10.06.2022 Gündəlik Bürclər (10 İyun 2022 Günlük Bürclər)

09 Haziran 2022
3 040
0
10.06.2022 Gündəlik Bürclər (10 İyun 2022 Günlük Bürclər)
Qoç
Həyatınızda ciddi dəyişikliklər baş verə bilər. Işdə kadr dəyişikliyi də ola bilər. Bunun sayəsində “Qoç”lar öz mövqelərini möhkəmlədəcəklər və karyera quracaqlar. Bir zamanlar çətin görünən işləri reallaşdıra biləcəksiniz. Maddi vəziyyətiniz yaxşı olacaq.

Buğa
Günün gedişi sizi səbrli olmağa çağıracaq. Bürcün nümayəndələri diskomfort vəziyyətə düşəcəklər, ancaq onları heç kim sakitləşdirməyə tələsməyəcək. Buna baxmayaraq günün problemləri qlobal xarakter daşımayacaq.

Əkizlər
Vaxtınızı, enerjinizi boş yerə sərf etmirsiniz. Bürcün nümayəndələri harada və nə vaxt lazımdırsa, o anda da orada peyda olacaqlar. Yaxınlarınız qarşısında yüksək tələblər qoyacaqsınız. Bu isə ümumilkdə yaxşı olacaq günü korlaya bilər.

Xərçəng
Yaxınlarınızla mübahisə edəcəksiniz. Sizin hərəkətləriniz və söylədikləriniz onları qıcıqlandıracaq. Xoşbəxtlikdən situasiya sabitləşəcək. Sülhü bərqərar etmək naminə davranışınızı dəyişəcəksiniz.

Şir
Çətinliklər getdikcə artacaq, amma bu sizi qorxutmayacaq. Iradəli və inadkar olmağınız parlaq nəticələr əldə etməyinizə imkan verəcək. Bürcün cəsarətli nümayəndələri yeni işlərdən yapışmaqla onları asanlıqla tamamlayacaqlar. Günün birinci yarısında yaxın ətrafınızla aranızda mübahisə yaşanacaq.

Qız
Bu gün özünüzü yaxşı tərəfdən nümayiş etdirə bilməyəcəsiniz. Gün şifahi imtahan vermək üçün münasib deyil. Çoxdankı müttəfiqlərinizi itirmək təhlükəsi var. “Qız”ları qarşılıqsız sevgi münasibəti gözləyir. Bu gün yaradıcılıq tələb edən işlə məşğul olmaq məsləhət deyil.

Tərəzi
Bu gün harada peyda olacaqsınızsa, orada qarşıdurma yaşanacaq. Təhsil, xüsusilə də humanitar fənnin təhsili üçün məhsuldar gündür. Boş vaxtlarınızı yaxşı olar ki, dostlarınızın əhatəsində keçirəsiniz. Günü tənhalıqda keçirsəniz, çox darıxacaqsınız.

Əqrəb
Başqalarının elə də əhəmiyyət vermədən ötüb keçdiyi məsələlərə siz laqeyd qala bilməyəcəksiniz. Başqalarının ideyalarını reallaşdıracaqsınız. Bunu qeyri-səmimi üsullarla – hiyləylə həyata keçirməyəcəksiniz. Bu gün romantik münasibətlər üçün münasib zaman deyil.

Oxatan
Çətin gündür. Istədiklərinizi reallaşdırmaq asan olmayacaq. Ətrafdakəlarla münasibətiniz korlana bilər. Yaxınlarınız əhvalınızın pis olmasının səbəbini başa düşə bilməyəcəklər. Buna baxmayaraq onlarla dil tapa biləcəksiniz. Etiraf edin ki, problemləriniz elə də qlobal deyil.

Oğlaq
Möhtəşəm planlarınız var, amma onları reallaşdırmaq ehtimalı azdır. Siz çətinliklər barədə düşünmək belə istəməyəcəksiniz. Yanınızda sizin büdcənizə nəzarət etməyi bacaran adamın olması yaxşıdır. Əks cinsin nümayəndələrini bu gün cəlb edə biləcəksiniz. Bu gün uşaqlara qarşı daha diqqətli olun.

Dolça
Bu gün başqalarından öz maraqlarınıza uyğun istifadə edərək uğur qazanacaqsınız. Bununla da həm gücünüzə, həm də vaxtınıza qənaət edəcəksiniz. Əgər bu gün yanlışlığa yol versəniz, o sizə baha başa gəlməyəcək. Bu gün təməli qoyulan əlaqələr xoş müstəvidə inkişaf edəcək.

Balıqlar
Yaxşı tanımadığınız adamlarla ünsiyyətdə olarkən ehtiyatlı olun. Sizi dolaşığa salmaq asan olacaq. Düşmənləriniz də bu fürsətdən yararlana bilərlər. Günün pis tərəflərindən biri də planlarınızı reallaşdıra bilməməyinizlə bağlı olacaq. Bu sizi qıcıqlandıracaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.