27.11.2021 Gündəlik Bürclər (27 Noyabr 2021 Günlük Bürclər)

26 Kasım 2021
3 340
0
27.11.2021 Gündəlik Bürclər (27 Noyabr 2021 Günlük Bürclər)
Qoç
Öz imkanlarınızı düzgün dəyərləndirməyi bacarın. Yaxın ətrafınızla tez-tez mübahisə edəcəksiniz. Xoşbəxtlikdən sonluq hamını qane edəcək. Sevdiyiniz şəxslə hansısa vacib məsələni müzakirə etmək istəyirsinizsə, bu gündən yararlanın.

Buğa
Ümumilkdə gün xoş təsir bağışlayacaq. Yaxşı olar ki, qarşınıza çətin həlli məsələrin məqsəd kimi qoymayasınız. Aza qane olmağı bacarın. Bu gün sizə yardım edən adamlar hələ uzun müddət müttəfiqiniz olacaq. Bu gün yüksək cazibəyə sahib olacaqsınız.

Əkizlər
Gün maraqlı keçəcək. Macəra axtarışına çıxmağa dəyməz, çünki o özü sizi tapacaq. Yaxınlarınızla tez-tez mübahisə edirsiniz, amma bu çox da ciddi xarakter daşımayacaq. Mövzunu zarafata çevirmək asan olacaq. Sevgi etirafları da eşidəcəksiniz. Ulduzlar buna inanmamaqda haqlı olduğunuzu deyir.

Xərçəng
Professional sferada yaxşılığa doğru dəyişiklik olacaq. Təzə başladığınız layihəni bitirəcək adamın axtarışına çıxın. Şəxsi müstəvidə sabitliyə can atacaqsınız. Ancaq sizin hərəkətləriniz yaxınlarınıza düşünülməmiş addım təsiri bağışlayacaq.

Şir
Günün birinci yarısı çox xoş keçəcək. Bundan faydalanaraq sizi son zamanlar narahat edən məsələləri həll edin. Ancaq günün ikinci yarısı isə xoş olmayacaq. Adi işlərdə belə problem yaşaya biləriniz.

Qız
Uğurlu gündür. Yeni tanışlıq istisna deyil. Eyni zamanda laqeyd qalmadığınız adamla görüş də gözlənilir. Bu gün vacib informasiya alacağınız da bildirilir. Düzgün qərar verəcəksiniz.

Tərəzi
Gün bir sıra dəyişikliyi ilə (istər şəxsi, istərsə də işgüzar həyatda) yadda qalacaq. Bir sözlə, hər bir işiniz qurduğunuz plan üzrə gedəcək. Ehtimal ki, bu gün gəliriniz olacaq.

Əqrəb
Bu gün əvvəl danışırsınız, sonra düşünürsünüz. Xoşbəxtlikdən dedikləriniz hamıya xoş gələcək və artıq problem yaşamayacaqsınız. Faydalı işlə məşğul olacaqsınız.

Oxatan
Gün qarşısınızda çox tələblər qoyacaq, amma siz onların öhdəsindən gələ biləcəksiniz. Təhsildə uğurlar gözlənilir. Bəzək aksesuarları almaq üçün münasib gündür. Alış-veriş zamanı parlaq rənglərə üstünlük verin, onlar sizi uzun müddət sevindirəcək.

Oğlaq
Sizin bugünkü istənilən hərəkətiniz ətrafdakıları qıcıqlandıracaq. Bir sözlə, bu gün siz eqoist adam təsiri bağışlayacaqsınız. Inadkar olmağınız sizi işgüzar danışıqlara cəlb edəcək. Yalnız ən yaxın adamlarınız sizi yaxşı anlayacaq.

Dolça
Gün xoş sürprizlər, gözlənilməz uğurlar vəd edir. Son zamanlar sizi narahat edən məsələlər gözlənilmədən tez həll olunacaq. Işgüzar həyatla bağlı uzun müddətli planlar qurmayın.

Balıqlar
Gərgin gündür. Yadda saxlayın ki, günün ikinci yarısı birinci hissəsindən daha uğurlu olacaq. Bu səbəbdən səhər saatlarına vacib iş planlaşdırmayın. Ancaq fiziki iş, rəqs və ya gəzinti yerinə düşər. Yalnız planlaşdırılmış alış-veriş edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.