10.01.2022 Gündəlik Bürclər (10 Yanvar 2022 Günlük Bürclər)

09 Ocak 2022
4 000
0
10.01.2022 Gündəlik Bürclər (10 Yanvar 2022 Günlük Bürclər)
Qoç
Gün çətin və yorucu işlərin tamamlanması baxımından əlverişlidir. Əməkdaşlıqla bağlı təkliflər alacaqsınız. Günün birinci yarısında əhatənizdəkilərlə mübahisə yaşayacaqsınız. Axşam saatları ev işləri və ailə-məişət məsələrin müzakirəsi üçün münasib zamandır.

Buğa
Sakit gün olacaq. Yeni müttəfiqlərinizlə münasibətlərinizi düzəltmək imkanı olacaq. Onlar arasında elə adamlar tapılacaq ki, bir zamanlar siz onlarla əməkdaşlıq etmək arzusunda olmusunuz. Ailədə qarşılıqlı anlaşma hökm sürəcək.

Əkizlər
Işgüzar danışıqlar məhsuldar keçəcək. Siz ətrafdakıların fikirlərinə biganə yanaşmadığınıza görə həmkarlarınız sizi özlərinə dost biləcək. Bürcün kişi nümayəndələrini romantik müstəvidə yeniliklər gözləyir. Bunu qadınlar üçün demək mümkün deyil.

Xərçəng
Situasiya yaxşılığa doğru dəyişəcək. Əgər səhər tezdən əhvalınız olmasa belə günortayacan xoşagəlməz hislər sizi tərk edəcək. Yaxınlarla aranızda mübahisə düşməməsi üçün ironiyaya yer verin. Həm öz, həm də onların çatışmazlığını yumor hissi ilə qarşılayın.

Şir
Bu gün şərikli layihələrdə kişilərlə dil tapmaq asan olacaq, amma qadınlarla anlaşa bilməyəcəksiniz. Yalnız xidmət sferasında çalışan qadınları buna şamil etmək olmaz. Mülki şəxslərlə görüşmək üçün münasib gün deyil. Vergi müfəttişlərilə aranızda problem yaşana bilər.

Qız
Uğur sizdən yan gəzəcək. Əlinizə aldığınız istənilən işdə problem çıxacaq. Düşmənləriniz sizin barədə xoşagəlməz söz-söhbətlər gəzdirəcəklər. Bu da reputasiyanızı kölgədə qoyacaq. Günün maliyyə durumu da sizi kədərləndirəcək. Bu gün qənaətcil olmalısınız.

Tərəzi
Ideyalarınızı reallaşdırmaq üçün münasib gündür. Bu gündən səmərəli istifadə edin ki, sonra artıq zaman itirməyəsiniz. Köhnə tanışlarınızdan birindən iş yerinizi dəyişdirməklə bağlı təkliflər alacaqsıınız.

Əqrəb
Günün ortalarında çox etibar etdiyiniz adam ucbatından çətinlikləriniz olacaq. Yalnız öz gücünüzə inanmaqla artıq həyəcandan yaxa qurtara bilərsiniz. Istənilən işin bşlanğıcı üçün münasib gündür. Şəxsi müstəvidə bir sıra təşəbbüsünüz olacaq.

Oxatan
Vacib və çətin işin öhdəsindən gəlmək üçün təkcə öz biliyiniz kifayət etməyəcək, başqalarının təcrübəsindən də bəhrələnməli olacaqsınız. Prinsipial məsələlərdə inadkarlıq göstərməyin zamanı deyil. Gün daha çox romantik xarakterli sürprizlə yadda qalacaq.

Oğlaq
Sizin ən güclü xarakteriniz inandırmağı bacarmağınızdır. Bu gün sənədlərin rəsmiləşdirilməsi, mülki şəxslərlə görüş üçün əlverişlidir. Dialoqu qeyri-rəsmi müstəvidə aparmağa çalışmayın. Hisslərinizi romantik görüş üçün saxlayın.

Dolça
Qarşınızda perspektivlər açılacaq. Amma siz həmişə bu fürsətləri tuta bilmirsiniz. Müdriklərin məsləhətinə qulaq asın. Bu gün pul almaq ehtimalı aşağıdır. Gözlədiyiniz məbləğ bir az gec gələcək. Bu gün alış-verişə çıxmayın, heç kimə hədiyyə almayın. Çünki aldığınız hədiyyə sevindirmək istədiyiniz adamın ürəyincə olmayacaq.

Balıqlar
Gün valideyn “Balıqlar”ı sevindirəcək. Onlar uşaqları ilə birlikdə əla zaman keçirməklə yanaşı hansısa vacib mövzuda söhbət də aparacaqlar. Romantik münasibətləri gərgin olan cütlüklər üçün də pis gün deyil, amma elə də yadda qalan da olmayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.