14.10.2021 Gündəlik Bürclər (14 Oktyabr 2021 Günlük Bürclər)

13 Ekim 2021
3 023
0
14.10.2021 Gündəlik Bürclər (14 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Xırda problemlərlə dolu olan uğursuz və çətin gündür. Dəstəyi yalnız qohumlardan və köhnə dostlardan ala bilərsiniz. Bu günə yeni tanışlıq məsləhət görülmür. Əgər bu çox vacibdirsə, onda ehtiyatlı olun. Yaxşı olar ki, bugünkü hadisələri analiz etməklə baş verənlərə fərqli baxmağı bacarasınız.

Buğa
Getdikcə daha da küskün olmusunuz, istənilən zarafat sizin qəlbinizə toxunur. Sakitləşməyə çalışın, fikrinizi xoş məşğuliyyətə yönəldin. Bu gündən təmtəraqlı qələbə gözləməyə dəyməz.

Əkizlər
Biznes sahəsində məqsədə çatmaq üçün münasib gündür. Gün istirahət və müxtəlif əyləncə baxımından da məhsuldardır. Idmanla, fiziki işlə məşğul ola bilərsiniz. Çünki bu gün nə qədər enerji itirəcəksinizsə, bir o qədər də onu bərpa etmək imkanınız olacaq.

Xərçəng
Gün yaxşı başlamayacaq. Siz çox işə birdən nail olmaq istəyirsiniz. Amma bu alınmayacaq. Xoşbəxtlikdən günün ikinci yarısından sonra situasiya yaxşılığa doğru dəyişəcək. Yaxınların dəstəyilə nikbinliyinizi bərpa edəcəksiniz.

Şir
Bu, son üç günün ən uğursuzudur. Yaxşı olar ki, hadisələri tələsdirməyəsiniz və zamanı gözləyəsiniz. Gün problemlə açıldığından vacib məsələlərinizi təxirə salmağınız tövsiyə olunur. O üzdən də səhər tezdən əhvalınız yaxşı olmayacaq və istənilən işdən tez yorulacaqsınız.

Qız
Gün xoşagəlməz sürprizlər gətirəcək. Çətinlikdən qorxmursunuz, lakin neqativ emosiyadan qaçmaq elə də asan olmayacaq. Planlaşdırmadığınız məsrəflər də istisna deyil. Pulla vidalaşmaq asan olmasa da, sonradan bunun mənasız yerə xərclənmədiyini görəcəksiniz.

Tərəzi
Sizin bəxtiniz gətirəcək. Yeni tapşırıqların öhdəsindən əla gələcəksiniz. Tanışlıq üçün də əlverişli gündür. Əgər həyatınızda dəyişiklik etmək istəyirsinizsə, onda evdə oturmayın. Bu istəyinizi gerçəkləşdirəcək adamla görüşmək ehtimalı böyükdür.

Əqrəb
Əvvəllər etdiyiniz səhvləri düzəltmək şansınız yaranacaq. Fiziki gərginlikdən uzaq durun. Gün yaradıcılıq potensialının yüksəlməsilə müşayiət olunacaq. O üzdən də irəli addımlayın və bunun sizdə alınacağına şübhə etməyin.

Oxatan
Çətin gündür. Gücünüzü, diqqətinizi toplayın. Günün birinci yarısında dostlarla görüşün, onların dəstəyi yerinə düşəcək. Yola çıxarkən ehtiyatlı olmağınız məsləhətdir. Evdən uzaqlarda vacib nəyisə itirmək təhlükəsi var.

Oğlaq
Neytral gündür. Elə bir ciddi təhlükəli hadisələr baş verməyəcək, amma pozitiv tendensiyalar da yüksək olmayacaq. Yaxınlarınızdan istədiyiniz mənəvi dəstəyi ala bilməyəcəksiniz. Bu isə sizin onlarla bəzi məqamları paylaşmamağınızla bağlıdır.

Dolça
Xoş hadisələrlə zəngin gündür. Həyat eşqiniz yüksək olduğundan özünüzü enerjili və güclü hiss edəcəksiniz. Pozitiv atmosfer bununla məhdudlaşmayacaq, günün maliyyə mənzərəsi də ürəyinizcə olacaq.

Balıqlar
Gün xoş olmayacaq, bu da mənəvi boşluqla, özünüzə inamın itirilməsilə bağlıdır. Sakitliyinizi qoruyub saxlaya bilməyəcəksiniz. Sanki ətrafdakılar sizi qəsdən qıcıqlandırır, təbdən çıxarır. Ulduzlar bildirir ki, situasiyanın öhdəsindən gələ biləcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.