12.07.2022 Gündəlik Bürclər (12 İyul 2022 Günlük Bürclər)

11 Temmuz 2022
2 593
0
12.07.2022 Gündəlik Bürclər (12 İyul 2022 Günlük Bürclər)
Qoç
Əgər bu gün alış-verişə çıxmalısınzsa, onda yanınızda sizə doğru yol göstərə biləcək adam götürün. Uzun müddətli razılaşmalara imza atmaq məsləhət deyil. Səyahətə çıxmaq üçün əla gündür.

Buğa
Eksperimentlər aparmaq üçün məhsuldar gündür. Bu günə qədər topladığınız biliyi təcrübədə tətbiq edə bilərsiniz. Işgüzar məsələlərin müzakirəsi baxımından da əlverişli zamandır.

Əkizlər
Bu gün vacib məsələləri müzakirəyə çıxarmayın. Konflikt yaşanacağı ehtimal edilir. Çünki gün boyu ətrafdakıların davranışlarını düzgün dəyərləndirə bilməyəcəksiniz. Gün ev işlərilə məşğul olmaq üçün əlverişlidir.

Xərçəng
Yaxın ətrafınız sizin nailiyyətlərinizi kənardan izləyəcək. Günün ikinci yarısı gəzinti, dostlarla görüş, xoş insanların əhatəsində vaxt keçirmək üçün münasib vaxtdır.

Şir
Bu gün qadınlarla dil tapmaq çətin olacaq. Yaradıcılıq potensialınız yüksək olacaq. Bundan səmərəli istifadə etməyə dəyər. Həyatınızı yaxşılığa doğru dəyişə bilərsiniz.

Qız
Gün pozitiv emosiyalarla zəngindir. Ehtimal ki, yaxınlarınızla bağlı xoş xəbər alacaqsınız. Ailə-məişət problemlərinin öhdəsindən uğurla gələcəksiniz. Günün ikinci yarısını evdə keçirməyiniz məsləhətdir.

Tərəzi
Gün ciddi problemlər yaşadacaq. Istənilən maliyyə işi ehtiyatlı olmağı tələb edəcək. Bu sferada riskə getmək olmaz. Bu gün borca pul almayın. Bürcün tənha nümayəndələri üçün bu gün yeni tanışlığa imza atmaq çətin olmayacaq.

Əqrəb
Məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Şəxsi müstəvidəki anlaşılmazlıqları yoluna qoyacaqsınız.

Oxatan
Yaradıcılıq potensialı yüksək olacaq. Özünüzə inam güclü olduğundan ətrafdakıları diqqətini çəkəcəksiniz. Bu səbəbdən mənəvi dəstəyə ehtiyacı olanlar sizə müraciət edəcəklər.

Oğlaq
Gün yeni sferada özünüzü sınamaq üçün münasibdir. Yaxşı olar ki, professional gələcəyinizi necə görməyiniz mövzusunda düşünəsiniz. Bu gün əhatənizdə olan kəslər sizi bir kəlmədən anlayacaqlar.

Dolça
Ehtimal ki, əhvalınız korlanacaq, öz işinizə marağınız azalacaq. Sizdən asılı olan əlaqələrə diqqət yetirin. Təzyiq göstərməklə çox irəli gedə bilməyəcəksiniz.

Balıqlar
Gün romantik anlar vəd edir. Bu gün çox cəlbedici olacaqsınız. Bir zamanlar həyatınızda vacib rol oynayan adamla görüşəcəksiniz. Səhhətində problemlər olanların bu gün daha diqqətli olması lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.