10.08.2022 Gündəlik Bürclər (10 Avqust 2022 Günlük Bürclər)

09 Ağustos 2022
2 736
0
10.08.2022 Gündəlik Bürclər (10 Avqust 2022 Günlük Bürclər)
Qoç
Yeni mənzil, yeni iş yeri arzu edənlər, nəhayət, istədiklərinə çatacaqlar. Bu, gözlənilmədən baş verəcək, yəni inamınızı artıq itirdikdən sonra. Subay xanımları isə gözəl anlar gözləyir. Arzuladığınız oğlanla tanış olacaqsınız və düzgün hərəkət etsəniz, münasibətləriniz uzunmüddətli və ciddi olacaq.

Buğa
Bu gün davranışlarınıza diqqət yetirsəniz yaxşı olar. Sevgilinizi çox sıxmayın, imkan verin bir az dincəlsin, bu həm də sizin üçün faydalı olacaq. Yersiz qısqanclıq və düşünülməmiş cümlələr münasibətlərinizə son qoya bilər. Çalışın emosiyalara qapılmayasınız.

Əkizlər
Siz hər kəsə söz vermək eşqinə düşmüsünüz. Amma yadda saxlayın ki, sözə əməl etmək də lazımdır, əks halda hörmətdən düşə bilərsiniz. Həmçinin suallara qİsa və aydın cavab verməlisiniz. Ikimənalı vəziyyətlərdən uzaq olmağa çalışın. Özünüzü idarə edin, bu sizə işlərinizdə kömək edəcək.

Xərçəng
Çalışın pula qənaət edəsiniz, çünki yanlış insanlarla və səhvlərlə üzləşə bilərsiniz. Hər kəsə inanmayın. Şəxsi həyatınız əla gedəcək. Tək olanlar tezliklə yarısını tapacaq, sevgilisi olanlar isə daha xoşbəxt olacaqlar. Diqqətli olun ki, gözə gəlməyəsiniz, hər şey gözəl və romantik olacaq.

Şir
Bu gün sizi önəmli hadisələr gözləmir. Sakit və əla olacaq: asan, depressiyasız, dava-dalaşsız və sağlam. Ola bilsin bu, bəzi insanlar üçün darıxdırıcı olsun, amma indi sizə məhz belə şərait lazımdır ki, yaxşıca dincələsiniz. Günün daha da mənalı keçməsi üçün hobbinizi yada salın.

Qız
Sizi maraqlı iş təklifləri gözləyir. Əgər sizə elə gəlsə ki, onların öhdəsindən gəlməyəcəksiniz, yenə də razılaşın, çünki bu sahədə olan biliyiniz və gücünüz layihəni reallaşdırmağa imkan verir. Şəxsi həyatda isə sizi bəzi çətinliklər gözləyir ki, bu da depressiyaya və ya stresə səbəb ola bilər.

Tərəzi
Bu gün sizi hər sahədə sakitlik gözləyir. Yaxşısı budur istirahət üçün enerji və pul toplayasınız. Onlar sizə lazım olacaq. Ən əsası isə hər kəsə qarşı diqqətli olun, ətrafdakı insanların fikirlərini ciddiyə almayın, çünki sizə yanlış məsləhət verə bilərlər.

Əqrəb
Gün sizə sürprizlər hazırlayıb. Qısa müddətdə çoxlu müsbət hadisələr baş verəcək. Gücünüz və səbriniz çatsa, məzuniyyətə tamamilə dəyişmiş bir insan kimi daxil olacaqsınız. Vaxt və enerjinizdən səmərəli istifadə edin, çünki hadisələrin çoxluğundan günün sonu bir az ağır keçə bilər.

Oxatan
Nəhayət, səmimilik və ürəkaçıqlığınızı xatırlamağın vaxtdır. Bu gün sizin həyatınızda çox vacib hadisə baş verəcək ki, onun müsbət və ya mənfi sonluqla bitəcəyi haqda siz qərar verəcəksiniz. Ola bilsin bu hadisə bütün gələcək həyatınızı kökündən dəyişəcək.

Oğlaq
Bu gün siz iç dünyanızla mübarizə aparacaqsınız. Fikirlər, suallar biri-birini üstələyəcək. Indi elə bir məqamdır ki, siz emosiyalara qapılmalısınız, bütün düşüncələri kənara atın. Keçmişinizlə görüş ola bilər, unudulmuş hisslərin yenidən alovlanacağı gözlənilir. Lakin qorxmağa əsas yoxdur, bu sizə yaxşı təsir edəcək.

Dolça
Bu gün üçün lazımi planları əvvəlcədən qurun. Heç bir kiçik detalı nəzərdən qaçırmayın. Hərəkət və sözlərinizə diqqət yetirin, istəmədən kiminsə xətrinə dəyə bilərsiniz. Işinizə məsuliyyətlə yanaşın, onu itirmək ehtimalı ola bilər. Dedi-qodudan uzaq durun, sizi çıxılmaz vəziyyətə sala bilər.

Balıqlar
Şəxsi həyatınızda sakitlik olacaq. Işiniz əla gedəcək və böyük uğur qazanmaq şansınız var. Buna baxmayaraq, gün sizin üçün çətinliklərlə doludur: iş yoldaşlarınız, ailə, dostlar sizdən diqqət tələb edəcək, çalışın onları məyus etməyəsiniz. Nəsə öyrənmək üçün yaxşı vaxtdır: məsələn, maşın sürmək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.