20.10.2021 Gündəlik Bürclər (20 Oktyabr 2021 Günlük Bürclər)

19 Ekim 2021
3 136
0
20.10.2021 Gündəlik Bürclər (20 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Bu gün ciddi çətinlikləriniz olacaq. Ehtimal ki, maliyyə itkisilə üzləşəcəksiniz və uğursuz alış-veriş edəcəksiniz. Bürcün qadın nümayəndələri şıltaqlıq nümayiş etdirəcəklər, onlarla dil tapmaq çətin olacaq. Kişi “Qoç”lar isə özlərinin xarici görkəmlərinə fikir verməklə ətrafdakıların diqqətini çəkəcəklər.

Buğa
Ehtimal ki, anlaşılmazlıq olacaq. Məsləhətlərə qulaq asmasanız, vəziyyətinizi daha da gərginləşdirəcəksiniz. Ulduzlar bildirir ki, bu gün uzaq yola çıxmaq, yaxud da dənizdə səyahət etmək məsləhət deyil.

Əkizlər
Uğursuz gündür. Sizi gözləyən çətinliklərin öhdəsindən gələ bilməyəcəksiniz. Ailə üzvlərinizlə aranızda ciddi konflikt düşəcək. Bürcün bir çox nümayəndələri manipulyasiyanın qurbanı olacaq. Yaxşı olar ki, son zamanlar baş verənləri təklikdə analiz edəsiniz.

Xərçəng
Neqativ tendensiyalar uğur qazanmağa mane olacaq. Bir sıra planlarınız baş tutmaya bilər. Özünüzə inamı itirəcəksiniz. Yaxınların dəstəyinə ehtiyacınız var. Bu gün kredit götürmək, borc vermək və ya alış-verişə çıxmaq məsləhət görülmür.

Şir
Sizin üçün çətin gündür. Taledən mərhəmət gözləməyin. Ehtimal ki, bugünkü düşmənləriniz özünüzə dost saydığınız şəxslər olacaq. Buna sakit yanaşmağı bacarın, hisslərinizin sizi idarə etməsinə imkan verməyin. Günün ikinci yarısında ən yaxın adamınızla aranızda mübahisə baş verə bilər.

Qız
Uğurlu gündür. Kommersiya xarakterli iş birliyi üçün münasib zamandır. Bu günə xoş hədiyyə və sürpriz alacağınız ehtimal olunur. Bugünkü cazibənizlə əks cinsin nümayəndələrinin diqqətini cəlb edəcəksiniz.

Tərəzi
Hadisə dolu maraqlı gündür. Alış-veriş və investisiya üçün əlverişli gündür. Yaşadığınız yerin təmirilə də məşğul ola bilərsiniz. Xeyriyyə tədbirlərində iştirak etməyiniz məsləhətdir. Dostlar xoş xəbərlə sizi sevindirəcəklər.

Əqrəb
Çətin gündür. Situasiya uğursuz istiqamətdə inkişaf edəcək. Ailədə münaqişə də istisna edilmir. Səfərə çıxa bilərsiniz, ancaq yolda ehtiyatlı olmalısınız. Qiymətli əşyanızı itirmək ehtimalı var. Bu gün vacib məsələləri müzakirə etmək üçün münasib zaman deyil.

Oxatan
Ciddi iş üçün münasib gün deyil. Həmçinin gün xoş istirahət də vəd etmir. Yaxşı bələd olmadığınız adamlarla ünsiyyətdə ehtiyatlı olun. Romantik görüşünüz maraqlı keçəcək.

Oğlaq
Xoş sürpriz, uğur və qələbə vəd edən gündür. Səfərə çıxmaq üçün də münasib zamandır. Əgər təbiət qoynunda gəzintiyə çıxmaq istəyirsinizsə, asanlıqla yaxşı kampaniya tapa bilərsiniz. Günün ikinci yarısında maraqlı ideyalarınız olacaq.

Dolça
Yetər ki, bir balaca səy göstərəsiniz – məqsədinizə çata bilərsiniz. Bu gün tətbiq etdiyiniz eksperimentlər uğurlu olacaq. Qohumlarla aranızda fikir ayrılığı baş qaldıracaq, amma siz qarşı tərəfə öz doğruluğunuzu isbatlayacaqsınız. Daşınmaz əmlak almaq üçün münasib gündür.

Balıqlar
Bu günə istənilən görüş təyin edə bilərsiniz. Ehtimal ki, pulla bağlı çətinliyiniz olacaq. Əksər “Balıq”lar maliyyə vəziyyətini nəzarətə götürəcəklər. Bu gün ətrafdakılarla yaxşı dil tapacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.