21.05.2022 Gündəlik Bürclər (21 May 2022 Günlük Bürclər)

20 Mayıs 2022
2 876
0
21.05.2022 Gündəlik Bürclər (21 May 2022 Günlük Bürclər)
Qoç
Sizi çətin gün gözləyir. Gün özü ilə işgüzar müstəvidə ciddi problemlər gətirəcək. Sizdən uzun zamandır gizli saxlanılan vacib məsələnin üstü açılacaq. Təəssüf ki, bu mövzuda yaxınlarınız sizə yardımçı ola bilməyəcək. Onlar sizi daha çox tənbeh edəcəklər. Sonsuz problemlər əsəb gərginliyilə nəticələnəcək.

Buğa
Uğurlu gündür. Əgər vaxt itkisinə yer verməsəniz, çox şeyə nail ola bilərsiniz. Işgüzar danışıqlar yaxşı keçəcək. Görüşlərdə öz şərtlərinizi yeridə biləcəksiniz. Maliyyə işləriniz sürətlə yaxşılığa doğru dəyişəcək. Şəxsi işlərdə də vəziyyət pis olmayacaq.

Əkizlər
Tələskənlikdən uzaq olun. Xüsusilə də bu tərziniz iş üçün münasib sayılmır. Enerjinizə qənaət edin. Uzaq qohumlarla, köhnə tanışlarla görüş, əlaqələrin bərpası üçün münasib zamandır. Əmlakla bağlı sövdələşmələri imzalaya bilərsiniz.

Xərçəng
Çətin gündür. O üzdən də asan qələbəyə ümid etməyin. Işdə mübahisələriniz olacaq. Baş vermiş konfliktlərdən biri daha ciddi fəsadlar verəcək. Çoxdankı partnyorunuzdan ayrılacağınız ehtimal edilir.

Şir
Baş verənləri süzgəcdən keçirmək üçün sakit gündür. Uzunmüddətli əməkdaşlıqla bağlı məsələni müzakirə edə bilərsiz. Maraqlı iş təklifini qəbul etməyə tələsməyin. Bir azdan öz şərtlərinizi diqtə edə biləcəksiniz. Dostluq görüşü üçün münasib gündür.

Qız
Kifayət qədər çətin gün olmasına baxmayaraq, qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Situasiya gərgin olanda bu cür inadkarlığınız və iradəli olmağınız məqsədə çatmağa kömək edir. Amma bu gediş effekt versə də, çoxlu düşmən qazanmaq təhlükəsindən də uzaq deyil.

Tərəzi
Gün çoxlu sayda sınaq və çətinliklər gətirəcək. Sizin üçün asan olmayacaq, amma yaxınlığınızda etibar edə biləcəyiniz adamlar var. Həmkarlarınız yardım edəcək. Səfəriniz uğursuz olacaq, xüsusən də işgüzar görüş məqsədilə yola çıxmaq məsləhət deyil.

Əqrəb
Gücünüzü toplamaq üçün sakit gündür. Bu gün qənaətcil olsanız, faydasını görərsiniz. Əgər bu gün yola çıxmağı planlaşdırmısınızsa, onda hazırlıq işlərinə ciddi fikir verin. Çünki yarımçıq hazırlığın nəticəsi ciddi problemlər yaradacaq.

Oxatan
Bu gün işdə əla nəticələr əldə edəcəksiniz. Yeni və faydalı nəsə öyrənmək üçün münasib gündür. Bu gün təbiət sizin üçün enerji qaynağı rolunu oynayacaq. Bu baxımdan parkda gəzinti yerinə düşər.

Oğlaq
Çox uğurlu gündür. Riskə gedə bilərsinz, çünki bu gün ulduzlar cəsur və qərarlı “Oğlaq”ları dəstəkləyəcəyini vəd edir. Faydalı sövdələşməniz olacaq. Istedadınız diqqətdən kənarda qalmayacaq.

Dolça
Tənbəlliyinizə qarşı mübarizə aparacaqsınız. Çünki fəal işgüzarlığınız aşağı səviyyəyə düşüb. Yaxşı olar ki, yaşlı qohumlarla münasibətlərinizə diqqət yetirəsiniz. Onların, xüsusilə bu gün sizin qayğınıza ehtiyacı var. Günün ikinci yarısı sakit istirahət üçün əlverişlidir.

Balıqlar
Dolaşıq situasiyaya düşmüsünüz. Məsələlərin həlli və yaranmış vəziyyəti özünüz üçün aydınlaşdırmağa kifayət qədər vaxt itirəcəksiniz. Həmkarlarınızla aranızda mübahisə yaranacaq. Şəxsi müstəvidə isə tam əksinə, sevimli adamla aranızdakı münasibət yaxşılaşacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.