23.10.2021 Gündəlik Bürclər (23 Oktyabr 2021 Günlük Bürclər)

22 Ekim 2021
2 859
0
23.10.2021 Gündəlik Bürclər (23 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Üzərinizə çox iş götürməyin. Bu gününüzü fəal yaradıcılığa həsr etməyin. Yaxşı olar ki, istirahət və gücünüzün bərpası barədə düşünəsiniz. Işgüzar danışıqlar və vacib məsələnin müzakirəsi baxımından məhsuldar gündür.

Buğa
Gün başgicəlləndirici qələbələr vəd etməsə də, əvvəlkilə müqayisədə xeyli uğurlu hesab edilir. Bu günü təkcə işlər üçün deyil, həmçinin əyləncə üçün də planlaşdıra bilərsiniz. Axşama xoş görüşünüzün olacağı ehtimal edilir.

Əkizlər
Bu gün sizin üçün asan olmayacaq. Vicdanlı və qərəzsiz hesab etdiyiniz adamlar sizi pis vəziyyətdə qoyacaqlar. Maddi vəziyyətinizin pisləşəcəyi ehtimal edilir. Kefiniz tez pozulacaq, həmişəkindən tez yorulacaqsınız.

Xərçəng
Bu gün bəxtiniz gətirəcək. Uğurlu şərait işdə uğur qazanmağa zəmin yaradacaq. Bu gün sizə yardım edənlər öz maraqlarını da unutmayacaqlar. Ünsiyyət dairəniz genişlənəcək. Yeni dostlar tapacaqsınız. Birlikdə əyləncə, səfər və ya istirahət planlaşdıra bilərsiniz.

Şir
Nəhayət ki, neqativ tendensiyalar geri çəkiləcək. Bu fürsətdən istifadə edərək yeni işdən yapışa və ya istərsəniz, istirahət edə bilərsiniz. Ulduzlar bildirir ki, istənilən halda, vaxtınızı boş yerə sərf etməyəcəksiniz.

Qız
Kifayət qədər çətin gündür. Sizə maraqlı görünən işi başqası həyata keçirəcək. Sizə isə darıxdırıcı işlər qalacaq. Gün, xüsusilə alış-veriş üçün münasib hesab edilir.

Tərəzi
Ev işlərində fikrinizi cəmləyə bilməyəcəksiniz. Elmi- tədqiqat, yaradıcılıq fəaliyyətinizdə isə vəziyyətin heç də yaxşı olmayacağı bildirilir. Səhər saatlarında yaxınlarınızla aranızda mübahisə yaşanacaq.

Əqrəb
Uğurlu gündür. Çoxdankı tanışlarınızla görüşəcəyiniz ehtimal edilir. Onlar sizi gördüklərinə şad olduqları kimi, xoş xəbərlərini də sizinlə paylaşacaqlar. Gün kifayət qədər pozitiv emosiya gətirəcək.

Oxatan
Bir balaca həyəcan və narahatlıq müşahidə olunacaq. Bu narahatlığın gah mənasız yerə, gah da ciddi səbəbdən baş verəcəyi bildirilir. Pisi odur ki, siz nəyin vacib olduğunu özünüz üçün dəqiqləşdirə bilmirsiniz. Bu gün qənaətcil olun.

Oğlaq
Bu gün elə hadisələr baş verəcək ki, siz onlara çətin ki, hazırlaşa biləsiniz. Belə şəraitdə improvizə etmək qabiliyyətiniz dadınıza çatacaq. Günün sonuna doğru istirahətə ehtiyacınız olduğunu hiss edəcəksiniz.

Dolça
Pozitiv tendensiyalar günün birinci yarısında özünü göstərəcək. Bu vaxt ərzində isə siz çox işlər görə biləcəksiniz. Bu üzdən də sizin üçün vacib olan işi təxirə salmayın. Ünsiyyət və görüş baxımından məhsuldar gün deyil.

Balıqlar
Ulduzlar sizin tərəfinizdədir. Pozitiv tendensiyalar səhər tezdən günün sonuna qədər güclü olacaq. Bu gün yeni işə başlaya bilərsiniz. Günün emosional mənzərəsi xoş olacaq. Ona görə də gün görüş, ünsiyyət və yeni tanışlıq baxımından dəyərlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.