06.07.2022 Gündəlik Bürclər (6 İyul 2022 Günlük Bürclər)

05 Temmuz 2022
3 103
0
06.07.2022 Gündəlik Bürclər (6 İyul 2022 Günlük Bürclər)
Qoç
Dəyişikliklər həm pozitiv, həm də neqativ xarakter daşıyır. Buna səbəb sizin qısamüddətli arzularınız və şıltaqlığınızdır. Yanınızda sizə yaxşı məsləhət verən adam var, lakin siz öz bildiyinizi edirsiniz.

Buğa
“Buğa”ların günü sakit keçəcək. Ulduzlar xəbərdarlıq edir ki, çoxlu pul xərcləmələrinizin sonu maddi çətinliklərlə nəticələnəcək. Günün ikinci yarısında planlaşdırmadığınız səyahət gözlənilir.

Əkizlər
Bu gün daha çox texniki ləvazimatla bağlı olan planlarınız reallaşacaq. Siz məişət texnikasının təmiri, yaxud da alqı-satqısıyla məşğul ola bilərsiniz. Bu gün sükan arxasında az oturmağınız məsləhətdir.

Xərçəng
Bu gün çoxlu sayda problemləriniz çıxacaq, amma bu heç də o demək deyil ki, hamısını birdən həll etməlisiniz. Həyat yoldaşınızla, yaxud da əziz adamınızla münaqişənizin olacağı ehtimal edilir. Buna məişət xarakterli məsələ səbəb olacaq.

Şir
Ilk baxışdan günün çətin görünməyinə baxmayın, problemləriniz elə də ciddi olmayacaq. “Şir”lərin bu günü romantik münasibətlərin başlanğıcı üçün əlverişlidir. Qohumlarla münasibətlərdə bu gün diqqətli olun, yaxınlarınızın xətrinə dəyə bilərsiniz.

Qız
Gün nə qədər maraqlı və şən keçsə də, gərginliyin azalmasına köməyi dəyməyəcək. Gücünüzün bərpası üçün istirahətə ehtiyacınız var. Özünüzü bu imkandan məhrum etməyin.

Tərəzi
Gün “Tərəzi”lərin çoxdan gözlədikləri xəbəri gətirəcək. Bürcün nümayəndələri enerjili və cazibədardılar. Bu gün təməli qoyulacaq işlərdə siz aparıcı rol oynayacaqsınız.

Əqrəb
Bu gün hamı sizi tərifləyəcək, dəstək verəcək. Kimlərdən ki xoş söz eşidəcəksiniz, onlara etibar etmək olar. Günün hadisələri ilk baxışdan gözlənilməz görünsə də, əslində, bunda sizin də günahınız var.

Oxatan
“Oxatan”ları ürəyi istəməyən səfər gözləyir. Ilk gündən bu səyahətdən yaxşı heç nə gözləməyəcəksiniz. Yola çox pul xərcləyəcəksiniz. Vacib sənəd itkisi də gözlənilir.

Oğlaq
Günün əsas hissəsini yola getmədiyiniz adamla keçirmək məcburiyyətindəsiniz. Sonradan isə emosiyalarınıza hakim kəsilmədiyiniz üçün peşman olacaqsınız. Planlaşdırmadığınız xırda alış-veriş əhvalınızı qaldıracaq.

DOlça
“Dolça”lar özlərindən narazıdırlar, bu istiqamətdə əlinizdən də heç nə gəlmir deyə, daha da narahatlıq keçirirsiniz. Çətin durumdasınız, amma istənilən halda, çıxış yolu var. Sakitləşsəniz, soyuq başla situasiyanı incələyə bilərsiniz.

Balıqlar
Gün qayğılarla zəngindir, bürcün nümayəndələri boş vaxt tapa bilmirlər. Yüksək intellektual qabiliyyətiniz yaradıcılıq imkanlarınızın genişlənməsinə gətirib çıxaracaq. Ətrafdakılar bunu görməzlikdən gəlsələr də, heyfslənməyin, vaxt gələcək onlar da bunu etiraf edəcəklər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.