13.07.2022 Gündəlik Bürclər (13 İyul 2022 Günlük Bürclər)

12 Temmuz 2022
2 429
0
13.07.2022 Gündəlik Bürclər (13 İyul 2022 Günlük Bürclər)
Qoç
Çətin gündür. Günün yalnız bir müsbət tərəfi var, o da nikbinliyinizi qoruyub saxlamağınızla əlaqədardır. Yaxşı olar ki, bu gün işgüzar münasibətlərlə şəxsi məsələləri qarışdırmayasınız. Pulunuzu da sağa-sola xərcləmək zamanı deyil. Onu ancaq öz biznesinizin inkişafı üçün yatıra bilərsiniz. Bürcün bəzi nümayəndələri eqoistlik etməklə yaxınlarını hirsləndirəcək.

Buğa
Bu gününüzü uğurlu hesab etmək mümkün deyil. Siz gah özünüzü yaxşı tərəfdən göstərəcək, gah da kəskin ifadələrlə ətrafdakıları təəccübləndirəcəksiniz. Xoşbəxtlikdən bunu sizə bağışlayacaqlar. Bu gün təməlini qoyduğunuz romantik münasibət getdikcə ciddi xarakter alacaq.

Əkizlər
Böyük uğurlar vəd edən gündür. Düşünülmüş addım atmaq, konstruktiv fəaliyyyət baxımından məhsuldar zamandır. Demək olar ki, bu gün əlinizə hansı işi götürsəniz onu uğurla başa vuracaqsınız. Ən cəsarətli planlarınızdan birini reallaşdırmaq şansınız da var. Gün idmanla məşğul olmaq, təmiz havada istirahət etmək üçün əlverişlidir.

Xərçəng
Bu gün elə bir gündür ki, sizin ürəyinizdən dağı yerindən oynatmaq keçəcək. Günün birinci yarısı bu istəyinizi həyata keçirə bilərsiniz. Işdə əhəmiyyətli proqress gözlənilir, professional perspektivlər vəd olunacaq. Ancaq günün ikinci yarısında səhər erkəndən özünüzdə hiss etdiyiniz enerjidən əsər-əlamət qalmayacaq. Bu zaman kəsiyi elə də uğursuzluq gətirməyəcək, amma yorucu olacaq.

Şir
Çox çətin gündür. Siz zəhləniz gedən adamla ünsiyyətdə olmağa məcbur qalacaqsınız. Təbii ki, bu da əhvalınıza sirayət edəcək. Hətta baş ağrısı, yuxusuzluq da gözlənilir. Bu gün ən yaxın adamınızla da dil tapa bilməyəcəksiniz. Uzun illərdən bəri dost saydığınız adamla aranızda mübahisə də düşəcək.

Qız
Günün neqativ tendensiyalarına qarşı durmağa gücünüz yetəcək. Hətta uğursuzluğa üstün gələcəyiniz də bildirilir. Bu gün xarici dil öyrənmək asandır. Çünki öyrəndiyiniz yeni sözlər daha tez yadda qalacaq. Gününüzü xarici vətəndaşların əhatəsində keçirsəniz, faydasını görərsiniz. Ulduzlar xarici əlaqələrinizdən birinin nikah masasına qədər inkişaf edəcəyini də iddia edir.

Tərəzi
Asan, sevinc dolu xoş gün olacaq. Bu gün istədiyinizə yetmək üçün çox güc sərf etməyəcəksiniz. Necə deyərlər, uğur öz ayağıyla sizə təşrif gətirəcək. Ehtimal ki, maraqlı işgüzar təklif də alacaqsınız. Hamıya nümunə olmaq, liderlik xüsusiyyətini parlaq nümayiş etdirmək günün əsas devizidir. Bu gün çox cazibədar olmaqla diqqətdən kənarda qalmayacaqsınız.

Əqrəb
Bugünkü situasiyada tarazlıq itdiyindən siz bir tərəfdən o biri tərəfə qaçacaqsınız. Istəməsəniz belə yaxşı məsləhətə qulaq asmalı olacaqsınız. Çox zaman başqalarının işinə müdaxilə edir, sizinlə birbaşa əlaqəsi olmayan diskussiyalara girişirsiniz. Yaxşı olar ki, bu vərdişinizə son qoyasınız. Bu gün yaxınlarınızla ünsiyyətdə diqqətli olun.

Oxatan
Artıq səhər tezdən hiss edəcəksiniz ki, gününüz uğurlu olacaq. Daxili səsiniz də sizi aldatmayacaq. Şəxsi müstəvidə də işləriniz yaxşılığa doğru inkişaf edəcək. Çoxdankı soyuq əlaqəni bərpa edə biləcəksiniz. Ətrafdakılara yaxşı əhval-ruhiyənizi korlamağa imkan verməyəcəksiniz.

Oğlaq
Neqativ təsirlər özünü ilk olaraq əhvalınzda göstərəcək. Bu gün xoş həmsöhbət tapmaq çətin olacaq. Ünsiyyət zamanı əsassız mübahisələrə girişərək davakarlıq nümayiş etdirəcəksiniz. Siz verdiyiniz vədlərə xilaf çıxaraq ailə münaqişənin yaranmasına da səbəbkar olacaqsınız. Yaxşı olar ki, bu gün qonaq qarşılamayasınız.

Dolça
Hisslərinizi idarə etməyi bacarsanız gününüz yaxşı keçər. Vacib işlərin icrası üçün günorta və ya günün ikinci yarısı daha münasibdir. Bir sıra problemləri əhatənizə sizə müvafiq olan adamları toplamaqla həll edəcəksiniz. Gün kifayət qədər romantik macəra vəd edir. Ancaq ulduzlar bu aləmdə başınızı itirməməyi xəbərdarlığını edir.

Balıqlar
Uğursuz gündür. Bu səbəbdən də irəli gedə bilməyəcəksiniz. Digər tərəfdən də istənilən iş sizə çətin görünəcək. Yaxşı olar ki, fiziki fəaliyyəti dayandıraraq istirahət edəsiniz. Yorucu iş, alış-veriş emək məsləhət deyil. Evdə də diqqət tələb etməyən mövzu mübahisəyə zəmin yaradacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.