan əhəmiyyətli dəyişikliklər də sizi çox gözlətməyəcək.

Buğa
Bu gün sevgilinizin etimadını doğrultsanız, yaxşı olar. Onu bu gün təəccübləndirməyin, əks halda münasibətləri normal vəziyyətə gətirmək çətin olacaq. Uğurlu sövdələşməniz olacaq, yaxud da pul və ya hədiyyə almaq ehtimalı var.

Əkizlər
Romantik münasibətlər baxımından çox qəliz gündür. Ehtimal ki, yarınızla mübahisə yaşayacaqsınız. Çünki “Əkizlər” əsəbi və tələbkar olublar. Bu gün siz çətin ki, hansısa tənqidi baxışınızı nəzakətli formada ifadə edəsiniz.

Xərçəng
Çətin və darıxdırıcı gün olacaq. Ünsiyyətdə təmkinli olmaq gərəkdir. Kimisə ittiham etməyə tələsməyin. Çünki yanlışlığa yol vermək və bunun da sizə baha başa gəlmək təhlükəsi var.

Şir
Yaxınlarınız sizdən dəstək və anlayışlı olmağı gözləyir. Xoşbəxtlikdən sizi dinləyib yaxşı məsləhət verəcək dost tapılacaq. Qabaqcadan qurulmuş plan üzrə hərəkət etmək çətin olacaq, çünki həddən artıq gözlənilməz informasiyalar daxil olacaq.

Qız
Günün birinci yarısında aldığınız xəbər sizi sevindirəcək. O, sizi planlarınızda dəyişiklik etməyə vadar edəcək. Gələcəkdə həyatınızda vacib rol oynayacaq şəxslə görüşünüzün olacağı ehtimal edilir.

Tərəzi
Bürcün nümayəndələri o qədər götür-qoy edirlər ki, fəaliyyət göstərməyə zaman çatmır. Ehtimal ki, maddi durumunuz yaxşılaşacaq. Amma bununla belə, alış-verişə tələsməməyiniz məsləhətdir. Əziz adamınızla mübahisənizin olacağı gözlənilir.

Əqrəb
Siz emosionalsınız və bütün məsələləri zor gücünə həll etməyə meyllisiniz. Ancaq yadda saxlayın ki, bu metod yalnız ilk baxışda uğurlu yol kimi görünə bilər. Sonradan anlayacaqsınız ki, təcili nəticə əldə etmək naminə sizə əziz olanları incitmisiniz.

Oxatan
Işgüzar aləmdə “Oxatan”lar öz bacarıqlarını nümayiş etdirəcəklər. Yeni müttəfiqlərlə əlaqələrin möhkəmləndirilməsi, sövdələşmələrin aparılması baxımından yaxşı gündür. Təəssüf ki, yaxınlarla ünsiyyət üçün enerjiniz kifayət etməyəcək. Bu da qarşı tərəfin narazılığına səbəb olacaq.

Oğlaq
“Oğlaq”lar ətrafdakılarla heç cür yola getmirlər. Münasibətlərdəki harmoniyanın pozulması ən çox yarınıza başağrısı gətirəcək. Ədalətli yanaşanda görmək olur ki, siz elə özünüzə də zülm edirsiniz. Sadəcə, öz səhvləriniz gözünüzdə kiçik görünür, amma özgələrininki fəlakətli.

Dolça
Maliyyə ilə bağlı xəbərlər sizi sevindirəcək. “Dolça”ların bir çoxunun maddi durumu yaxşılaşacaq. Təbii ki, pulun göydən yağacağına ümid etmək yanlışlıq olar, onu qazanmalı olacaqsınız. Göstərdiyiniz səy də öz bəhrəsini verəcək. Tamamilə işə köklənməyiniz yarınıza diqqət və qayğı göstərməyi unutdurur.

Balıqlar
Gün aktiv istirahətə yararlıdır. Həmçinin mədəni və ictimai tədbirlərdə iştirak etmək üçün də münasib gündür. Siz yeni macəra, təəssürat həsrətindəsiniz, amma yarınız bununla razılaşmır. O, daha çox sakit həyata üstünlük verir. Bu isə mübahisənizin düşməsinə səbəb ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.