26.11.2021 Gündəlik Bürclər (26 Noyabr 2021 Günlük Bürclər)

25 Kasım 2021
4 997
0
26.11.2021 Gündəlik Bürclər (26 Noyabr 2021 Günlük Bürclər)
Qoç
Yeni münasibətlərin təməli üçün münasib gündür. Bu həm şəxsi, həm də işgüzar müstəvidə ola bilər. Sizi aldatmaq mümkün deyil. Istənilən informasiyanı səssiz yoxlayacaqsınız. Qohumlar sürpriz edəcək. Ailədəki sakit, firavan həyat sizi sevindirəcək.

Buğa
Bu gün səbrsiz, əsəbi olacaqsınız. Ətrafdakıların adi tənqidlərinə çox kəskin reaksiya verəcəksiniz. Bu gün sizinlə dolanmaq asan olmayacaq. Günün müsbət tərəfi odur ki, ciddi və çətin işlə məşğul olmaq mümkündür.

Əkizlər
Işgüzar müstəvidə uğur qazanacağınız gözlənilir. Yeni işə başlamaq olar. Yaxınlarla aranızdakı bir sıra fikir ayrılıqlarına baxmayaraq, siz sakit davranmağı bacaracaqsınız. Bu gün yola çıxmaq olar, yolunuzun uğurlu olacağı bildirilir. Köhnə tanışdan qiymətli hədiyyə alacaqsınız.

Xərçəng
Siz ətrafınızda baş verənlərə sakit reaksiya verməklə situasiyanı idarə etməyə çalışacaqsınız. Ətrafdakılar isə sizin bu addımınızdan işlərinizin planlaşdırdığınız kimi getdiyini anlayacaqlar. Ehtimal ki, gəliriniz olacaq.

Şir
Istənilən iş üçün məhsuldar gündür. “Şir”lər əks cinsin nümayəndələrini cəlb edəcəklər və bu cazibədarlıqdan istifadə edəcəklər. Ehtimal ki, planlaşdırılmayan işgüzar səfəriniz olacaq. Nəticədə vəzifənizin və ya əməkhaqqınızın yüksəlməsi ola bilər. Sizi işdə romantik macəra gözləyir.

Qız
Özünüzlə mübarizə aparmaq məcburyyətində qalacaqsınız. Verdiyiniz vədləri unudaraq, xırda istəklərin arxasınca qaçmaq yaxşı olmaz. Maddi durumunuzu nəzərə alaraq, bu günlük alış-verişdən uzaq durun. Yaxşı olar ki, bu gün qadınların məsləhətinə qulaq asasınız.

Tərəzi
Ətrafdakılar sizin müsbət cəhətlərinizi görəcəklər. Bir zamanlar sizin haqqınızda düzgün fikirdə olmayanlar fikirlərini dəyişəcəklər. Başgicəlləndirən macəranın təməlinin qoyulacağı da gözlənilir. Gözlənilməz qonağınızın olacağı da istisna deyil.

Əqrəb
Müttəfiq axtarışı üçün əlverişli gündür. Başa çatdıracağınıza şübhə etdiyiniz işdə inkişaf gözlənilir. Sənədlərin rəsmiləşdirilməsi, eləcə də məsələlərin hüquqi müstəvidə həlli üçün də məhsuldar gündür. Pozitiv enerji qıtlığı olan adamları cəlb edəcəksiniz. Yeni tanışınız sizi çox bəyənəcək.

Oxatan
Özünüz də səbəbini bilmədən bəzi ideyaları reallaşdırmaqdan imtina edəcəksiniz. Günün müsbət tərəfi yalnız ailə münasibətlərilə bağlıdır. Daxili səsinizə qulaq assanız, yarınızın nədən narazı qaldığını anlayarsınız. Ehtimal ki, şəxsi müstəvidə müsbət dəyişikliklər olacaq.

Oğlaq
Ehtimal ki, həm sizin, həm də müttəfiqinizin fayda götürəcəyi əməkdaşlığa imza atacaqsınız. Işgüzar əməkdaşlıq sürətlə inkişaf edəcək. Odla, elektrik cihazları ilə ehtiyatlı davranın. Yüngül zədə almaq təhlükəsi də var.

Dolça
Ehtimal ki, uzun müddətli proyektə imza atacaqsınız. Istənilən müstəvidə qadınla ünsiyyət fayda verəcək. Gün xarici vətəndaşla əməkdaşlıq baxımından münasibdir. Planlaşdırılmamış alış-veriş üçün də əlverişli gündür.

Balıqlar
Işdə məhəbbət macərası arzuedilməzdir. Ehtimal ki, müdirlə mübahisə edəcəksiniz. Bürcün bəzi nümayəndələri ədəbiyyata bağlı olduqlarını kəşf edəcəklər. Siz yaxın ətrafınızla münasibətlərdə problemlər yaşamamaq üçün daxili dünyanızı mühafizə edəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.