20.12.2021 Gündəlik Bürclər (20 Dekabr 2021 Günlük Bürclər)

19 Aralık 2021
3 196
0
20.12.2021 Gündəlik Bürclər (20 Dekabr 2021 Günlük Bürclər)
Qoç
Ailə-məişət problemlərinin həlli, valideyn və ya qohumlarla ünsiyyətdə olmaq üçün münasib gündür. Yeganə müzakirə edilməsi məsləhət olmayan maliyyə məsələləri və ya alış-veriş planlaşdırılmasıdır.

Buğa
Özünüzə daha çox vaxt ayırmaq niyyətiniz olacaq. Sıxlıq olan mühitlər sizə görə olmayacaq. Maddiyyata bağlı həll edilməsi lazım olan işlərinizi reallaşdıracaqsınız.

Əkizlər
Pulla bağlı məsələlərdə sizin üçün qaranlıq qalan tərəflər olacaq. Yaşadıqlarınızın hamısını pulla dəyərləndirməyin. Həyatınızı mənalı keçirməyə çalışın, yerdə qalan problemləri zamanın axarına buraxın.

Xərçəng
Bu gün əlinizə götürdüyünüz istənilən işin öhdəsindən gələcəksiniz. Qeyri-rəsmi ünsiyyət üçün münasib gündür. Bu gün baş tutmuş hansısa işgüzar münasibətin gələcəkdə dostluq, ya da romantik xarakter alacağı gözlənilir. Sənədlərlə iş vaxtınızı düşündüyünüzdən də çox alacaq.

Şir
Maddi durumunuz yaxşılaşacaq. Ya əmək haqqınız artacaq, ya da gəlirli əməkdaşlığa başlayacaqsınız. Ehtimal ki, xoşbəxt olmanız mümkün olan şəxslə qarşılaşacaqsınız. Bizneslə məşğul olanların yeni bazarlara çıxmaq şansı olacaq.

Qız
Təşkilati məsələlərin həlli, işgüzar danışıqlar üçün münasib gündür. Ehtimal ki, bu gün gəliriniz olacaq. Ətrafdakıların zəif chətlərinə kəskin reaksiya verirsiniz. Amma nəzərə alın ki, əhatənizdəkilər sizə qarşı belə münasibətdə olanda siz bundan xoşlanmırsınız.

Tərəzi
Imkan və bacarığınızı düzgün dəyərləndirəcəksiniz. Işgüzar danışıqlar yaxşı keçəcək. Ehtimal ki, müdiriyyətlə aranızda mübahisə düşəcək. Doğruluğunuzu isbatlamaq üçün səy göstərəcəksiniz. Gün maliyyə baxımdan xoş xəbər vəd edir.

Əqrəb
Uğurlu gündür. Işlə bağlı maraqlı ideyalarınız olacaq. Onları qeyd etməyi unutmayın. Yaxınlarla münasibətiniz yaxşı olacaq. Evdə oturmaqdansa, gəzintiyə çıxın, qonaq gedin.

Oxatan
Vacib işləri görmək üzərində köklənin ki, onları başa çatdırasınız. Yaxşı olar ki, sınanmış vasitələrdən istifadə edəsiniz. Bu gün hər hansı ekperiment arzuedilməzdir, zərərini görərsiniz.

Oğlaq
Bu gün eşq həyatınızda istədiyiniz istiqamətdə dəyişikliklər meydana gələcək. Özünüzü çox enerjili hiss edəcək, əyləncəli mühitlərdə fikirləşdiyinizdən çox kef görəcəksiniz.

Dolça
Bu bir neçə günü evinizə həsr etməli olacaqsınız. Bir çox işinizin olmasına baxmayaraq, işlərinizi evdən icra etmək, yaxud da ailənizə vaxt ayırmaq istəyəcəksiniz. Şərikli işlərdə bəzi məcburiyyətlər üzə çıxacaq.

Balıqlar
Şən və yüngül gündür. Təhsil üçün məhsuldar gündür. Özünüzün zəif cəhətlərinizlə mübarizə aparacaqsınız. Zərgərlik məmulatı almaq üçün də münasib gündür. Ehtimal ki, qiymətli hədiyyə alacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.