24.10.2021 Gündəlik Bürclər (24 Oktyabr 2021 Günlük Bürclər)

23 Ekim 2021
2 669
0
24.10.2021 Gündəlik Bürclər (24 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Eksperimentlərdən qorxmayın. Bu gün yaradıcılıq imkanlarınız genişlənəcək. O üzdən də bu gününüzdən səmərəli istifadə etməyiniz məsləhətdir. Darıxmayacaqsınız, ətrafda baş verənlərdən kifayət qədər zövq alacaqsınız. Yalnız romantik münasibətlər baxımından gün münasib deyil.

Buğa
Baş verən problemləri yoluna qoymaq üçün kifayət qədər səy göstərməli olacaqsınız. Çətinliklərə baxmayaraq, siz kədərlənməyəcəksiniz. Bu da təqdirəlayiqdir. Çünki nikbinlik yeni müttəfiqlər tapmaqda sizə yardımçı olacaq. Bürcün ailəli nümayəndələrini övladları ilə bağlı xəbər sevindirəcək.

Əkizlər
Keçən həftə məşğul olduğunuz məsələlərə qayıtmalı olacaqsınız. Məlum olacaq ki, bəzi detallar nəzərdən qaçıb. Məsələlərə aydınlıq gətirmək üçün köhnə işə qayıtmağınız xeyli zamanınızı aparacaq. Bu da sizi təbdən çıxaracaq deyə, hamı sizdən uzaq durmağa çalışacaq.

Xərçəng
Pozitiv tendensiyaların təsiri getdikcə azalır. O üzdən də bugünkü işləriniz sizə daha çətin görünəcək. Maddi çətinlik bir sıra planlarınızı həyata keçirməkdə sizə mane olacaq. Bütün bunlara baxmayaraq, vacib layihələrinizi kənara atmayacaqsınız. Yaxınlarınızın mənəvi dəstəyinə güvənə bilərsiniz.

Şir
Bu gün əvvəlkilərdən daha çox sevinc gətirəcək. Böyük təsirə malik şəxslər sizin arxanızda duracaqlar. Yaranmış vəziyyət çoxdankı rəqibləriniz üzərində qələbə çalmaq imkanı verəcək. Hadisələri tələsdirmək lazım deyil. Günün ikinci yarısı romantik görüş və ya sevgi etirafı baxımından münasibdir.

Qız
Işgüzar müstəvidə vəziyyət bir o qədər ürəkaçan olmayacaq. Şəxsi müstəvidə də problemləriniz olacaq. Bu, yaxınlarınızın sizin arzu və istəklərinizlə razılaşmamasıyla əlaqədar olacaq. Əsəbiləşməzdən əvvəl bütün detalları dərindən götür-qoy edin.

Tərəzi
Istənilən dəyişiklik baxımından əlverişli gündür. Bürcün ən mühafizəkar nümayəndələrinin ayaqqabı, yaxud da saç düzümünü dəyişdirməsi gözləyir. Istər işdə, istərsə də evdə işləriniz çox olacaq. O üzdən də gün yorucu keçəcək. Dostlarla görüş əhvalınızı qaldıracaq.

Əqrəb
Bu gün bəxtiniz gətirməyəcək. Gün həm işgüzar, həm də şəxsi müstəvidə ciddi itkilərlə bağlı olacaq. Rəqiblər üzərində qələbə asan olmayacaq. Bu gün hər yerdə sizi kritik münasibət gözləyir.

Oxatan
Xoş gündür. Ailə-məişət məsələlərinin həlli baxımından da əlverişli gündür. Təklikdə də işlərin öhdəsindən gələ bilərdiniz, amma yaxınlarınız da köməyini əsirgəməyəcək. Yeni tanışlıq da istisna edilmir. Qarşı tərəfin rəğbətini qazanmaq sizin üçün elə də çətin olmayacaq.

Oğlaq
Ulduzlar xəbərdarlıq edir ki, ətrafdakılar sizin fəaliyyətinizə ürəyiniz istədiyi kimi yüksək qiymət verməyəcək. Rəhbərliklə aranızda fikir ayrılığı yaşanacaq. Düzdür, dil tapacaqsınız, amma bu, əsəb gərginliyi bahasına başa gələcək. Şəxsi müstəvidə işləriniz uğurlu olacaq.

Dolça
Gün qeyri-adi heç nə vəd etmir. Siz qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün addımlayacaqsınız. Şəxsi müstəvidə işlərinizin axsayacağı proqnozlaşdırılır. Yaxınlarınızın nə düşündüyünü tez anlamaqda çətinlik çəkəcəksiniz. Bu üzdən də uzun-uzadı şərhlər, açıqlamalar sizi gözləyir.

Balıqlar
Günü çox da uğurlu saymaq olmaz. Işgüzar münasibətlərdə anlaşılmazlıq hökm sürəcək; siz kimin dost, kimin düşmən olduğunu aydınlaşdırmaqda çətinlik çəkəcəksiniz. Yaxşı olar ki, həqiqətin gözünə dik baxanlara etibar edəsiniz. Ulduzlar bildirir ki, şəxsi işlərinizdə pozitiv tendensiyalar hakim kəsiləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.