ALiYeVdən Günlük Bürclər 20.12.2014

19 Aralık 2014
1 998
2
ALiYeVdən Günlük Bürclər 20.12.2014
ALiYeVdən Günlük Bürclər 20.12.2014


Qoç - mənfi təmayüllərin təsiri çox güclüdür. Gün asan deyil. Emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizə əsir düşsəniz, sonradan peşman ola biləcəyiniz addımlar ata bilərsiniz.Fikirləşdiklərinizi dərhal söyləməyin. Məntiqli, soyuqqanlı, ağıllı olun.
Sözləriniz kiminsə xoşuna gələ bilər. Amma yaxın ətrafınızdakı adamların əksəriyyəti bu kəlmələri bəyənməyəcəklər.
Uzaq səfər və ya səyahət planlaşdırmayın. Belə səfər sizi yoracaq, ümidlərinizi doğrultmayacaq. Maliyyə itkisi, uğursuz alış-veriş, gəlir verməyən əməliyyatlar istisna deyil.

Buğa - günün ilk yarısı uğurlu və əlverişli olacaq. Əhvalınız pis deyil. Rəğbət bəsləmədiyiniz insanlarla təmaslarda belə, xoşməramlı olun.
Belə davranış peşəkar fəaliyyət baxımından münasibdir, çünki yeni müttəfiqlər qazana bilərsiniz.
Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Sərt və qıcıqlı olmayın, aqressiv sözlər deməyin. Uzaq durmaq istədiyiniz insan sizinlə maraqlanmağa başlayacaq.

Əkizlər - işgüzar ünsiyyət, mühüm danışıqların aparılması üçün əlverişli zamandır. Nüfuzlu insanlarla görüş istisna deyil.
Həmin adamlarda xoş təəssürat yaratmağa çalışın.
İctimai və siyasi fəaliyyətə maraq arta bilər. Yeni tanışlıqlar istisna deyil.
Bu gün qarşılaşdığınız insanların hamısı etimada layiq deyil. Sayıq olun.
Səfər və ya səyahət yaxşı nəticə verəcək. Sərfəli anlaşmaya nail ola bilərsiniz. Yeni təəssüratlar xoş olacaq.

Xərçəng - çətin, qarışıq, laübəli gündür. Yaxın ətrafınızdakı insanlarla münasibətlər çətin və qarışıq hal alacaq. Kimin sizin tərəfdə olaraq dəstəklədiyini, kimin də yalnız belə görüntü yaratdığını ayrıd etmək asan deyil. Bitib-tükənmək bilməyən, xoşagəlməz söhbətlər əhavalınızı korlamaqla yanaşı, vaxtınızı da alır. Həmin zamandan daha faydalı yararlana bilərdiniz.
Yaşam potensialı səviyyəsi aşağıdır. Asanlıqla yorulacaq və az sonra dərk edəcəksiniz ki, qüvvələriniz tükənmək üzrədir.
Axşam saatlarını sakit istirahətə, yorucu olmayan məşğuliyyətə həsr edin.
Çətin gündən sonra qüvvənizi bərpa edin.


Şir - praktiki fəaliyyət çətin olsa da, bunu edin.
Xəyallara qapılmayın, real işləri unutmayın. Diqqət tələb edən məsələlərdə sayıq olun. Kimsə sizi 'ciddi olmağa' çağırırsa, qulaq asın, amma yolunuza davam edin. Tənqid və iradlara həddən ziyadə aqressiv reaksiya verməyin.
İşdə münaqişə, rəhbərliklə ciddi ixtilaf ola bilər.
Şəxsi münasibətlərdə ciddi problemlər yaranmayacaq.
Yaxınlarınız və ailə üzvləriniz çox səbrli davranırlar.
Təmaslarla əlaqələrdə diqqətli olun. Bu gün etibara əsla layiq olmayan insana inana bilərsiniz.

Qız - mübahisələrdə mövqeyinizdən tez geri çəkilməyin, iradəli və qətiyyətli olun. Səhih fikirlər və düzgün qərarlardan əl çəkərək kimlərinsə xoşuna gəlməyə çalışmayın. Rəqiblərlə bədxahlarınız sizdən çəkinməlidir.
Peşəkar fəaliyyət müstəvisində çətin məsələlərin həlli üçün əlverişli zamandır. Başqalarının görmədikləri və ya görmək istəmədikləri nüanslara, amillərə diqqət yetirsəniz, məqsədə daha sürətlə çata bilərsiniz.
Şəxsi həyatda dəyişikliklər ola bilər. Təşəbbüskar olun, novator davranışı seçin.
Ev işlərinin öhdəsindən tez gəlməyə çalışın.
Alış-veriş üçün əlverişli gündür.

Tərəzi - parlaq, yaddaqalan, hadisələrlə zəngin gün olacaq. İnformasiya axınında tez baş çıxarın, dürüst qərar verin. İşlərdə rəqibləri geridə qoymağa çalışın. Şübhə içində olan, yerində sayanlardan fərqli olaraq irəliyə doğru fəal hərəkət edin.
Yaradıcılıq potensialı səviyyəsi çox yüksəkdir.
Yeni iş və ya layihə uğurlu ola bilər.
İşgüzar fəaliyyət və şəxsi münasibətlər baxımından əlverişli gündür. İntuisiyanıza güvənin. Faydalı, vaxtında söylənən məsləhətləri qulaqardına vurmayın.
Uzunmüddətli planlar qurmaq, niyyətinizi dostlar və ailə üzvləri ilə müzakirə etmək olar.

