03.09.2022 Gündəlik Bürclər (3 Sentyabr 2022 Günlük Bürclər)

02 Eylül 2022
2 547
0
03.09.2022 Gündəlik Bürclər (3 Sentyabr 2022 Günlük Bürclər)
Qoç
Yeni hədəflər qoya biləcəyiniz və sürətli hərəkət edəcəyiniz gündür. Artan iş yükünüzə baxmayaraq, bir çox məsələləri həll edə biləcəksiniz. Işə aid yeni ideyalarınız sizi önə çıxara bilər. Karyera yüksəlişi istisna deyil.

Buğa
Bir çox məsələlərdə daha diqqətli, bir sıra hadisələrə hazır olmalısınız. Romantik reaksiyalarınız əlaqələrinizə mənfi təsir edə bilər. Səhv qərar vermək riskiniz çoxdur. Ortaq bir zəmində görüşəcəyiniz yeni proyektlər olacaq. Pulla bağlı daha məsul əlaqələrə girmək zamanıdır.

Əkizlər
Problemlərinizi başınızdan atmaq üçün danışmağa və bir az dinlənməyə ehtiyacınız var. Qısa bir tətil sizə yaxşı təsir göstərəcək. Səbrli davranmalısınız. Indiyə qədər çətinlik qaynağı olan əlaqələrin artıq maddi tərəfilə maraqlanmağınız sizə qazanc gətirəcək.

Xərçəng
Ünvanınıza söylənilən tənqidlərə baxmayaraq, mülayim olmalısınız. Bunun sayəəində müsbət nəticə əldə edə biləcəksiniz. Şərikli mövzularda yeni razılaşmalar gündəmə gələ bilər. Alacağınız təkliflər qazanc gətirəcək. Bu gün son dərəcə həssassınız.

Şir
Heç planlaşdırmadığınız xərclərlə üzləşəcəyiniz gözlənilir. Bu, sizə narahatlıq gətirəcək. Istiqanlı insansınız və bu xasiyyətinizlə asan dost tapırsınız. Bu gün bir qonağınız sizi sevindirəcək. Onunla birlikdə gələcəyinizə dair bəzi planlar qura bilərsiniz.

Qız
Maddi mövzuların ön planda olacağı bir gündür. Çox pul xərcləməkdən narahat olacaqsınız. Gözləmədiyiniz və ani xərclər büdcənizin tarazlığını pozacaq. Diqqətli olmaqda fayda var. Çarəsizlik hissi yaşamadan hərəkət etməlisiniz.

Tərəzi
Eyni anda bir neçə işlə maraqlanacaqsınız. Evə aid məsələlərdə bəzi dəyişik şərtlərə uyğunlaşmalısınız. Səbrli olmalısınız. Maddi baxımdan olduqca uğurlu işlərə imza atacaqsınız. Əldə etdiyiniz maddi qazanc sayəsində bəzi problemlərinizi həll edə bilərsiniz.

Əqrəb
Insanların səmimiyyətinə inanmırsınız. Ətrafınızda olan bir neçə hadisə sizi təsirləndirəcək. Bəzi problemləri görməzlikdən gəlir, onları həll etmək əvəzinə qaçırsınız. Problemlərinizin üstünə gedin. Gün boyunca rahat hərəkət edə bilər və bir çox məsələlərdə özünüzü daha yaxşı tərəfdən göstərə bilərsiniz.

Oxatan
Yeni planlarınız olacaq. Bəzi etibarsızlıqlar sizi tədbirli olmağa sövq edir. Söhbət puldan gedirsə, bu sahədə daha aktiv olacaqsınız. Səylərinizin nəticələri sizə qazanc gətirəcək. Xərclərinizi azaltmağın yollarını tapmalısınız. Daxili dünyanıza çəkilməyə ehtiyacınız var.

Oğlaq
Son dərəcə aktiv olacağınız bir gündür. Bu gün sizin üçün prioritet daşıyan mövzularda məhsuldar olacaqsınız. Hər mövzuda planlı hərəkət edəcəksiniz. Yeni addımlar atmaqdan çəkinməyəcəksiniz. Eşq və ya iş əlaqələrinizdə diqqətli olun, çünki yaxşı münasibətlərin bir anda pozulacağı ehtimalı var.

Dolça
Qərarsız durumunuz bəzi problemlərin həllində tərəddüd etməyinizə səbəb olacaq. Hakim ola bilməyəcəyiniz hadisələr qarşısında sakit qalmalı və səbr göstərməlisiniz. Öz-özünüzə qalmaq və keçmişi sorğulamaq doğru ola bilər, lakin gərəksiz fikirlərdən qaçmalı və işlərinizlə maraqlanmalısınız. Alış-veriş edəcəyiniz yerlərdən uzaq dayanın.

Balıqlar
Maddi baxımdan bu gün bir az çətinlik çəkə bilərsiniz. Eyni zamanda, əhvalınız kifayət qədər yaxşı olacaq. Böyüklərinizə laqeyd yanaşmamalısınız. Ailə üzvlərinizə bugünlərdə daha çox qayğı göstərməlisiniz. Bu gündən məhsuldar istifadə etməyi bacaracaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.