05.04.2022 Gündəlik Bürclər (5 Aprel 2022 Günlük Bürclər)

04 Nisan 2022
2 901
0
05.04.2022 Gündəlik Bürclər (5 Aprel 2022 Günlük Bürclər)
Qoç
Işiniz həmişəkindən çox olacaq, ancaq onların öhdəsindən gələ biləcəksiniz. Müəyyən xərclər gözlənilir. Narahat olmayın xərclədiyiniz pula görə peşmançılıq hissi yaşamayacaqsınız.

Buğa
Hər bir işə marağınız tez sönəcək. Bu əhval sizi daha da aqressiv edəcək. Günorta vaxtları işdə rəhbərliklə münasibət korlana bilər. Yaxın ətraf da sizin adi səhvinizi belə bağışlamaq fikrində deyil.

Əkizlər
Bu gün başqalarının işinə həmişəkindən çox qarışacaqsınız. Ancaq bunu elə bacarıqla edirsiniz ki, heç kim sizdən inciməyəcək. Ehtimal ki, gözlənilməz və xoş təkliflər alacaqsınız. Bu, sevgi etirafı da ola bilər.

Xərçəng
Pozitiv ruha köklənsəniz, bir sıra işlərinizi yoluna qoya bilrsiniz. Hətta tez qərar verməli anlarda belə səhvə yol verməyəcəksiniz. Elmi yaradıcılıq baxımından əlverişli gündür. Başqalarının təcrübə və ideyalarından faydalanacaqsınız.

Şir
Yaxşı olar ki, bu gün vacib işlə məşğul olmayasınız. Hətta bu işləri təxirə salmaq istəməsəniz belə bunu etməyə məcbursunuz. Çünki yarı yolda ciddi çətinliklərlə qarşılaşa bilərsiniz. Ancaq yola çıxmaq üçün əlverişli gündür.

Qız
Əvvəlcədən planlaşdırılmış, böyük məbləğli alış-veriş etmək olar. Yaradıcılıq potensialınız yüksək olacaq. Dostlar, qohumlar yeni ideyalarınızı reallaşdırmağa kömək edəcək. Gün yeni tanışlıq üçün münasibdir. Sizi ilk görən adamda yaxşı təəssüratlar yaradacaqsınız.

Tərəzi
Ehtiyatlı olun, xroniki xəstəliyin baş qaldıracağı gündür. Bu səbəbdən həkimin təyin etdiyi dərmanı yanınızdan əksik etməyin, profilaktik tədbirinizi görün. Hamı ilə dil tapa biləcəyiniz bir gündür. Axşam saatlarında xoş sürpriz yaşamaq şansınız var.

Əqrəb
Bu gün işdə kolleqalarla həmişəkindən daha çox mübahisə edəcəksiniz. Xoş münasibəti saxlamağı da bacaracaqsınız. Gün boyu əks cinsin nümayəndəsinin diqqətindən yayınmamağınız yarınızla aranızda qısqanclıq münasibəti yaşadacaq.

Oxatan
Çətin vəziyyətdə yumor hissiniz sizi xilas edəcək. Alış-veriş üçün məhsuldar gündür. Konsertə, teatra getmək üçün əlverişli vaxtdır. Sağlam qidalarla qidalansanız gün boyu özünüzü gümrah hiss edəcəksiniz.

Oğlaq
Bu gün riskə getmək olmaz. Günün ikinci yarısı hansısa səbəblərdən yarımçıq qalmış işlərə girişmək zamanıdır. Bu gün onları tamamlamaq şansınız var. Eyni zamanda münasibətlərin bərpası baxımından da əlverişli gündür.

Dolça
Ehtimal ki, gözləmədiyiniz məqamda gəliriniz olacaq. Bu səbəbdən çoxdan bəri arzuladığınıza yetişə bilərsiniz. Bu gün diqqət mərkəzində nə qədər çox olsanız, bir o qədər faydasını görərsiniz. Yeni işə başlamaq üçün əlverişli zamandır.

Balıqlar
Gün bir sıra problem gətirə bilər. Bürcün nümayəndələri bu gün pulu çox asanlıqla xərcləyirlər. Kömək umduğunuz kəslər çətin ki, sözlərinin üstündə duracaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.