09.03.2022 Gündəlik Bürclər (9 Mart 2022 Günlük Bürclər)

08 Mart 2022
5 382
0
09.03.2022 Gündəlik Bürclər (9 Mart 2022 Günlük Bürclər)
Qoç
Uğurlu gün hesab edilir. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişiklik gözlənilir. Yaxınlarınızla səmimi olun. Bu, problemlərin həlli üçün ən düzgün yoldur. Bu gün yola çıxmaq olar.

Buğa
Bu gün o qədər problem və suallar sizi narahat edəcək ki, hamısının həllinə zaman çatmayacaq. Qohumlarla da aranızda ciddi mübahisə düşəcək. Sizə elə gəlir ki, əhatənizdəkilər şəxsi işlərinizə müdaxilə edirlər. Ehtimal ki, gəliriniz olacaq.

Əkizlər
Maliyyə baxımından gün uğurludur. Yeni gəlir qaynağı tapmaq şansınız var. Ehtimal ki, uğurlu alış-veriş edəcəksiniz. Bu gün gəzintiyə çıxa bilərsiniz. Xarici dil öyrənmək üçün də əlverişli gündür. Romantik görüşdən imtina etməyin, o, ürəyinizcə olacaq.

Xərçəng
Bir sıra problemlər sizsiz öz həllini tapacaq. Yaxınlarla ünsiyyət daha asan və xoş müstəvidə keçəcək. Siz istənilən kampaniyanın arzuedilən qonağısınız. Qeyri-rəsmi mütəvidə işgüzar danışıqları da müzakirəyə çıxara bilərsiniz.

Şir
Bu gün həftənin ən gözəl günlərindən biridir. Gününüzü ailə qayğılarına həsr edə bilərsiniz. Qohumlarla aranızdakı münasibətlərə, mübahisəli məsələlərə aydınlıq gətirə bilərsiniz. Bürcün tənha nümayəndələrini maraqlı tanışlıq gözləyir.

Qız
Ünsiyyət üçün münasib gün deyil. Yaxşı olar ki, bu gün yalnız sizin etimadınızı doğruldan şəxslərlə əlaqədə olasınız. Qlobal problemlərlə məşğul olarkən xırda detalları nəzərdən qaçırmayın. Ehtimal ki, bu gün kifayət qədər pul xərcləyəcəksiniz. Ancaq buna peşman olmayacaqsınız.

Tərəzi
Bugünkü düşməniniz mənasız söhbətlər olacaq. Bu söhbətlərlə təkcə vaxtınızı itirməyəcəksiniz, eyni zamanda əhvalınız da korlanacaq. Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Əgər izdiham qarşısında çıxış etmək fikriniz varsa, bu zamandan istifadə edin.

Əqrəb
Pozitiv tendensiyalar işlərinizdə uğur vəd edir. Ətrafdakılarla yaxşı dil tapacaqsınız. Əgər hansısa vacib və çətin iş üçün köməkçi axtarırsınızsa, onda onu bu gün reallaşdırın. Nə qədər çox işiniz olsa belə, “yoruldum” deməyəcəksiniz.

Oxatan
Bu günə xüsusi plan çızmayın, çünki gün gözlənilməz hadisələrlə zəngin olacaq. Ehtimal ki, yaxınlarınızla aranızda konfliktli situasiya yaranacaq. Xüsusilə də bu gün xanımlarla dil tapa bilməyəcəksiniz. Nəticəsini bilə-bilə hisslərinizə hakim kəsilməyəcəksiniz.

Oğlaq
Çətin gündür. Xoşbəxtlikdən sizə yardım edənlər tapılacaq. Sizi sevənlərdən kömək umduğunuzu dilə gətirməkdən çəkinməyin. Ehtimal ki, gəliriniz də olacaq. Təəssüf ki, gəliri düzgün xərcləmək məsələsində sizi tərifləmək mümkün deyil.

Dolça
Uğurlu gündür. Ətrafdakılara qarşı geniş ürəkli olduğunuzu nümayiş etdirəcəksiniz. Ehtimal ki, gözlənilməz, amma xoş görüşünüz olacaq. Faydalı sövdələşmə imzalayacağınız da istisna deyil.

Balıqlar
Kifayət qədər çətin gündür. Problemlər ən az gözlədiyiniz məqamda özünü biruzə verəcək. Özünüzü tənqid etməklə əhvalınızı da korlayacaqsınız. Özünüzə dost bilib etibar etdiyiniz şəxsin sizi təəccübləndirəcəyi gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.