07.06.2022 Gündəlik Bürclər (7 İyun 2022 Günlük Bürclər)

06 Haziran 2022
3 761
0
07.06.2022 Gündəlik Bürclər (7 İyun 2022 Günlük Bürclər)
Qoç
Əhatənizdə olanlar həmişəkindən daha çox işinizə müdaxilə edəcəklər. Bu isə sizi qıcıqlandıracaq. Hisslərinizi cilovlamaq çətin olacaq. Təhsildə uğur gözlənilir.

Buğa
Işsiz oturmağı sevməyənlər üçün əlverişli gündür. Özünüz üçün nə qədər maraqlı iş tapsanız, bir o qədər yaxşı olacaq. Gün kommersiya fəaliyyəti üçün münasib deyil.

Əkizlər
Çətin gündür. Vacib qərar qəbul etmək üçün münasib gün deyil. Uzaqdan həyəcan verici xəbər alacağınız da istisna deyil.

Xərçəng
Təsadüfi uğursuzluqlar, xırda anlaşılmazlıqlar əsəblərinizə toxunacaq. Həyat tonusu aşağı düşəcək. Bu gün həmişəkindən tez yorulacaqsınız. Bu zaman xroniki xəstəliklər də özünü xatırladacaq.

Şir
Gərgin, ancaq maraqlı gündür. Yaxınlarla aranızda fikir ayrılığı yaşanacaq. Ciddi mübahisələr istisna deyil. Qaydalara riayət etmək istəməyəcəksiniz.

Qız
Bu həftə yaşanan çox problemi çözəcəyiniz bir gündür. Bürcün nümayəndələri hərəkətə keçmək zamanının gəldiyini anlayacaq. Ulduzlar bu gün kişilərlə mübahisəyə girişməməyi tövsiyə edir.

Tərəzi
Maraqlı gündür. Heç kimin sizdə kəşf etmədiyi istedadınız üzə çıxacaq. Bu gün yaşadığınız hisslərə də aydınlıq gətirəcəksiniz. Maliyyə məsələləri sizi narahat etməyəcək, amma böyük alqı-satqını təxirə salmaq məsləhətdir.

Əqrəb
Həllini gözləyən professional məsələlər üzərində bu gün çalışsanız, peşman olmazsınız. Ancaq şəxsi müstəvidə problemlər də istisna deyil. Sizə yaxın olan şəxslə mübahisəniz düşə bilər.

Oxatan
Günü ailə-məişət məsələlərinin həllinə yönəldin. Yaxınlarla ünsiyyətdə olmaq üçün əlverişli gündür. Bundan kifayət qədər enerji alacaqsınız. Yeni tanışlıq da gözlənilir.

Oğlaq
Bu gün özünüzü yaxşı tərəfdən nümayiş etdirəcəksiniz. Günün ikinci yarısı isə gərgin və çətin olacaq. Bu zaman kəsiyində əhvalınız sabit olmayacaq.

Dolça
Sakit gündür. Yeni hobbi baş qaldıracaq. Ətrafdakılarla yaxşı dil tapacaqsınız. Axşam çağı səhhətinizdə yüngül çatışmamazlıq yarana bilər.

Balıqlar
Uğurlu gündür. Bütün fikirləri başınızdan ataraq maraqlı işlə məşğul olmaq üçün məhsuldar gündür. Təbiət qoynunda səyahətə çıxmaq yerinə düşər. Pəhrizə başlamaq baxımından da əlverişli zamandır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.