09.01.2022 Gündəlik Bürclər (9 Yanvar 2022 Günlük Bürclər)

08 Ocak 2022
3 856
0
09.01.2022 Gündəlik Bürclər (9 Yanvar 2022 Günlük Bürclər)
Qoç
Ulduzlar sizi sevindirməyəcək. Siz çətinliklərlə, düşmənlərlə mübarizə aparmalı olacaqsınız. Gün “Qoç”ları təəccübləndirəcək. Bürcün nümayəndələrini ailədə fikir ayrılığı gözləyir. Yaxşı olar ki, mübahisələrdən qaçasınız. Çünki sakitliyinizi tez itirməklə düzgün düşünməyi də itirirsiniz.

Buğa
Ehtimal ki, əks cinsin nümayəndəsi olan həmkarınız sizi öz hərəkətlərilə təəccübləndirəcək. Enerjili olacaqsınız. Ancaq təəssüf ki, bundan səmərəli istifadə edə bilmirsiniz. Ulduzlar bildirir ki, siz qapını itələyib açmaq əvəzinə divarı sökürsünüz.

Əkizlər
Yer dəyişimi üçün münasib gündür. Planlaşdırılmamış səfərə çıxanların bəxti gətirəcək. Qadınlarla dil tapmaq asan olacaq, amma kişilərlə isə yox. Ürəklə fəxr etdiyiniz adam sizi təəccübləndirəcək, ancaq bu sizin üçün zərbə deyil, həyat dərsi olacaq.

Xərçəng
Gün gözlənilməz hadisələrlə zəngin olacaq. Cəsarət tələb edən layihə üzərində işləmək olar. Lakin maliyyə məsələləri baxımından uğurlu gün deyil. Bu isə həyəcanlamaqla yanaşı, bir sıra planlarınızdan əl çəkməyə məcbur edəcək. Ailə üzvləri əhvalınızı qaldırmağa çalışacaq.

Şir
Gün xoş olmayan notlarla başlayacaq. Günün ilk yarısında xoşagəlməz xəbər alacaqsınız və yaxın ətrafla mübahisə edəcəksiniz. Günün ən uğurlu zamanı axşam saatlarıdır. Bu zaman kəsiyində pozitiv emosiyalar yaşayacaqsınız.

Qız
Sərbəst reallaşdırdığınız işdə uğur qazanacaqsınız. Yaxşı olar ki, bu gün özünüzü başqaları ilə müqayisə etməyəsiniz. Günün ikinci yarısında özünüzə inam hissi azalacaq. Alış-veriş üçün axşam məsləhət görülür. Özünüzə bahalı əyləncə təşkil edə bilərsiniz.

Tərəzi
Istənilən xırda işlərdə bəxtiniz gətirəcək. Bu üzdən gələcəyə nibin baxmağa başlayacaqsınız. Mötəbər şəxslərlə iş birliyi qurmaq ehtimalı da var. Ailədə gözlənilməz dəyişiklik ola bilər, siz nə edəcəyinizi bilməyəcəksiniz. Yaxşı olar ki,tələsik qərar verməyəsiniz.

Əqrəb
“Əqrəb”lər liderlik qabiliyyətini nümayiş etdirəcəklər. Istənilən tapşırığı yerinə yetirmək üçün ətrafınıza həmfikir toplamaq asan olacaq. ehtimal ki, romantik macəra da yaşayasınız. Bürcün bəzi nümayəndələri nikaha girmək barədə düşünəcəklər.

Oxatan
Maraqlı və məhsuldar gündür. Bu da qarşıya qoyulan məqsədə çatmaq üçün kifayət edir. Bu gün dostu düşməndən ayıracaqsınız. Bununla da sizə maneə olanları yolunuzdan kənarladıracaqsınız.

Oğlaq
Günün ən təhlükəli məqamı bütün istəklərin arxasınca birdən qaçmaqla bağlı olacaq. Bu üzdən bürcün nümayəndələri təhlükəli olayın iştirakçısı olmaq riskini yaşayacaqlar. Bir az arif olsanız, çətinlikdən çıxa bilərsiniz.

Dolça
Sizə gözləmədiyiniz adamdan hücum gələcək. Rəqibinizin gücünü düzgün dəyərləndirməməklə özünüzü ciddi zərbə altında qoya bilərsiniz. Kommersiya fəaliyyətinin nəticələri sevindirici olacaq. Bu dönəmdə bəzi “Dolça”lar şəxsi biznes barədə fikirləşəcəklər.

Balıqlar
Bürcün nümayəndələri diqqət mərkəzində olacaqlar. Bu səbəbdən kifayət qədər təklif və dəvət alacaqlar. Yalnız bir iş ətrafında diqqətinizi toplamağı bacarmamaq sizi hirsləndirəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.