25.07.2022 Gündəlik Bürclər (25 İyul 2022 Günlük Bürclər)

24 Temmuz 2022
2 731
0
25.07.2022 Gündəlik Bürclər (25 İyul 2022 Günlük Bürclər)
Qoç
Gün uğurlu olacaq. Bu gün münaqişə etməyə meylli insanlardan uzaq durmağa çalışın. Baş verən hadisələri doğru və obyektiv qiymətləndirin ki, artıq narahatçılıq qalmasın.

Buğa
Günün birinci yarısı cansıxıcı keçəcək. Günün ikinci yarısı isə daha sakit və ürəkaçan olacaq. Bu zaman kəsiyi çoxdan hazırladığınız planları həyata keçirmək üçün uğurludur.

Əkizlər
Iş qüvvənizi ortaya qoyacaq fürsətlər istisna deyil. Karyera planlarınızda tələskənliyə yol verməyin. Daha qərarlı olmağa çalışmalı, əldəki maddi dəyərlərin əhəmiyyətini bilməlisiniz.

Xərçəng
Şənlənmək üçün əlverişli gündür. Bu günə vacib iş planlaşdırmayın. Çünki həmin işə məsuliyyətlə yanaşa bilməyəcəksiniz. Bu gün əhəmiyyətli məbləğdə pul xərcləyəcəksiniz. Ancaq buna görə peşmançılıq çəkməyəcəksiniz.

Şir
Bu gün sizinlə münasibət quranların heç də hamısı layiqli şəxslər olmayacaq. Alış-verişiniz də uğursuz olacaq. Gün yalnız qonaq qarşılamaq üçün münasibdir. Günün ikinci yarısı isə həyəcanlı anlar yaşadacaq.

Qız
Bu gün eşitdiklərinizdən xoşlanmaya bilərsiniz. Gələcəklə bağlı bütün planlarınızı dəyişməyə məcbur olacaqsınız. Çünki olayların son inkişafı sizə yeni hədəflər gətirəcək.

Tərəzi
Həyatınızdakı çətin dövrün bitdiyini sanacaqsınız. Bu da əhvalınızın yüksəlməsinə səbəb olacaq. Uğurlu alış-veriş edəcəksiniz, zövqünüz sizi aldatmayacaq.

Əqrəb
Günün maliyyə mənzərəsi xoş deyil. Planlaşdırdığınız bir sıra xərcliyi təxirə salmalı olacaqsınız. Bu gün borc almayın, çünki onu qaytarmaq asan olmayacaq. Əyləncəli səfər yaxşı keçəcək. Ancaq işgüzar səfər üçün bunu demək mümkün deyil.

Oxatan
Bu gün xüsusilə qadınlarla dil tapmaq çətin olacaq. Dedi-qodu ilə məşğul olanların dedikləri reputasiyanıza zərbə vuracaq. Vaxtınızı boş söhbətlər, vacib olmayan və maraqsız işlər aparacaq.

Oğlaq
Soyuqqanlı olmağa çalışın. Aldığınız qərarları hamı ilə paylaşmayın. Ancaq hadisələri qiymətləndirərkən öz ağıl və məntiqinizə güvənin. Şəxsi heyatınızda görmək istədiyiniz dəyişikliyi tələsmədən edin.

Dolça
Bu gün vacib iş görmək üçün əlverişli deyil. Diqqətinizi toplaya bilməyəcəksiniz. Yaxınlarınızla aranızda problemlər yaşanacaq. Yaxın ətrafınızın görməyə adət etdiyi kompromissə bu dəfə getmək istəməyəcəksiniz.

Balıqlar
Gələcəyinizlə bağlı konkret planlar qurun. Çox məhsuldar gündür. Sizi maraqlı görüşlər gözləyir. Səyahətə çıxmaq üçün də əlverişli zamandır. Yol cansıxıcı görünməyəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.