18.10.2021 Gündəlik Bürclər (18 Oktyabr 2021 Günlük Bürclər)

17 Ekim 2021
3 189
0
18.10.2021 Gündəlik Bürclər (18 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Bu gün çox həssassınız. Təklifləri diqqətlə nəzərdən keçirəcək və qərarlı davranmağı bacaracaqsınız. Sevdiyiniz şəxslə əlaqələriniz daha isti olacaq. Düşüncələrinizi onunla paylaşmanız münasibətlərinizi daha da gücləndirəcək.

Buğa
Xəbərlərdən və hadisələrdən asanlıqla təsirlənəcəyiniz bir gündür. Hadisələrin inkişafının çox fərqli istiqamətlərdə olduğunu düşünə bilərsiniz. Bu gün hisslərinizə nəzarəti gücləndirməlisiniz. Uzaqlarda yaşayan bir yaxınınızdan alacağınız xəbərdən təsirlənəcəksiniz.

Əkizlər
Sevdiyiniz şəxslə aranızdakı münasibətə daha çox əhəmiyyət verməli və lazım olan diqqəti göstərməlisiniz. Işləriniz sıx, vaxtınız isə az ola bilər. Lakin ailə üzvləri və yoldaşlarınızla maraqlanarkən sevgilinizə də qarşı qayğıkeşlik nümayiş etdirin.

Xərçəng
Dəyişkən fikirlər içindəsiniz. Müxtəlif düşüncələr sizi pessimist vəziyyətə sala bilər. Ani və gözlənilməz macəralar da istisna deyil. Sizə uyğun olmayan birinə aşiq ola bilərsiniz. Içinizdən yüksələn istəkləri araşdırmalısınız.

Şir
Uğurlu gündür, doğru əlaqələr qura bilərsiniz. Uzaqlarda olan dostlarınızla xəbərləşmək əhvalınızı düzəldəcək. Yaxın qohumlarınız və yoldaşlarınızla əlaqələriniz isti olacaq. Təşkilatçılıq qabiliyyətinizi nümayiş etdirmək üçün münasib gündür.

Qız
Sevdiyiniz şəxslə bağlı bəzi xəbərlərdən təsirlənəcəksiniz. Qara fikirlərdən və pessimizmdən uzaqlaşıb sevgilinizə qarşı daha müsbət davranmağa çalışın. Pulla bağlı narahatlıqlarınızı ətrafdakılara hiss etdirməyin.

Tərəzi
Duyğularınızı ifadə etmək sizə çətin olacaq. Sevgilinizlə aranızda ünsiyyət çatımazlığından, yanlış anlamalardan qaynaqlanan problemlər yaşana bilər. Sakitləşin və hadisələri çox böyütməyin. Sürətli düşünməyi bacaracaq, ancaq diqqətinizi bir yerə toplamaqda çətinlik çəkəcəksiniz.

Əqrəb
Sevdiyiniz şəxslə aranızdakı əlaqələri qərarlı şəkildə davam etdirəcəksiniz. Içinizdən yüksələn istəklər getdikcə artacaq. Əhvalınız yüksək olduğu üçün hadisələri çox böyütməyərək yeni ideyalarınızı reallaşdıra bilərsiniz.

Oxatan
Pessimist fikirlərin təzyiqi altındasınız. Ancaq bu vəziyyəti yaxın ətrafınıza hiss etdirməyəcək və məntiqli davranacaqsınız. Düşüncələrinizi yoldaşlarınız və yaxın qohumlarınızla paylaşa bilər, onların köməyini ala bilərsiniz. Ictimai-mədəni fəaliyyətdən zövq alacaqsınız.

Oğlaq
Duyğularınızın son dərəcə yüksək və özünüzə inamın tam olduğu bir gündür. Sevgilinizin qayğısından məmnun qalacaqsınız. Yaxşı olar ki, fikirlərinizi söyləməzdən əvvəl bir daha düşünəsiniz. Əhatənizdəkiləri lağa qoymaqla onların qəlbinə toxuna bilərsiniz.

Dolça
Son dərəcə qərarlı və həssas olacağınız bir gündür. Mövqeyinizi yenidən nəzərdən keçirəcək və istədiyiniz nöqtədə olduğunuza qərar verəcəksiniz. Problemləri məntiqlə təhlil edin, hadisələrə obyektiv yanaşın. Sevgilinizlə aranızdakı ünsiyyət güclənəcək.

Balıqlar
Maddi durumla bağlı anlayışlı olmağınızı sevgilinizə də isbatlayacaqsınız. Son dərəcə qayğıkeş olmaqla əlaqənizi istədiyiniz şəkildə möhkəmlədə bilərsiniz. Özünüzə olan inamın yüksək olması hər mövzuda dadınıza yetəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.