13.10.2021 Gündəlik Bürclər (13 Oktyabr 2021 Günlük Bürclər)

12 Ekim 2021
3 026
0
13.10.2021 Gündəlik Bürclər (13 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Sizin imkanlarınız göründüyü kimi sərhədsiz deyil. Amma yenə də onu yüksək qiymətləndirmək olar. Işgüzar və şəxsi işlərinizi uğurla başa vuracaqsınız. Işgüzar müqavilələr üçün münasib gündür. Həyat eşqiniz aşıb-daşdığından yorulmayacaqsınız.

Buğa
Gün xoş xəbərlə sizi sevindirəcək. Xəbər karyera, əmlak və ya maliyyə ilə bağlı olacaq. Indi də məqsədə çatmaq üçün fikrinizi cəmləməyiniz vacibdir. Nəticədə çoxdankı arzunuza çatacaqsınız. Uzaq qohumdan da yaxşı xəbər gələcək.

Əkizlər
Kifayət qədər çətin, amma vacib gündür. Reallıqla barışın, xam xəyala dalmaq zamanı deyil. Özünüzü əsl qəhrəman kimi göstərmək zamanıdır. Işgüzar münasibətlərdə ehtiyatlı olun, özünüzə düşmən qazanacağınız təhlükəsi var. Özü də həmin şəxs mötəbər adamlardan olacaq.

Xərçəng
Gün rəngarəng xarakter daşıyır. Hadisələrin gedişatı sizdən və baş verənlərə münasibətinizdən asılı olacaq. Bu gün ünsiyyət qurarkən diqqətli olun, ətrafdakıların sizin zarafatlarınızı düzgün anlamayacağı ehtimal edilir.

Şir
Əməkdaşlıq baxımından əlverişli gündür. Sizin şərtlərinizi diktə etmək imkanınız olacaq. Yaxınlarla münasibətlərə gəlincə, güzəştə getməyiniz vacibdir. Əks halda, inadkarlığınıza görə gülüş obyektinə çevriləcəksiniz.

Qız
Sakit və xoş gündür. Baxmayaraq ki, baş gicəlləndirən qələbələriniz olmayacaq, ümumilikdə gün vacib işlərə başlamaq üçün münasibdir. Ev işləri üçün də əlverişli gündür. Bir sözlə, fantaziyanıza azadlıq versəniz, gözəl nəticələr əldə etmiş olarsınız.

Tərəzi
Sizi daha çox narahat edən məsələlərdən biri ətrafdakıların hərəkətlərinizə qarşı reaksiyasıdır. Qəribə burasıdır ki, sizi hansısa addımınıza görə bir tərəfdən tənbeh edirlərsə, digər tərəfdən də tərifləyirlər. Ailə üzvlərinizlə münasibət diqqət tələb edəcək. Axşamüstü yaxşı xəbər eşidəcəksiniz.

Əqrəb
Tələsməyin, bu günə qədər öhdəsindən gələ bilmədiyiniz işləri sona çatdıracaqsınız. Ehtimal ki, gəliriniz olacaq. Qiymətli hədiyyə də istisna deyil. Gün daha çox ictimai tədbirlərdə iştirak üçün yararlıdır.

Oxatan
Çətinlikləriniz olacaq. Onların bir çoxu sizin qəbahətiniz üzündən yaranacaq. Imkanlarınızı düzgün qiymətləndirmədən çətin tapşırıqları öz üzərinizə götürürsünüz. Yadda saxlayın ki, gücünüzü bərpa etmək üçün bu gün daha çox istirahətə ehtiyacınız var.

Oğlaq
Daxili səsiniz yaxın zamanlarda yaxşı nələrinsə baş verəcəyini deyir. Ulduzlar bildirir ki, bu mənada hissləriniz sizi aldatmır. Ən maraqlı hadisələr isə sabah baş verəcək. Diqqəti daha çox ailəsinə və şəxsi işlərinə yönəldənlər üçün gün rahat olacaq.

Dolça
Bu gününüz əvvəlkilə müqayisədə xoş keçəcək. Amma ən çətin iş yaxınlarla dil tapmaq olacaq. Burada ən mənasız söz güləşməsi ciddi fəsadlarla nəticələnəcək. Daxili səsinizə qulas asın, o, düzgün yol göstərəcək.

Balıqlar
Qarşınızda yeni imkanlar açılacaq. Çalışın, yaranmış vəziyyətdən istifadə edə biləsiniz. Əgər ləng tərpənsəniz, situasiya rəqiblərinizin xeyrinə dəyişəcək. Vacib məsələləri günün birinci yarısında aydınlaşdırın, çünki sonra enerji potensialı sönməyə doğru gedəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.