03.04.2022 Gündəlik Bürclər (3 Aprel 2022 Günlük Bürclər)

02 Nisan 2022
2 824
0
03.04.2022 Gündəlik Bürclər (3 Aprel 2022 Günlük Bürclər)
Qoç
Iş yoldaşlarınızla ünsiyyət zamanı kobud olmamağa və onları tənqid etməməyə çalışın. Ulduzlar bildirir ki, qismətiniz ayağınıza gələcək. Romantik əlaqələrdə bu gün təşəbbüsü ələ almalısınız.

Buğa
Sevgilinizin keçmişilə bağlı düşüncələr sizi narahat edir. Bu fikirləri beyninizdən atmağa çalışın. Işgüzar müstəvidə yerinizdə saydığınız bir dövrə qədər qoymusunuz. Bu vəziyyət davam etsə, çətin günlər yaşayacaqsınız. Sağlam həyat üçün qidalanmağınıza diqqət yetirin.

Əkizlər
Ikinizə də çox yaxın olan yoldaşlarınız sevgilinizlə aranızdakı problemlərdə sizi günahkar sayır. Dəyişmək kimi bir niyyətiniz də yoxdur. Bu gün istəmədiyiniz bəzi qonaqları qarşılamaq məcburiyyətində qalacaqsınız. Bugünkü planlarınızın alt-üst olmaq ehtimalı var.

Xərçəng
Geridə buraxdığınız əlaqənin izləri belə qalmayıb. Zaman- zaman narahatlıq yaşamağınıza baxmayaraq, qısa müddətdə heç bir probleminiz olmayacaq. Işgüzar müstəvidə yaşadığınız çətinliklərdən xilas olmaq üçün bu gün yaxşı fürsət olacaq. Idman etməyiniz məsləhətdir.

Şir
Romantik baxımdan möhtəşəm bir gün yaşayacaqsınız. Heç ümid etmədiyiniz anda romantik bir təklif gələ bilər. Marağında olduğunuz birinin sizi tanımasına imkan verin. Bu gün enerjinizi tamamilə tükəndirməyin.

Qız
Birlikdə olduğunuz adamla gərəksiz yerə mübahisə edirsiniz. Lakin zaman sizə səhvinizi göstərəcək. Əlaqələrinizi yenidən nəzərdən keçirmək fürsəti yaranacaq. Bir az daha anlayışlı olun. Iş yerindəki yoldaşlarınızla ortaq layihələrə imza atmaq üçün uyğun zaman deyil.

Tərəzi
Sizi enerjili bir gün gözləyir. Istədiyinizə çatmaq üçün çoxlu səy göstərəcəksiniz. Iş həyatınızda yeni ideya və layihələrlə özünüzü sübut edəcəksiniz. Dəyişik fəaliyyətlərlə maraqlana biləcəyiniz, məhsuldar bir gün keçirəcəksiniz.

Əqrəb
Sevdiyiniz adamla bağlı öyrənəcəyiniz bəzi məlumatlar üzündən bənbinliyə qapılacaqsınız. Işin əslini öyrənmədən reaksiya verməyin. Çünki isti başla verdiyiniz qərarlara, söylədiyiniz sözlərə görə sonradan peşman ola bilərsiniz.

Oxatan
Yoldaşlarınızın sevdiyiniz insan haqqındakı fikirlərinə son günlər çox əhəmiyyət verirsiniz. Onun üçün isə başqalarının deyil, sizin nə düşündüyünüz əhəmiyyətlidir. Bu gün tamamlamalı olduğunuz işləri təxirə sala bilməyəcəksiniz. Ona görə də bu gün daha sürətlə işləməlisiniz.

Oğlaq
Sevdiyinizlə aranızdakı problemlərin üzərində dayanmayıb hadisələri öz axarı ilə getməsinə şərait yaradın. Belə olarsa, özünüzü daha yaxşı hiss edəcəksiniz. Maddi baxımdan sıxılmış vəziyyətdəsiniz. Büdcənizə diqqət yetirin.

Dolça
Sürpriz məhəbbətə hazır olun. Güclü hissiyyatınız qarşılaşacağınız adamı daha yaxşı tanımağa yardım edəcək. Qərar verərkən ürəyinizin səsinə qulaq asın. Qaçırdığınız bir iş təklifi yenidən gündəmə gələcək. Bu, karyera inkişafının ilk addımı ola bilər.

Balıqlar
Xoşlandığınız hər bir şeyi hamı ilə paylaşmaq istəyirsiniz. Atacağınız hər addımı yaxşı hesablamalı, səhvlərinizi dərk etməlisiniz. Çətinlik çəkdiyiniz məqamlarda yoldaşlarınızdan kömək istəyin. Maddi və mənəvi dəstək verəcəklər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.