Əqrəb - ünsiyyət üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla ixtilaf və fikir müxtəlifliyi yaransa belə, mübahisələrə imkan verməyin. Münaqişəli situasiyanı 'rüşeym'indəcə həll edin.
Peşəkar fəaliyyət müstəvisində yarana biləcək problemləri etibar etdiyiniz şəxslər, müttəfiqlərinizin dəstəyi ilə həll edin.
Bu gün başlanacaq istənilən əməkdaşlıq məhsuldar və xoş olacaq.
Romantik görüşlər üçün əlverişli zamandır. Təbii, səmimi olun, qarşı tərəfdə xoş təəssürat yaratmağa çalışın. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

Oxatan - bu gün qarşınıza çıxacaq maneə və sədləri dəf etməmiş sakitləşməyin. Problemlər həllini tapmasa, sonradan çox ağır fəsadlara çevrilə bilər. Məqsədə doğru inamla irəliləyin. Prioritetləri yeniləyin, yolları müəyyənləşdirin. Müşküllər hesab etdiyiniz qədər ağır deyil.
İntriqa və hiyləgərliklərə əl atmayın. Fırıldaq olarsa, üstü tezliklə açılacaq, naqolay vəziyyətə düşəcəksiniz.
Şəxsi həyatınızda yaxşılığa doğru köklü dəyişikliklər ola bilər. Fəqət, bütün addımlarınız yüz ölçülüb bir biçilməlidir.
Emosiya və hisslərin təsiri altında hərəkət etməyin. Baş verən olaylara rəğmən təmkinli və soyuqqanlı davranın.

Oğlaq - asan və sadə gün deyil. Fəqət, narahat olmayın, yaranmış problemləri asanlıqla həll etmək mümkündür. İşgüzar danışıqlar aparmaq, yeni tərəfdaşlarla əməkdaşlıqla bağlı müzakirələrə varmaq olar. Həmfikir və müttəfiqləri asanlıqla tapmaq mümkündür.
Nüfuzlu insanlar sizi dəstəkləyəcəklər.
Xarici görünüş və imicinizə fikir verin.
İşgüzar təmaslarla yanaşı, romantik münasibətlərdə də irəliləyiş olacaq.
Axşam saatlarında etiraf eşidəcəksiniz.

Dolça - uğurlu və düşərli gündür. Praktiki və praqmat olsanız, peşəkar fəaliyyət müstəvisindəki problemlərin öhdəsindən gələ bilərsiniz. Həmkarlarınızın əksəriyyərindən fərqli olaraq baş verənlərə real baxın, kobud səhvlərə yol verməyin. Mühüm sənədləri imzalamaq, uzunmüddətli əməkdaşlıqla bağlı danışıqlar aparmaq olar.
Telefon danışıqları çox vaxt alacaq. Onların əksəriyyəti faydasız olsa da, xoşdur.
Maraqlı tanışlıqlar da istisna deyil. Amma yeni münasibətlər qurmağa tələsməyin. Bu gün qarşlaşdığınız insanlara tam bələd olmaqda çətinlik çəkəcəksiniz.

Balıqlar - peşəkar fəaliyyət baxımından çox uğurlu gündür. İşdəki nailiyyətlər əhəmiyyətlidir və diqqətdən kənar qalmayacaq. Yeni layihəyə başlamaq olar. Təsir gücü artıq olan insanlar bu layihəyə cəlb edilərsə, perspektivlər artır.
Kiçik, amma gərəkli və vaxtında olan gəlirlər istisna deyil.
Qeyri-formal şəraitdə görüşlər pis keçmir.
Əks cins mənsubu ilə münasibətləriniz pis deyil. Faydalı məsləhət və dəyərli məlumatlar alacaqsınız.
Axşam saatlarında yeni münasibətlər başlana bilər.Wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
Şahzadə
Oxatan - bu gün qarşınıza çıxacaq maneə və sədləri dəf etməmiş sakitləşməyin. Problemlər həllini tapmasa, sonradan çox ağır fəsadlara çevrilə bilər. Məqsədə doğru inamla irəliləyin. Prioritetləri yeniləyin, yolları müəyyənləşdirin. Müşküllər hesab etdiyiniz qədər ağır deyil.
İntriqa və hiyləgərliklərə əl atmayın. Fırıldaq olarsa, üstü tezliklə açılacaq, naqolay vəziyyətə düşəcəksiniz.
Şəxsi həyatınızda yaxşılığa doğru köklü dəyişikliklər ola bilər. Fəqət, bütün addımlarınız yüz ölçülüb bir biçilməlidir.
Emosiya və hisslərin təsiri altında hərəkət etməyin. Baş verən olaylara rəğmən təmkinli və soyuqqanlı davranın.
Omrum Ikimizin
Qiz buexuyemmmmm ellerinize saliq

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (368)
11:00
0

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (368)

Tarixdə Bu Gün - 20 Yanvar
09:00
24

Tarixdə Bu Gün - 20 Yanvar

20 Yanvar Yazılı Şəkilləri
23:33
70 565

20 Yanvar Yazılı Şəkilləri

20 Yanvar Yazılı Şəkilləri
23:31
110 073

20 Yanvar Yazılı Şəkilləri

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (367)
21:00
609

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (367)

20.01.2020 Gündəlik Bürclər (20 Yanvar 2020)
20:00
2 610

20.01.2020 Gündəlik Bürclər (20 Yanvar 2020)

Kişi və Qadın Beynində Fərqlər - Yumoristik Yanaşma
19:45
2 242

Kişi və Qadın Beynində Fərqlər - Yumoristik Yanaşma

Boyun xırçılladanlar mütləq oxusun
19:40
1 894

Boyun xırçılladanlar mütləq oxusun

Modamı Dediniz - Qarışıq Şəkillər 2020 (385)
19:00
452

Modamı Dediniz - Qarışıq Şəkillər 2020 (385)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