21.07.2022 Gündəlik Bürclər (21 İyul 2022 Günlük Bürclər)

20 Temmuz 2022
2 224
0
21.07.2022 Gündəlik Bürclər (21 İyul 2022 Günlük Bürclər)
Qoç
Partnyorlarınızın və iş yoldaşlarınızın tələblərinə baxmayaraq, sonu vacib müqavilə ilə bitən işə əl atacaqsınız. Maddi baxımdan çətinliklərlə qarşılaşa bilərsiniz. Ətrafınızda söz-söhbətlər yaranacaq. Bu, işlərinizə və ailə sakitliyinə zərər vura bilər. Özünüzü son dərəcə təmkinli aparmağınız məsləhətdir.

Buğa
Karyera yüksəlişində sizi heç nə gözləmir, çünki iş həyatını kənara buraxıb, özünüzü romantikaya həsr edəcəksiniz. Bu gün sevginizə sahib çıxmağın vaxtıdır. Əhval-ruhiyyəniz tez-tez deyişəcək. Səyahətə çıxmağınız və böyük işlərə əl atmağınız məsləhət deyil. Saxlamlığınızı qoruyun.

Əkizlər
Bu gün sizə uğur gətirməyəcək. Boş dedi-qodu ucbatından işdən çıxma ehtimalı ola bilər. Amma bu yalnız ehtimaldır, ona görə ürəyinizi sıxmayın. Ailədə bir sıra problemlər ortaya çıxacaq, başqa yerə köçməyiniz müzakirə mövzusuna çevriləcək. Söz-söhbətlər sağlamlığınıza təsir edə bilər, özünüzü qoruyun.

Xərçəng
Peşekarlıq baxımından bu gün xoşbəxt gələcəyinizin təminatı ola biləcək addım atacaqsınız. Tək vacib olanı çalışqanlıqdır. Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilir. Bəlkə yaxında evlənmə təklifi aldınız. Uzun səyahətə çıxanlar, xüsusilə də sükan arxasında olanlar yollarda daha ehtiyatlı olmalıdırlar.

Şir
Bir tərəfdən bəxtiniz gətirəcək, digər tərəfdən isə yox. Bu gün çoxdan etmək istədiyiniz işi həll edəcəksiniz. Qarşınızda əngəllər olacaq. Iradənizi toplasanız hər işin öhdəsindən gələcəksiniz. Sevgilinizlə münasibətdə özünüzü bir az aqressiv aparacaqsınız. Onu sonadək dinləməyi bacarın, əks təqdirdə ayrıla bilərsiniz.

Qız
Peşəkar həyatınızda özünüzü doğrultmaq hissi oyanacaq, lakin rəhbərlik və həmkarlarınız sizi başa düşməkdə çətinlik çəkəcəklər. Buna baxmayaraq siz yenə də özünüzə inamınızı itirməyin və hərəkətə keçin. Şəxsi münasibətlərdə qarşı tərəfə nə isə sübut etmək cəhdiniz boşa çıxacaq.

Tərəzi
Bu gün yaxşılığınızı istəməyən insanlar işlərinizə əngəl törədəcəklər. Mövqeyinizi saxlamaq üçün əlinizdən gələni etməlisiniz. Qənaətcil olmalısınız. Ailədə problemlər üzə çıxacaq. Bəziləri sizi əməkdaşlarınız arasında rüsvay etmək istəyəcək. Yalnız güclü olduğunuz halda çətinliyin öhdəsindən gələcəksiniz.

Əqrəb
Özünüzü çox gözəl, rahat hiss edəcəksiniz. Yeni layihələrə imza atmaq üçün münasib gündür. Həm öz, həm də dost və yaxınlarınızın problemlərini həll edəcəksiniz. Təəsüf ki, sevgilinizdən ayrılma ehtimalı da var. Ruhdan düşməyə dəyməz, çünki mübarizliyiniz nəticəsiz qalmayacaq.

Oxatan
Bir sıra problemlerin həllindən sonra işləriniz qaydasına düşəcək. Rəqiblərinizin hücumuna məruz qalacaqsınız. Əməkdaşlarınızla yeni iş qurmaq sayəsində əlavə pul qazanmaq imkanı yaranacaq. Ailənizdən dəstək görəcəksiniz. Yalnız sevgiliniz ona daha çox vaxt ayırmağım qeyri-mümkün olacağından ehtiyatlanaraq narazılığını bildirəcək.

Oğlaq
Bu gün yeni layihələrə start verəcəksiniz. Amma uyğunsuzluqlara və çətinliklərə hazır olmalısınız. Buna baxmayaraq, günün sonunda yaxşı gəlir əldə edəcəksiniz. Şəxsi həyatınızda hər şey gözəl olacaq. Ailənizdə kiminsə sizə ehtiyacı olduqda köməyinizi əsirgəməyin.

Dolça
Gün sizin üçün pis sürprizlər hazırlayır. Pul itirmək ehtimalı da var. Onların bir qismi iş yoldaşlarınızla fikir ayrılığının nizamlanmasına, digəri isə yeni layihənin irəli sürülməsinə xərclənəcək. Ehtimal ki, uşaqlarınızın təhsilinə vəsait ayırmalı olacaqsınız. Sağlamlığınıza diqqət yetirin, xəstələnə bilərsiniz.

Balıqlar
Çox güman ki, gün məhkəmə, vəkil və əmlak bölgüsü ilə sona çatacaq. Bu proqnozlar sizin işgüzar ve şəxsi həyatınızda öz əksini tapacaq. Rəhbərliyin qəzəbinə uğramamaq üçün diqqətli olmağınız vacib şərtdir. Yeganə təsəlli yeni məhəbbətin ortaya çıxması olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.