08.01.2022 Gündəlik Bürclər (8 Yanvar 2022 Günlük Bürclər)

07 Ocak 2022
4 279
0
08.01.2022 Gündəlik Bürclər (8 Yanvar 2022 Günlük Bürclər)
Qoç
Bu gün əlinizə götürdüyünüz istənilən işin öhdəsindən gələcəksiniz. Bu gün baş tutmuş hansısa işgüzar münasibətin gələcəkdə dostluq, ya da romantik xarakter alacağı gözlənilir. Sənədlərlə iş vaxtınızı düşündüyünüzdən də çox alacaq.

Buğa
Intellektual yaradıcılıq üçün məhsuldar gündür. Əldə etdiyiniz materiallardan düzgün nəticə çıxaracaqsınız. Bu gün fiziki iş sizi yormayacaq. Xırda gündəlik işlərinizi görə bilərsiniz, idmanla məşğul ola bilərsiniz.

Əkizlər
Maraqlı gündür. Evdə və işdə təşəbbüsü ələ alacaqsınız. Bu gün ünsiyyətdə olduğunuz adamdan xeyli sürpriz görəcəksiniz. Işlərinizi tamamlamaqda çətinlik çəkirsiniz. Təklikdə çalışmayın, özünüzə köməkçi tapın.

Xərçəng
Işgüzar və şəxsi münasibətlərin qaydaya salınması baxımından əlverişli gündür. Bu gün ətrafdakıların nə fikirləşdiyini, nə etmək istədiyindən tez duyuq düşəcəksiniz. Riskli hərəkətlərə yol vermək olmaz, çünki zədələnmək ehtimalı var.

Şir
Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq başağrısı yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxsdən eşidəcəkləriniz sizi sevindirəcək.

Qız
Gün sürprizsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ancaq buna görə narahat olmağa dəyməz.

Tərəzi
Maddi durumunuz yaxşılaşacaq. Ya əmək haqqınız artacaq, ya da gəlirli əməkdaşlığa başlayacaqsınız. Ehtimal ki, xoşbəxt olmanız mümkün olan şəxslə qarşılaşacaqsınız. Bizneslə məşğul olanların yeni bazarlara çıxmaq şansı olacaq.

Əqrəb
Ehtimal ki, müəyyən miqdarda gəliriniz olacaq. Şəxsi işlərin həlli baxımından münasib gün deyil. Bir çoxları yaxınları ilə mübahisə edəcək. Uzaqda yaşayan dostdan həyəcanlı xəbər eşidəcəksiniz.

Oxatan
Istənilən riskli işdən uzaq olun. Ehtimal ki, riskli başlanğıclarda bəxtiniz gətirəcək. Günü ötəri həyəcanla başa vuracaqsınız. Biznesdə səhvə yol verəcəyiniz gözlənilir. Vacib qərarları təklikdə verməyin, etibar etdiyiniz adamla məsləhətləşin.

Oğlaq
Bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Işgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı da istisna deyil. Istənilən tənqidi baxışa kəskin yanaşmayın.

Dolça
Narahat gündür. Əsəb gərginliyi keçirəcəksiniz. Bu, əhvalınızın korlanmasına səbəb ola bilər. Yaxşı olar ki, özünüzü artıq stresdən qoruyasınız. Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər.

Balıqlar
Vacib işləri görmək üzərində köklənin ki, onları başa çatdırasınız. Yaxşı olar ki, sınanmış vasitələrdən istifadə edəsiniz. Bu gün hər hansı ekperiment arzuedilməzdir, zərərini görərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.