05.08.2022 Gündəlik Bürclər (5 Avqust 2022 Günlük Bürclər)

04 Ağustos 2022
2 844
0
05.08.2022 Gündəlik Bürclər (5 Avqust 2022 Günlük Bürclər)
Qoç
“Qoç”lar üçün gün səhvlərlə dolu olacaq. Buna səbəb özünüzdənrazılıqdır, amma özünüintizamla bu xoşagəlməz situasiyadan çıxa biləcəksiniz. Yollarda ehtiyatlı olmaq məsləhətdir. Bu gün həm istirahət, həm də iş sizə zövq verəcək. Sevgi macərası yaşayacağınız gözlənilir.

Buğa
Çoxdan arzuladıqlarınızı həyata keçirməyə imkan yaranacaq. Sizi gərgin iş gözləyir. Möhtəşəm planlarınızın da reallaşacağı mümkündür. Karyeranıza yaxşı təsir edəcək insanla istirahətdə tanış olacaqsınız. Amma ona sirlərinizi açmayın.

Əkizlər
Bu gün başınıza bir çox hadisələr gələcək: dostların vəfasızlığı, maddi sahədə gəlirlər və s. Bütün sirlərinizi ailənizlə bölüşün, çünki ən çətin durumda yalnız ailəniz sizə dayaq duracaq. Karyeranızda yüksəlmə müşahidə olunacaq.

Xərçəng
Bu gün səhvlərinizi düzəltməyə sərf edəcəksiniz. Biliyinizi artırmaq üçün ideal vaxtdır. Boş zamanlarınızda mütaliə etmək pis olmazdı. Amma gözlədiyiniz böyük dəyişiklikləri bu gündən gözləməyin. Işinizi yeniləməyiniz də istisna deyil.

Şir
Bugünkü seçim gələcək həyatınıza təsir edəcək. Itkilərin olacağı da gözlənilir. Ən əsası başladığınız işləri sona çatdırmaqdır. Həyəcanlamağa bir əsas yoxdur, işləriniz qaydasında olacaq.

Qız
Işgüzar sahədə sizi uğurlar gözləyir. Etdiyiniz yaxşılıqlar bir-bir qarşınıza çıxacaq. Bu gün yolunuza çətinliklərin çıxacağı istisna deyil, amma onların həlli də sizə fayda gətirəcək. Bu gün istirahət arzusundasınız, amma xarici səfərlər məsləhət deyil, onlar uğursuz ola bilər.

Tərəzi
Bu gün situasiya sizin xeyrinizə dəyişəcək. Bir neçə sahədə uğur əldə edəcəyiniz istisna olunmur. Siz bu gün ətraf mühiti fərqli tərəfdən görəcək və yeni təkliflər irəli sürəcəksiniz. Bir çox sual qarşınıza çıxacaq ki, onlara intiusiyanız sayəsində cavab tapacaqsınız.

Əqrəb
Sevindirici gündür. Istirahət üçün ideal vaxtdır. Xoş tanışlıqlar və sürprizlər sizi həyata həvəsləndirəcək. Problemlərdən qaçmaq istəsəniz də, onları həll etməniz məsləhətdir.

Oxatan
Bu gün “Oxatan”lar üçün emosional yüksəliş dövrü olacaq. Həyatınızı yeni səhifədən başlaya bilərsiniz. Istənilən fəallıq yaxşı qarşılanacaq. Ilin bu ayında həyatınızda hər şey yaxşı alınacaq. Bu ay çox unutqan olacaqsınız. Sənədlərinizi itirmək təhlükəsi var. Ayın axırına situasiya düzələcək.

Oğlaq
Bu gün vəfasız dostlar və sevdiyiniz insanlar sizdən uzaqlaşacaq. Yanınızda isə sizi həqiqətən sevənlər qalacaq. Bütün bunlar sizə dərs olacaq. Xarici səfərlər gözlənilir, amma sənədlərlə və pullarla ehtiyatlı olun.

DOlça
Bu gün sizi yüksək fəallıq və uğur gözləyir. Situasiya istədiyiniz kimi inkişaf edir. Mənzil problemlərini həll edə bilərsiniz. Hava nəqliyyatında isə sizi təhlükə gözləyir. Bu gün həyatınızı dəyişəcək insanla qarşılaşacaqsınız. Şansınızı əldən verməyin.

Balıqlar
Bugünkü cəlbediciliyiniz sayəsində uğur əldə edəcəksiniz. Ən böyük nailiyyətləriniz ədəbiyyat və incəsənət sahəsində olacaq. Diplomatik imkanlarınız çox güclənəcək. Şəxsi həyatınızda dəyişiklik gözlənilmir. Sizin işdə əvəzedilməz olduğunuzun fərqinə varacaqlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.