17.10.2021 Gündəlik Bürclər (17 Oktyabr 2021 Günlük Bürclər)

16 Ekim 2021
2 550
0
17.10.2021 Gündəlik Bürclər (17 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Çox gərgin və narahat gündür. Xoşbəxtlikdən “Qoç”lar addım atmamışdan öncə nələrin baş verəcəyini düzgün proqnozlaşdırırlar. Elə ona görə də siz yanlış addımlardan və qorumağa çalışdığınız münasibətlərin itkisindən qaçacaqsınız.

Buğa
Maliyyə və ya əmlakla bağlı gözlənilməz uğurlarınız olacaq. Təbiət qoynunda dincəlmək üçün əla gündür. Əsas odur ki, kampaniyanızda kinayəli zarafatlar edən olmasın.

Əkizlər
Ulduzlar xəbərdarlıq edir ki, alqı-satqıda və ya investisiya işində ehtiyatlı olun. Bu gün bürcün nümayəndələri lazım olduğundan çox pul xərcləyəcəklər. Təsadüfi görüş sizin həyatınızda vacib rol oynayacaq. Ehtiyatlı olun, taleyin sizə bağışladığı şansı qaçırmayın.

Xərçəng
“Xərçəng”lər üçün darıxdırıcı gün olacaq. Gün elmi-tədqiqat işləri üçün münasibdir. Günün ikinci yarısında komediya izləməklə əhvalınızı qaldıra bilərsiniz.

Şir
Bu gün imicinizlə bağlı apardığınız eksperimentlər uğurlu olacaq. Bu mövzuda ulduzlar deyir ki, başqalarının məsləhətinə qulaq asmayın, öz daxili səsinizə fikir verin. Özünüzü başqa dünyada hiss etmək üçün bu gündən istifadə etmək olar.

Qız
Yaxınlarla aranızda fikir ayrılığı olacaq. Səhər mübahisə etsəniz də, günortaya qədər barışa bilərsiniz. Günün ortalarında baş verən mübahisə isə daha ciddi xarakter daşıyacaq. Ailəvi əyləncə təşkil etmək məsləhət deyil, çünki kimsə narazı qalacaq, günahkar isə sizi hesab edəcəklər.

Tərəzi
Böyük səyahətin başlanğıcı üçün əla gündür. Bu gün yola çıxanları maraqlı səfər gözləyir. Qalanları isə xoş təsadüflərlə kifayətlənməli olacaqlar. Sonu romantik münasibətə çevriləcək gözlənilməz görüşün olacağı da ehtimal edilir.

Əqrəb
“Əqrəb”lər yaxınlarına qarşı çox tələbkardırlar. Hamı sizdən uzaq durmağa çalışacaq ki, hirsinizi onun üzərinə tökməyəsiniz. Buna baxmayaraq, siz ilk gördüklərinizlə yaxşı münasibət quracaqsınız. Bu gün ilk baxışdan aşiq olmaq ehtimalı da var.

Oxatan
Günün gedişatı qabaqcadan alış-veriş, yaxud da vacib görüşlər təyin edənlər üçün arzuedilən olmayacaq. Neqativ hallardan uzaq durmaq üçün ən yaxşısı evdə oturmaqdır. Yaxınlarla da dil tapmaq asan olmayacaq.

Oğlaq
Istənilən işdə bəxtiniz gətirəcək. Günün ortalarında xoş xəbər alacaqsınız. Bunun ya puldan, ya da hədiyyədən ibarət olacağı ehtimal edilir. Təəssüf ki, itki də istisna edilmir. Xüsusən də qiymətli əşyaların sınmaq ehtimalı başqa günlərdən daha çoxdur.

Dolça
Bürcün nümayəndələri onların problemlərini həll edəcəyini vəd edənlərin arxasınca düşürlər. Bu cür etibarlılıq isə artıq problem yaratmaq deməkdir. Yaxşı tanımadığınız adamlarla az ünsiyyətdə olun.

Balıqlar
Səhəriniz şəxsi müstəvidəki xoşagəlməz halla açılacaq. Həqiqətin gözünün içinə baxmaq sizin üçün sevindirici olmayacaq. Siz hisslərinizə güvənə bilərsiniz. Özgələrin məramını tez aydınlaşdırmaq bacarığınız olduğu üçün az tanıdığınız adamlarla ünsiyyət qurmaq çətin olmayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.