28.07.2022 Gündəlik Bürclər (28 İyul 2022 Günlük Bürclər)

27 Temmuz 2022
2 424
0
28.07.2022 Gündəlik Bürclər (28 İyul 2022 Günlük Bürclər)
Qoç
Çalışın bir müddət fiziki işlərdən uzaq durasınız. Beyninizi artıq fikirlərdən boşaldın. Işgüzar planlar üçün əlverişli vaxtdır, ona görə də işlədiyiniz sahədə uğur qazanmaq ehtimalı olduqca yüksəkdir. Şəxsi həyatınız çox qarışıqdır və psixoloci cəhətdən sizə təsir edəcək. Maddi durumunuz isə əla vəziyyətdə olacaq.

Buğa
Özünüzü yaxşı hiss edəcəksiniz. Peşəkar həyatınızda sizi irəliləyişlər gözləyir. Yeni layihə üzərində çalışmağa başlayacaqsınız və yatırım edəcəksiniz, lakin yatırdığınız vəsait sizə ikiqat qayıdacaq. Ailədə problemlər yaranmayacaq. Ancaq bürcün bəzi nümayəndələrinin keçmiş məhəbbəti öləcək, bunu da olduğu kimi qəbul etmək lazımdır.

Əkizlər
Bu gün siz asanlıqla xəstələnə bilərsiniz. Bu səbəbdən də səhhətinizə qarşı diqqətli olun. Evdən bayıra çıxmaq istəməyəcəksiniz. Bu da ailənizlə daha çox vaxt keçirmək üçün əla fürsətdir. Onlar bunu çoxdan gözləyir. Peşəkar sahədə isə keçmiş işlərinizi bitirib yeni layihələr üzərində işləməyə başlayın.

Xərçəng
Yaxşı olar bu gün işinizdə diqqətli olasınız, çünki uğur qazana bilərsiniz. Uzaq səfərlər gözlənilir. Romantik sahəyə gəldikdə, səbr kasanız artıq dolacaq və sevgilinizin qarşısında şərt qoyacaqsınız: ya sizin fikrinizə hörmət etmək, ya da ayrılmaq. Səhhətiniz və maddi vəziyyətiniz sabit olacaq.

Şir
Nəhayət, siz yerinizi tapacaqsınız və möhtəşəm işgüzar xüsusiyyətlərinizi nümayiş etdirə biləcəksiniz. Sevgilinizlə münasibətdə qətiyyətsizlik hissi yaranacaq, ona güvəniniz azalacaq. Sağlamlığınızla bağlı problem olmayacaq. Maddi vəziyyətiniz möhkəm olacaq.

Qız
Işgüzar sahədə sizi möhtəşəm layihələrin həyata keçməsi gözləyir və burada sizin böyük rolunuz olacaq. Günorta kiçik problemləriniz yaranacaq. Təsəvvürünüzə gətirə bilməyəcəyiniz sirrin üstü açılacaq və bu, çoxlu söz-söhbətə səbəb olacaq. Siz ciddi qərar qəbul etməli olacaqsınız.

Tərəzi
Işdə olan problemlər üzündən halınız pisləşəcək. Yaxınlarınızın köməyinə ehtiyacınız olacaq və onlar sevə-sevə yardım əlini uzadacaq. Həyat yoldaşınız sizə qayğı göstərəcək. Günün sonunda işgüzar sahədə ciddi və mənfi dəyişikliklər olacaq. Buna baxmayaraq maddi durumunuz sabit qalacaq.

Əqrəb
Bu gün həyatınızın əsas mövzusu ağıl və hissləriniz olacaq. Peşəkar sahədə ağıl qalib gələcək və siz bəzi məqamlarda qüruru bir kənara buraxıb əməkdaşlarınızla dil tapacaqsınız. Bu münasibət işinizə müsbət təsir edəcək və bir addım irəli atacaqsınız. Şəxsi həyatınızda isə qısqanclıqla üzləşəcəksiniz.

Oxatan
Yaxşı olar ki, bir müddət səhhətinizə diqqət yetirəsiniz. Bu işin öhdəsindən gəlməyi bacarsanız peşəkar sahədə sizi böyük uğur gözləyir. Sevdiyiniz insanla münasibətə gəldikdə isə, bu müstəvidə bir az problem yaşana bilər. Lakin səbriniz və xeyirxahlığınız onu sakitləşdirəcək. Maddi durumunuz yaxşılaşacaq.

Oğlaq
Vaxtınızın əsas hissəsini ailənizə qayğı işləri aparacaq. Bu gün hərtərəfli uğurludur. Lakin iş yerində bəzi anlaşılmazlıqlar və intriqalar yaşana bilər, bunun öhdəsindən gəlmək sizin əlinizdə deyil, ona görə qarışmamağınız məsləhətdir. Yaxşısı başınızı aşağı salıb öz işinizlə məşğul olun.

Dolça
Işgüzar həyatınıza nəzər yetirsək, demək olar, sizin üçün əlverişli məqam başlayır. Kefinizi pozan yeganə amil maliyyə məsələləri olacaq. Bu da əməkdaşlarınızla aranızda soyuqluq yarada bilər. Ailə həyatında hər şey sakit və problemsiz olacaq. Subay gənclər isə biri-birini qısqanacaq.

Balıqlar
Peşəkar həyatınızın sosial tərəfləri güclü olacaq. Sizi yeni və gələcək iş planlarınız üçün faydalı tanışlıqlar gözləyir. Maddi vəziyyətiniz çox yaxşı olacaq və bu gün baş verən bütün tədbirləri qarşılamağa bəs edəcək. Nəhayət, sevgilinizə qovuşacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.