11.05.2022 Gündəlik Bürclər (11 May 2022 Günlük Bürclər)
Gərgin gündür. Boş ümidlərə aldanmayın. Çətin situasiyadan çıxış yolunu tapacaqsınız. Səhhətinizə fikir verin. Günün ikinci yarısında ev işi, açıq havada gəzinti üçün münasibdir. Səhhətinizdə diqqətli olun.
Buğa
Özünüzü tənha hiss edəcəksiniz. Münasibətlərlə bağlı ciddi məsələlərə toxunmaq olar. Bu gün bir sıra məqamlara aydınlıq gətirin. Axşam saatlarında açıq havada gəzintiyə çıxın.
Əkizlər
Gərgin gündür. Mühüm məsələdən diqqəti yayındırmayın. Sevdiyiniz şəxs və sizə yaxın olan insanlarla münasibətləri qoruyun. Maliyyə məsələlərində diqqətli olun. Bədxərclik etməyin.
Xərçəng
Günün ikinci yarısında çox mürəkkəb problemi həll etməli olacaqsınız. Xroniki ağrılar kəskinləşə bilər. Travma riski var. Ailə üzvlərinizin səhhətinizlə bağlı təklifini dinləyin, həkimə müraciət edin.
Şir
Bu gün eşidəcəyiniz xəbərlər sizi qıcıqlandıra bilər. Amma o xəbərlərin arasında sizi hərəkətə gətirəcək məlumat da olacaq. Ailədəki problemləri həll edin. Gərgin durum qəza və travma risklərini artırır.
Qız
Şəxsi məsələlərlə məşğul olun. Günün ikinci yarısında çətin işə başlamaq olar. Səbrli və təmkinli olun, əzmlə irəliləyin. Şəxsi münasibətlərdə daxili səsinizə güvənin.
Tərəzi
Ən önəmli məsələni həll etməyə çalışın, ikinci dərəcəli problemlərin həllini bir müddətlik təxirə salın. Mühüm problemin effektiv həllini tapın. Səhhətinizə diqqət yetirin. Virus və yoluxucu xəstəlik riski artır.
Əqrəb
Hisslərinizin əsiri olmayın, yaşananlarda yalnız mənfi çalarlar aramayın. Səfər və görüşü təxirə salın. Sövdələşmədən əldə ediləcək gəliri hesablamamış razılaşmayın. Köhnə münasibətləri qaydaya salın.
Oxatan
Günün ikinci yarısında hadisələrin inkişafına müdaxilə etməyin. Təkliflər və yeni imkanlar diqqətəlayiqdir. Bütün diqqəti işə yönəldin. Köməyə ehtiyac yarandığı təqdirdə yaxınlarınıza müraciət edin.
Oğlaq
Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin. Bu gün şəxsi görüşləri təxirə salın. Axşam saatlarını sakit şəraitdə keçirin. Mütaliə edin, dostlardan biri ilə ünsiyyət məsləhətdir. Səs-küylü məclis və kütləvi əyləncələrdən uzaq durun.
Dolça
Mühüm planlardan birini reallaşdırmaq olar. Ikinci dərəcəli işlərlə məşğul olmayın. Şəxsi münasibətlərdə kompromisə ehtiyac yaranırsa, güzəştə gedin. Alış-veriş və imiclə bağlı işlər uğurlu olmayacaq.
Balıqlar
Bir neçə mühüm iş arasında seçim məcburiyyəti yaranacaq. Nəticədə heç bir işi görməyə bilərsiniz. Uzun-uzadı müsahibələrə başlamayın. Münasibətləri aydınlaşdırmayın. Alış-veriş üçün yaxşı gündür.