15.08.2022 Gündəlik Bürclər (15 Avqust 2022 Günlük Bürclər)

14 Ağustos 2022
3 003
0
15.08.2022 Gündəlik Bürclər (15 Avqust 2022 Günlük Bürclər)
Qoç
Ovqatınız yüksək olacaq, lakin işlərin gedişi ürəyinizcə olmaya bilər. Buna görə stress keçirəcəksiniz. Işdə baş verən hər hadisə sizin xeyrinizə olacaq, hətta siz bundan əmin olmasanız belə. Şəxsi həyatınızda bəzi anlaşılmazlıqlar baş verəcək ki, bunların çözümü yalnız sizdən asılıdır.

Buğa
Bəzi insanlar sizə zərər vermək istəyəcək və siz onlarla mübarizə aparmalı olacaqsınız. Onların sayı get-gedə artacaq, lakin sonda siz peşəkarlığınızın və məsuliyyətinizin köməyi ilə zəfər çalacaqsınız. Şəxsi münasibətlərinizə də müdaxilə etmək istəyənlər olacaq, lakin siz onlara uymayacaqsınız.

Əkizlər
Mülkiyyətinizlə bağlı bütün suallara cavab tapacaqsınız. Inşaat sektorunda çalışırsınızsa, maraqlı təkliflər olacaq. Təşkilat məsələlərinə diqqət yetirin. Ailə münasibətlərində dəyişiklik gözlənilmir, maddi durumunuz isə bir az gərgindir.

Xərçəng
Verdiyiniz qərarları tələsmədən qəbul etsəniz, günün sonu sizi möhtəşəm qələbə gözləyir. Işgüzar həyatınızda yeni layihələr olacaq və ya yeni iş tapacaqsınız. Şəxsi həyatınızda çoxlu romantik hadisələr baş verəcək. Çalışın sevdiyiniz insanı əlinizdən verməyin və ona nəzakət göstərin.

Şir
Bu gün sizin üçün ən önəmli məsələ maddi durumunuz olacaq. Çalışın onları iş vaxtı həll edəsiniz ki, evdə problem yaşanmasın. Sevgi münasibətlərində sabitlik gözlənilir. Sağlamlığınızı qoruyun, özünüzü soyuğa verməyin. Bürcün ailəli nümayəndələri övladlarına xüsusi diqqət ayırmalıdır.

Qız
Iş həyatınız olduqca qarışıq və təlaş içində olacaq. Müxtəlif məsələləri razılaşdırmalı, mövqeyinizi qoruyub saxlamalı olacaqsınız. Nəticədə böyük uğur əldə edəcəksiniz ki, bu da karyera yüksəlişinizə səbəb ola bilər.

Tərəzi
Xəstəlikləri, müxtəlif travmaları nəzərə almasaq bu gün çox sakit və maraqlı keçəcək. Böyük layihələr sona çatacaq və əziyyətinizin bəhrəsini görəcəksiniz. Ailə üzvləri və dostlarınızla dil tapacaq və gözəl gün keçirəcəksiniz. Maddi vəziyyətiniz sabit olacaq.

Əqrəb
Həyat yoldaşınız, sevgiliniz və ya iş yoldaşlarınızla münasibətləri aydınlaşdırmaq üçün əla zamandır. Şəxsi həyatınızla iş həyatını qarışdırmayın. Əgər bu məsələlərə diqqətli yanaşsanız, günün sonunda ürəkaçan nəticə əldə edəcəksiniz. Maliyyə vəziyyətiniz yaxşılaşacaq.

Oxatan
Bu gün çoxlu stress keçirəcəksiniz. Işləriniz düz getməyəcək və onları təcili bitirməli olacaqsınız. Buna baxmayaraq uğurlu müqavilələr imzalayacaqsınız. Şəxsi müstəvidə də problemlər olacaq, amma günün sonunda qaydasına düşəcək.

Oğlaq
Başınız işə o qədər qarışacaq ki, ətrafda olanlardan xəbəriniz olmayacaq. Işgüzar səfərə çıxmaq ehtimalı var. Səyahət zamanı yaxşı istirahət edəcəyiniz gözlənilir. Maddi vəziyyətiniz dəyişməyəcək. Ailə üzvləri isə sizin bu halınıza dözməli olacaq, çalışın onları başa düşəsiniz.

Dolça
Bu gün maddi sıxıntı yaşamayacaqsınız. Dostlarınızla, sevgilinizlə, hətta iş yoldaşlarınızla münasibətləriniz korlana bilər. Lakin günün sonunadək vəziyyət dəyişəcək. Çalışın mənfi emosiyalara qapılmayasınız, ətrafınızda olanları anlayasınız.

Balıqlar
Bir müddət problemlər yaxanızı buraxmayacaq, bu, həm iş, həm də şəxsi həyatınıza aiddir. Amma təlaşa qapılmayın və pis fikirləri özünüzdən uzaq tutun. Qarşıda sizi qeyri-adi hadisə gözləyir. Sağlamlığınıza diqqət yetirməyi də unutmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.