12.04.2022 Gündəlik Bürclər (12 Aprel 2022 Günlük Bürclər)

11 Nisan 2022
2 231
0
12.04.2022 Gündəlik Bürclər (12 Aprel 2022 Günlük Bürclər)
Qoç
Işləriniz pis getmir, hansısa məqsədə çatmasanız belə dilxor olmayacaqsınız. Hər şeyin öz vaxtı var və siz də istədiyinizə mütləq nail olacağınızı düşünürsünüz. Bu gün maliyyə məsələlərini həll etmək arzuolunmazdır. Romantik görüş üçün münasib gündür. Həm də dostluq görüşləri sizi məyus etməyəcək.

Buğa
Uğurlu gündür. Yeni biznes layihələrinin perspektivlərinin müzakirəsi üçün münasib gündür. Evdə xırda anlaşılmazlıqlar mümkündür. “Buğa” valideynlər uşaqlarla tez-tez savaşırlar. Amma münasibətlər tez bərpa olunur, heç bir tərəf münaqişə istəmir. Interyer və mebel əşyaları alınması üçün əlverişli gündür.

Əkizlər
Hansısa ali məqsədlərə nail olmaq üçün çox uğurlu gündür. Şans görünür, nəhayət, son vaxtlar tez-tez mübahisə etdiyiniz adamla barışmaq şansınız var. Hətta birgə fəaliyyət haqqında razılığa da gələ bilərsiniz. Sevdiklərinizlə səmimi olun, öz hisslərinizi gizlətməyə ehtiyac da yoxdur. Gəliriniz ola bilər.

Xərçəng
Tez yığışıb yola şıxmaq istəyənlər üçün əlverişli gündür. Bürcün nümayəndələri bu gün asanlıqla riskə gedir, əgər vəziyyət belə tələb edirsə, məharətlə aldadırlar. Sərfəli sövdələşmə mümkündür, əmlak məsələləri uğurla həll olunacaq. Təmiz havada fəal istirahət üçün əlverişli gündür.

Şir
Bu gün üçün nəzərdə tutduğunuz planları dəyişməli olacaqsınız. Gözlənilməz hədiyyə və çox cəlbedici təklif almaq ehtimalı da var. Qohumlar ilə görüş üçün münasib gündür, ailə həyatına aid mühüm məsələləri müzakirə etmək olar.

Qız
Çox uğurlu gündür. Hansısa çoxdankı arzunuz reallaşacaq. Istər şəxsi, istərsə də işgüzar sferada daxili səsinizə güvənə bilərsiniz. Nə qədər çalışsanız da, yorğunluqdan şikayətçi olmayacaqsınız. Sağlamlıq və ya kosmetik proseduralar üçün əlverişli gündür.

Tərəzi
Qüvvə və enerji baxımından şikayətiniz yoxdur. Öz planlarınızdan imtina etmirsiniz. Bundan başqa, bütün gün ərzində sakitliyinizi qoruyub saxlaya biləcəksiniz; lazımsız həyəcan və intizar gözlənilmir.

Əqrəb
Gün yaxşı keçəcək. Bir zamanlar sizi incidən şəxs, deyəsən, öz günahını yumaq qərarına gəlib. Həmin adamdan gözlənilməz xəbər alacaqsınız. Yüngül nasazlıq ehtimalı da var.

Oxatan
Işgüzar fəallıq sıfıra yaxındır. Yaxınlarla aranızdakı hər hansı fikir ayrılığından qaçmaq heç də həmişə mümkün olmur. Sizə hansısa səhvləriniz xatırlanacaq. Axşam saatları sükan arxasında oturmaq, ağır fiziki işlə məşğul olmaq və ya uzaq səfərə çıxmaq üçün qətiyyən yaramır.

Oğlaq
Siz çox emosionalsınız, ancaq hisslərinizi bölüşmək istiqamətində tərəf müqabilinizi seçməkdə yanlışlığa yol verirsiniz. Bu səbəbdən müşkül, bəzən də təhlükəli vəziyyətə düşürsünüz. Bu gün ünsiyyət üçün xüsusi ehtiyatlılıq tələb olunur.

Dolça
Istənilən mürəkkəb məsələlərin həlli üçün əlverişli gündür. Bu gün sizi azdırmaq, çaşdırmaq mümkün deyil. Çünki siz nə istədiyinizi dəqiq bilirsiniz. Hansısa maliyyə və əmlak mövzusunda fikir ayrılığının həlli mümkündür. Mühüm sənədlərin rəsmiləşdirilməsi üçün münasib gündür.

Balıqlar
Xırda işlər, evə aid alış-veriş və məişət texnikasının təmiri üçün münasib gündür. Səfər arzuolunmazdır: yorucu görünə bilər və heç bir müsbət emosiyalar bəxş etməyəcək. Romantik əhval-ruhiyyəli nümayəndələr sevgililəri ilə günü yaxşı keçirəcəklər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.