2022-ci ilin ən şanslı bürcləri - PROQNOZ

28 Kasım 2021
1 257
0
2022-ci ilin ən şanslı bürcləri - PROQNOZ
Bərəkət, şans və bolluq planeti olan Yupiter 2022-ci ildə balıq bürcündə bir illik səyahətə başlayır. Bu baxımdan, bürclərin şanslı olduğu sahələr də dəyişəcək.

Feat.az 2022-ci ilin hansı bürcə şans gətirəcəyi ilə bağlı yazını təqdim edir. Belə ki;

Qoç bürcü - 2022-ci ildə yeni istedadlarınızı kəşf edəcəksiniz. Sözügedən ili 2023-cü ilə hazırlıq dövrü kimi qiymətləndirə bilərsiniz. Bu il çox meditasiya etməli və ürək səsinizə qulaq asmalısınız. Eyni zamanda xəyallarınıza adaptasiya olmalı və kiçik addımlar atmalısınız. Sonuncu dəfə nə vaxt belə bir il yaşadığınızı anlamaq üçün 12 il geriyə dönüb baxmaq lazımdır.

Buğa bürcü - 2022-ci il arzularınıza doğru addım atmaq üçün düzgün zamandır. Əsla "mən xəyal qurmuram” deməyin, çünki belə uğurlu il qarşınıza 12 ildən sonra çıxacaq. İzdihama qarışmamalı və xəyallarınız üçün kiçik də olsa, addımlar atmalısınız. Həyatın sizi necə dəstəklədiyinə inanmayacaqsınız.

Əkizlər bürcü – karyeranız mövzusunda son 12 ilin ən şanslı dövrünə girirsiniz. "Yoruldum, sıxıldım, imtina edirəm” deməyin. 2022-də bu istiqamətdə nə etmək istəyirsinizsə, edin.

Xərçəng bürcü – 2022-ci ildə xaricdə yaşamaq, akademik karyera qurmaq, bol-bol səyahət etmək istəyənlər, gözlədikləri dəstəyi alacaqlar. Bu sahədə olduqca şanslı və bərəkətli olacaqlar. Kitab yazmaq, nəşriyyatla bağlı xəyalları olanlar qabaqlarına çıxan fürsətləri mütləq dəyərləndirsinlər.

Şir bürcü - 2022-ci ildə investisiyalarınızın nəticəsini görəcəksiniz. Əgər məhkəmə iddiaları varsa, onlar sona çata bilər və ya yaxşı kredit imkanları əldə etməyiniz mümkündür. Vərəsəlik kimi məsələlər gündəminizdə olacaq. Bu ildə dəyişiklikdən qorxmamalı, buna açıq olmalısınız. Sizin üçün məhsuldar il olacaq.

Qız bürcü – Evlilik mövzusunda ən şanslı olduğunuz il olacaq. 12 illik gözləntilərinizin qarşılığını görə biləcəksiniz. İşi-gücü atıb ətrafınıza yaxşıca baxmalısınız. Sərgilərə, dəvətlərə, konsertlərə getməli, sosiallaşmalı, fürsətləri əldən verməməlisiniz. 2022 evlilik ili ola bilər. Evli olan qız bürcləri isə, münasibətlərindəki bütün problemləri həll edəcəklər.

Tərəzi bürcü – 2022-ci ildə rutinlərini dəyişdirəcəklər. Bəlkə də iş yerləri dəyişə bilər. Sağlamlıqları ilə bağlı gözəl xəbərlər alacaqlar. Yeni iş fürsətləri sizi gözləyir. Öz işini qurmaq istəyən ya da iş dəyişikliyi düşünənlər bu ərəfədə hazır olmalıdırlar.

Əqrəb bürcü – 2022-ci ildə sevgi sahəsinin ən şanslı bürcü olacaqsınız. Əylənəcəyiniz, çox fərqli ortamlara girəcəyiniz il sizi gözləyir. Uzun illər boyu, 2022-ci ilin nə qədər gözəl keçdiyini xatırlayacaqsınız. Evli olanlar isə, uşaq məsələsində olduqca şanslı olacaqlar.

Oxatan bürcü – 2022-ci ilin gündəmi ev almaq, dəyişdirmək, gözəlləşdirmək olacaq. Bəziləri şəhər dəyişdirə, bəziləri isə daşınmaz əmlaka investisiya qoya bilər. Ailəvi mövzularda illərdir bitməyən problemlər həllini tapacaq.

Oğlaq bürcü - 2022-ci ildə səyahət, təhsil gündəmdə olacaq. Yeni insanlarla tanışacaqsınız. Bəziləri ticarətlə maraqlanmağa başlayacaqlar. Hətta bu mövzuda uğur əldə etmə ehtimalları yüksəkdir. Bəziləri isə nəşriyyat işinə girəcək. Ətrafınızın izdihamlı olacağı il sizi gözləyir.

Dolça bürcü – Həm maddi, həm də mənəvi baxımdan olduqca bərəkətli il olacaq. Feat.az bildirir ki, yeni investisiyalar gözlənilir. Bu ilin dəyərini bilməlisiniz. 2022-ci il pul məsələsində ən şanslı ilinizdir.

Balıq bürcü – Yupiter bu bürcdə səyahət etdiyi üçün ən şanslılardan olacaqlar. Nəyə əl atsalar, o mövzuda bərəkət qazanacaqlar. Addım atmaqdan, istəməkdən və tələb etməkdən imtina etməyin. 2022-ci il sizin üçün aktiv keçəcək.


sfera.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET