ALiYeVdən Günlük Bürclər 14.12.2014

13 Aralık 2014
2 740
0
ALiYeVdən Günlük Bürclər 14.12.2014
ALiYeVdən Günlük Bürclər 14.12.2014

Qoç - problemlərinizlə qayğılarınızı yaxınlarınızla bölüşməkdən çəkinməyin. Yardıma ehtiyacınız olan vaxtda kömək ala bilərsiniz.
İşdə həmkarlarınız və rəhbərliklə münasibətlərdə sərinləşmə ola bilər.
Emosiyaların təsiri altında sonradan yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Az sonra yaşamınızda problemlərə rəvac ola biləcək düşünülməmiş addımlar atmayın.Günün ikinci yarısında ailədə yaranmış problemi həll etməyə çalışın. Şəxsi istəklər və planlarınızı ümumi mənafeyə qurban verməli olacaqsınız.
Alış-veriş üçün əlverişli zaman deyil.
Gərəksiz, ehtiyac duyulmayan əşya almayın. Bədxərclik etməyin.

Buğa - düşünülməmiş addımlar atmayın. Diqqət və sərvaxtlıq tələb edən işdə səhv buraxmayın. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər.
Münaqişə və ya davadan sonra barışmaq asan olmadığından güzəştə gedin, vəziyyəti ağırlaşdırmayın.
Günün ikinci yarısında aqressiv, qıcıqlı olmayın.
Əhəmiyyətli xərclər istisna deyil. Onların əksəriyyəti məntiqsizdir.
Ən yaxın insanlarınızla ünsiyyətdə problemlər yarana bilər. İstədiyinizi dərhal əldə etmək istəyirsiniz və bu, mümkün olmayanda ətrafınızdakı insanları suçlamayın.
Yeniliklər, islahatlar və dəyişikliklər üçün əlverişli zaman deyil.
İşlərlə yanaşı, şəxsi münasibətlərdə təşəbbüskar olun.

Əkizlər - yeni işə və layihəyə başlamaq üçün əlverişli gündür. Yaranmış situasiyanı və qüvvələrinizi dürüst dəyərləndirin. Yanınızda olub sizə kömək edəcək insanlarla yanaşı, sizə mane olacaq şəxsləri müəyyənləşdirməyə çalışın.
İşlər çoxdur. Amma bu, sizi təlaşa salmasın. Gələcək uğurların rəhni indi qoyulur.
Günün ikinci yarısında maliyyə məsələləri ilə bağlı mühüm qərarlar qəbul etmək, uzunmüddətli sərmayələr yatırmaq olar. Müstəqil kommersiya fəaliyyətinə başlamaq üçün pis zaman deyil.
İşgüzar görüşlər və romantik təmaslar pis olmayacaq.

Xərçəng - gərgin, çətin gündür. Emosional fon stabil deyil. Ən kiçik problemləri ürəyinizə salmayın. İşlər alınmazsa, müzakirələrə başlamayın. Planlar və ideyaların həyata keçirilməsi ilə bağlı problemlər yarana bilər. Hər şeyi yaxşı düşünüb ilkin hazırlığın başa vurulduğuna şübhə etməsəniz belə, işlər istədiyiniz kimi alınmaya bilər.Günün ikinci yarısında işgüzar danışıqlar uğursuz keçir. İşgüzar məziyyətləriniz və peşəkar bacarıqlarınız barədə yaxşı məlumatlara malik insanlarda belə, xoş təəssürat oyada bilmirsiniz.
Axşam saatlarında əhvalınız yaxşılaşa bilər. Gələcəyə nikbin baxmağa imkan verəcək məlumat alacaqsınız.


Şir - ən müxtəlif problemlərin həllinə başlamaq üçün əlverişli gündür. Qətiyyətli, fəndgir olun. Müşkül işlərin öhdəsindən gələrək başqalarının uğursuzluğa düçar olduğu məkanda nailiyyətlər əldə edə bilərsiniz.
Uzaq tanışlarla danışıqlar məhsuldar keçəcək. Yeni tərəfdaş və ya şərik tapmaq şansı var.
Yeni işlə bağlı təklif ala bilərsiniz.
Günün ikinci yarısı maliyyə məsələlərinin həlli baxımından əlverişlidir. Yaxınlarınızla təmaslarda fikir ayrılıqları, ixtilaflar yarana bilər.
Sərt və aqressiv danışmayın, ciddi münaqişənin yaranmasına imkan verməyin.

Qız - gün yeni və əlverişli imkanlar vəd edir. İfrat dərəcədə ehtiyatlı davranmayın, qətiyyətli və iradəli olun. Qarşınızda sədlərlə məneələr yaranarsa, geri çəkilməyin. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğur imkanları var. Maddi durumunuzu möhkəmləndirə bilərsiniz.
Gəlirlər istisna deyil.Günün ikinci yarısında dostlar və yaxınlarla yanaşı, nüfuzlu şəxsin dəstəyinə bel bağlaya bilərsiniz. Yeni tanışlarınızın rəğbətini asanlıqla qazanırsınız. Təmaslarda diqqətli olun.
Mühüm sənədlər imzalamaq, danışıqlar aparmaq olar.

Tərəzi - işlər məcrasında olmasa belə, planlarınızdan imtina etməyin. İradəli və qətiyyətli olsanız, gün uğurludur. İşdə rəhbərlik və həmkarlarla fikir ayrılıqları yarana bilər. İsrar və təkidlərə rəğmən mövqeyinizi müdafiə edin. Hadisələrin inkişaf məcrası sizin haqlı olduğunuzu, opponentlərinizin isə haqsızlığını göstərəcək.
Günün ikinci yarısında planlaşdırılmamış səfər və ya səyahət uğurlu ola bilər. Yeni tanışlarla asanlıqla dil tapırsınız. Bu yaxınlara qədər bədxahlarınızı dəstəkləyən insanı öz tərəfinizə çəkə bilərsiniz.
Axşam saatlarında diqqətli olun.

Əqrəb - çətin, qarışıq, mürəkkəb gündür. İşdə ciddi problemlər yarana bilər. Ciddi maliyyə itkiləri istisna deyil. Fəaliyyətinizdə ehtiyatlı olun. Mühüm sənədlərin imzalanmasını təxirə salın. Bu gün yaşamınızda köklü dəyişikliklərə səbəb ola biləcək taleyüklü qərarlar verməyin. Mühüm görüş və ya danışıqlar planlaşdırılıbsa, etibar etdiyiniz insandan, müttəfiqdən dəstək alın. Vaxta qənaət etməyin.
Günün ikinci yarısında həssas, güzəştlərə hazır olsanız, yaxınlarınızla münaqişədən yayına bilərsiniz. Mövqeyinizi müdafiə edərkən ətrafınızdakı insanların dediklərinə qulaq asın. Onların dediklərində məntiq var.


Oxatan - qarşınızda yeni imkanlar, cazibədar perspektivlər yaranır. Fəqət, qələbənin asanlıqla əldə olunacağını düşünməyin. İrəliləmək üçün zəhmət çəkmək gərəkdir.
Günün ikinci yarısında müttəfiqlərin yardımlarına bel bağlaya bilərsiniz. Onlar gərəkli anda köməyinizə gələcək, yaxşı məsləhət verəcəklər.
Yeni, məhsuldar əməkdaşlığın başlanması mümkündür.
Sərt və aqressiv danışmayın. Yəqin etmədiyiniz məqamla bağlı açıqlamalar verməyin. Əks təqdirdə yaxınlarınızla münasibətlərdə problemlər yaranacaq. Münaqişə yaratmayın. Çünki münaqişə yaranarsa, çox davam edəcək.

Oğlaq - hakimiyyət orqanlarının mənsubları ilə təmaslar üçün əlverişli zamandır. Sənədləşdirmə, hüquqi məsələlərin həlli ilə məşğul olmaq olar. İşdə rəhbərliklə münasibətlər normaldır. Peşəkarlıq və işgüzar məziyyətlərinizi nümayiş etdirmək imkanlarını əldən verməyin.
Gəlir və uğurlu sərmayə istisna deyil.Əvvəllər əxz etdiyiniz təcrübə günün ikinci yarısında karınıza gələcək. Çoxsaylı problemlər yaratmamaq üçün başqalarının təcrübəsindən də yararlana bilərsiniz.
Yeni romantik münasibətlərə başlamaq və ya əvvəllər kəsdiyiniz təmasları bərpa etmək üçün yaxşı zamandır.

Dolça - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi rəvan qurun. Layiq olmayan insanlara inanmayın, onlara etibar etməyin. Səy göstərsəniz, bədxahınızı və sizə mane olmaq, böhtan atmaq istəyən şəxsi ifşa edə bilərsiniz.
Əks cins mənsubu ilə fikir ayrılıqları yarana bilər.
Günün ikinci yarısında yaranacaq münaqişəni dərhal həll edin.
Ən kiçik çətinlikləri ürəyinizə salmayın. Xırda müşküllərə görə əhvalınızı pozmayın. Yaxşı əhvalınızı qoruyun. Bu, ilk baxışdan göründüyü kimi çətin deyil.

Balıqlar - ideyalarınızı könüllü paylaşa bilərsiniz. Layihənizin reallaşdırılmasında sizə yardım edəcək insanla tanış olacaqsınız.
Çalışdığınız sahədə təşəbbüskar olun. Hətta ən cəsarətli və ilk baxışdan absurd ideyalarınız dəstək ala bilər.
Gəlir istisna deyil.
Günün ikinci yarısı alış-veriş üçün əlverişli zamandır.
Şəxsi münasibətlər baxımından ən əlverişli zaman deyil. Yaxınlarınızla təmaslarda həssas və diqqətli olun. Ehtiyac yarananda kompromisə gedin.
Ən adi ev işləri çox çətin təsir bağışlaya bilər.
Yardım təklifi alanda aqressiv cavab verməyin. / WseMir.CoM
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.