26.10.2021 Gündəlik Bürclər (26 Oktyabr 2021 Günlük Bürclər)

25 Ekim 2021
2 901
0
26.10.2021 Gündəlik Bürclər (26 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Gün şəxsi büdcənizdə artım olacağını vəd edir. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da istisna deyil.

Buğa
Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Problemləri taleyin axarına buraxın. Səhhətinizə də fikir verin.

Əkizlər
O qədər də əlverişli gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyəti olmayan məsələlərə müdaxilə etməyin.

Xərçəng
Bu gün ilk növbədə sahhətinizə diqqət yetirməlisiniz. Ulduzlar daxili orqanlarınızda problemlərin baş qaldıracağını bildirir. Qalan işləriniz normal olacaq.

Şir
Vicdanınızın səsinin diktə etdiyinə qulaq asın, əks hərəkətlər etməyin. Yoxsa ətrafdakılardan üzr istəməli olacaqsınız. Heç kimin qəlbinə dəyməyin.

Qız
Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Maliyyə məsələlərində isə ehtiyatlı olun.

Tərəzi
Günortadan sonra uğur qazanacağınız gözlənilir. Amma yeni münasibət qurmaq, qlobal problemləri həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu gün deyil.

Əqrəb
İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Müştərək fəaliyyətdən uzaq olun.

Oxatan
Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkanı qazanacaqsınız. Bu istiqamətdə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün ürəyiniz istəyən yerləri ziyarət etsəniz rahatlıq gətirər.

Oğlaq
Hər mənada uğurlu gündür. Ulduzlar sizi müdafiə etdiyindən əhvalınız da xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız.

Dolça
Ulduzlar riskli hərəkətlər etməməyə çağırır. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pula gəlincə, qənaətcil olun.

Balıqlar
Günorta vaxtları mübahisə və qalmaqallar gözlənildiyindən ehtiyatlı olun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. Işlə bağlı məsuliyyətinizi dərk edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.