12.08.2022 Gündəlik Bürclər (12 Avqust 2022 Günlük Bürclər)

11 Ağustos 2022
2 583
0
12.08.2022 Gündəlik Bürclər (12 Avqust 2022 Günlük Bürclər)
Qoç
Virtual tanışlıq və ünsiyyətlə bağlı çətinlikləri dəf edəcəksiniz. Səhv fikirlərə düşmək ehtimalı çoxdur. Problemlərinizin öhdəsindən gələcəksiniz. Bu gün həyatınızda köklü dəyişikliklər olmayacaq. Arzularınızın həyata keçməsi üçün ideal vaxt deyil.

Buğa
Həyatınızı dəyişəcək bəzi təklifləri nəzərdən keçirəcəksiniz. Işgüzar və şəxsi müstəvidə müəyyən çətinliklərin olacağı gözlənilir. Işdə kimsə sizi narahat edəcək. Heç kimin kölgəsi altına düşməyin. Sona qədər öz fikrinizdə qalın və başqasının təsiri altına düşməyin.

Əkizlər
Dünən sizi müşayiət edən bütün çətinliklər bu gün öz həllini mütləq tapacaq. Görəcəksiniz ki, işlər yeni axarla inkişaf edir. Qarşınıza çıxan maraqlı təklifləri normal qəbul edin, onların uğrunda mübarizə aparmağa dəyər. Sonradan peşman olmamaq üçün cəsarətli olun.

Xərçəng
Bu gün professional sahədə böyük uğurlar qazanacaqsınız. Əsas şərt öz gücünüzə şübhə etməməkdir. Elektrik cihazlarından istifadə zamanı diqqətli olmalısınız. Aktiv hərəkət üçün uğurlu vaxt deyil. Yaxın gələcəkdə reallaşacaq planların qurulmasına başlaya bilərsiniz.

Şir
Bu gün sizin üçün çox uğurlu olacaq. Işgüzar müstəvidə və şəxsi həyatınızda başladığınız hər bir yenilik böyük uğurla nəticələnəcək. Köhnə dostlarınız barədə unutmayın, onlarla çox vaxt keçirin. Həm mənəvi, həm də fiziki baxımdan özünüzü əla hiss edəcəksiniz.

Qız
Sizi müsbət dəyişikliklər gözləyir. Fəaliyyətiniz arzuolunandır. Daxili səsinizə və yaxın dostlarınıza inanmağınız məsləhətdir. Bir az gərgin işdən sonra istirahət etməyiniz pis olmazdı. Bu gün yaxınlarınızla da çox vaxt keçirə bilərsiniz. Onlar sizin üçün çox darıxıb.

Tərəzi
Çoxdan fikrinizdə tutduğunuz planı həyata keçirərkən həyatınızdakı önəmli dəyişikliyi hiss etməyəcəksiniz. Bütün günü gərgin işlə məşğul olacaqsınız, amma müsbət nəticə hamısını kompensasiya edəcək. Maddi vəziyyətiniz yaxşılaşacaq, karyerada yüksəliş, yeni sevgi macərası olacaq.

Əqrəb
Bu gün etdikləriniz layiqincə dəyərləndiriləcək. Yaxın vaxtlarda mənzil alacağınız gözlənilir. Gün, müsbət xüsusiyyətlərinizi göstərməyiniz üçün əlverişlidir. Tale sizə xoş sürprizlər bəxş edəcək. Onları qəbul edin və həyatınızdan zövq alın.

Oxatan
Uğurlu gündür. Başqa bir insana çevrilmək istəyi keçəcək könlünüzdən. Layihələrdə irəliləyiş olacaq. Yığıncaqlarda iştirakınız sizə xüsusi zövq verəcək. Bəzi hadisələr sizə pis təsir edəcək. Amma özünüzü sakit aparmağınız məsləhətdir.

Oğlaq
Bu gün hadisələrin tam mərkəzində olacaqsınız. Bu şansınızdan ciddi problemlərin həlli zamanı istifadə edə bilərsiniz. Bu gün xoş və faydalı tanışlıqlar ola bilər. Həyatınızı köklü dəyişmək üçün şans yaranacaq və bu dəyişikliklər sizin xeyrinizə olacaq.

Dolça
Gün səhvlərlə dolu olacaq. Buna səbəb özünüzdən razı olmağınızdır, amma bu xoşagəlməz situasiyadan çıxa biləcəksiniz. Yollarda ehtiyatlı olmaq məsləhətdir. Bu gün həm istirahət, həm də işləmək sizə zövq verəcək. Sevgi macərası yaşayacağınız da gözlənilir.

Balıqlar
Bu gün sizi sevməyənlərin fitnəsilə üzləşəcəksiniz. Özünüzü onlardan qorumağın yolu fikir verməmək və soyuqqanlılıq nümayiş etdirməkdir. Fəallığı şəxsi maraqlarınız tərəfə yönəltməyiniz məsləhətdir. Yerinə yetməyəcək arzuları unudun. Reallığa daha yaxın olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.