11.06.2022 Gündəlik Bürclər (11 İyun 2022 Günlük Bürclər)

10 Haziran 2022
3 260
0
11.06.2022 Gündəlik Bürclər (11 İyun 2022 Günlük Bürclər)
Qoç
Liderlik xüsusiyyətlərinizi parlaq nümayiş etdirməklə, ətrafdakıların diqqətini çəkəcəksiniz. Bundan istifadə edərək mövqeyinizi möhkəmlədə bilərsiniz. Gün ailə-məişət problemlərinin həlli üçün də münasibdir.

Buğa
Gərgin gün olacaq. Bu gün çətin işlərlə və başqalarının problemlərinin həlli ilə məşğul olacaqsınız. Bürcün bəzi nümayəndələri həyatlarında dəyişiklik etmək istiqamətində ilk addımlar atacaqlar.

Əkizlər
Çətin gündür. Çalışın özünüzü sakit aparasınız. Ətrafda baş verən və sizə aidiyyəti olmayan məsələləri analiz etməkdənsə, öz işinizlə məşğul olun. Axşama doğru situasiya dəyişəcək. Fürsətdən istifadə edib yaxınlarınızla narahatçılığınızı bölüşün.

Xərçəng
Həyat eşqiniz sönük görünür. Bu üzdən də gücünüzün bərpası üçün istirahət etməyə ehtiyacınız var. Bu gün eksperimental əyləncələrdən və yorucu məşğələlərdənn imtina edin.

Şir
Alış-verişdən uzaq durun. Yaxınlarınızın ürəyindən keçənləri bilirsiniz. Deməli, onları hansı yolla sevindirməyin də bilirsiniz. Qayğıkeşliyiniz baş ucalığı gətirəcək.

Qız
Yaradıcılıq potensialınız yüksək olacaq. Bu, işdə uğur gətirəcək. Gün romantik macəra vəd edir. Ehtimal ki, bu gün ciddi münasibətin təməli qoyulacaq. Səmimi olun, hisslərinizi etiraf edin.

Tərəzi
Başınız öz problemlərinizə qarışıb. Sizi narahat edən məsələləri həll etməyiniz müsbət nəticədir. Amma bir balacada olsa xarici görünüşünüzə diqqət yetirin. Imic dəyişikliyi yerinə düşər.

Əqrəb
Yarımçıq qalmış işlərinizi tamamlayın. Son günlər bu gün edilməsi gərəkən işləri sabaha qoyursunuz. Səhərisi gün isə gərginlikdən yorulduğunuzu dilə gətirirsiniz. Gündəlik iş qrafikinizi düzgün təyin edin ki, sonra peşman olmayasınız.

Oxatan
Yaxşı olar ki, başınızı sizə aid olan işlərlə qatasınız. Əhatənizdə baş verənlərə göstərdiyiniz sərt reaksiyalar xoşagəlməz hallar yaradacaq. Sonunda isə yenə müqəssir siz olacaqsınız.

Oğlaq
Bir az gözləsəniz, ideyalarınız reallaşacağını görərsiniz. Elmi yaradıcılıq baxımından məhsuldar gündür. Əhvalınız sabit qalacaq, ancaq əla demək də mümkün deyil. Yaxın ətrafınız sizi şənləndirməyə çalışacaq və bu onlarda alınacaq.

Dolça
Situasiya yaxşılığa doğru dəyişəcək. Əgər səhər tezdən əhvalınız olmasa belə günortayacan xoşagəlməz hislər sizi tərk edəcək. Yaxınlarla aranızda mübahisə düşməməsi üçün ironiyaya yer verin. Həm öz, həm də onların çatışmazlığını yumor hissi ilə qarşılayın.

Balıqlar
Işdə xoşagəlməz olaylar yaşanma ehtimalı var. Ulduzlar öz işinizlə məşğul olmağa çağırır. Yaxşı olar ki, ətrafda baş verənlərə reaksiya verməyəsiniz. Əks halda siz də fitnə-fəsadların qurbanı ola bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.