ALiYeVdən Günlük Bürclər 23.12.2014

22 Aralık 2014
2 624
0
ALiYeVdən Günlük Bürclər 23.12.2014
ALiYeVdən Günlük Bürclər 23.12.2014

Qoç - əvvəllər əldə etdiyiniz təcrübə işinizə yarayacaq. Köhnə səhvlərinizi təkrarlamayın. Bədxah və rəqiblərin tələsinə düşməyin. Bir qədər öncə başladığınız, yarımçıq qalmış layihə və ya işə qayıdaraq onu tamamlamaq olar. Sərinləmiş münasibətləri bərpa edin. İşgüzar fəaliyyət müstəvisindəki kommunikasiyalara dəyər verin.
Eksperimentlərə əl atmayın, sınanmış üsullardan yararlanın. Günün ikinci yarısında ənənəvi məcradan çıxaraq risk etmək olar. Hissləriniz barədə açıq danışın. Sizi anlayacaqlar.

Buğa - emosional fon əlverişli deyil. Gün ərzində yaranacaq istənilən çətinliyi ürəyinizə salmayın. Xırdalıqlar və kiçik məsələlər əhvalınızı korlamasın. Kimsə ideal deyil: bunu bilin.Səbrli olun, təmkinli davranın. Bu günə mühüm danışıqlar və nüfuzlu insanlarla görüşləri planlaşdırmağa dəyməz.
Ailədə mübahisə ən önəmsiz, kiçik məsələyə görə yarana bilər. Başqa vaxtlarda belə işlərə heç fikir də verməzdiniz.
Kiçiklərin və yaşlıların davranışını sərt sözlərlə şərh etməyin. Onlar bu gün tənqidə xüsusilə həssasdırlar.

Əkizlər - böyük uğurlar vəd edən gündür. Xırdalıqlara, detallara çox vaxt ayırmayın. Gerçəkdən də, mühüm işlərlə məşğul olun. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən problemin həllini tapmaq şansı var. Maliyyə imkanlarınızı artırmaq, yeni gəlir mənbəyindən pul əldə etmək imkanları yaranır.Bu gün əldə ediləcək anlaşma və bağlanacaq müqavilələr mənfəət vəd edir.Yaxın ətrafınızdakı insanlarla tez dil tapın, yeni tanışlarda rəğbət hissi yaradın. Amma münasibətləri tam normal saymaq çətindir. Şübhəlisiniz. Sevdiyiniz insanın yanında belə, rahatlana bilmirsiniz.

Xərçəng - dostlar və müttəfiqlərin yardımları sayəsində böyük uğurlara nail ola bilərsiniz. Karyera müstəvisində irəliləyiş imkanları var. Nüfuzlu şəxsin hamliyindən və dostların dəstəyindən yararlanın. İşgüzar danışıqlar, müzakirələr və sövdələşmələr üçün yaxşı zamandır.İmiclə eksperimentlər aparmaq olar.
Alış-veriş etmək, mühüm sənədləri imzalamaq olar. Maliyyə məsələlərinin həllinin öhdəsindən yaxşı gələcəksiniz. Atdığınız addım və ya qəbul etdiyiniz qərarların izahında çətinlik çəkə bilərsiniz.


Şir - işgüzar fəaliyyət və maliyyə məsələlərinin həlli baxımından əlverişli gündür. İfrat səylər göstərmədən peşəkar fəaliyyət sahəsində uğurlara nail ola bilərsiniz. İşlərdə təşəbbüs göstərin. Ən cəsarətli ideyanız belə, dəstəklənəcək.Gəlirlər istisna deyil. Alış-verişdə tələsməyin.Enerjili, aktiv olun. İmkanlarınızı doğru qiymətləndirin. Əks təqdirdə çətin vəziyyətlərə düşəcəksiniz. Gərəksiz rəqabətə qatılmayın. Qalib gəlməyin bəzən ən sadə yolu döyüşə başlamamaqdır.

Qız - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əzmkar və qətiyyətli olun. Geri çəkilməyin, təzyiqlərə qarşı müqavimət göstərin. Qısa yol həmişə ən rahat istiqamət deyil. Məqsədə doğru dolayı yollarla da getmək olar. Yaxın ətrafınızdakı adamlar arasında uğurlarınıza paxıllıq edənlər var. Yeni düşmən peyda olarsa, təəcüblənməyin. Planlaşdırılmamış səfər və ya səyahət ola bilər.Maliyyə baxımından əlverişli vaxtdır. Gözlədiyinizdən də artıq gəlir əldə edəcəksiniz. Dəyərli hədiyyə və ya xoş sürpriz də istisna deyil.

Tərəzi - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. İşlər gözlənildiyindən də çoxdur. Qüvvə və vaxtınızı düzgün bölüşdürsəniz, işlərinizdə uğur əldə edə bilərsiniz. İşdə həmkarlarınızla münaqişəyə yol verməmək üçün çevik olun. Önəm verdiyiniz insanlarla münasibətləri qoruyun. Peşəkar fəaliyyət müstəvisində qarşınızda yeni üfüqlər açılır.Nüfuzlu şəxslərlə ünsiyyət üçün əlverişli zamandır. Dəstək və ya yardım ala bilərsiniz. Romantik təmaslar pis keçməsə də, az sonra təəssüflənəcəksiniz.

Əqrəb - emosional fonu uğurlu olmayan gündür. Səbrsiz, kəmhövsələ, qıcıqlı, sərt olmayın. İşgüzar tərəfdaşlarla fikir ayrılıqlarını tamamən dəf edin. Danışıqlar aparın, nüfuzlu şəxslə münasibətləri normallaşdırın.Yaxın ətrafınızdakı insanların sinirlərini tarıma çəkməyin. Harada nə dediyinizin fərqinə varın.Sizdən güclü rəqiblərə meydan oxumayın. Bərabər olmayan mübarizədə qələbə şansı çox azdır. Maliyyə məsələlərinin həllini təxirə salın. Alış-verişdə bədxərclik etməyin.


Oxatan - pis gün olmasa da, ehtiyatlı olun. Günün ilk yarısında təəssüf doğuracaq səhvlərə yol verilməsi ehtimalı az deyil. İnsanlara həddən artıq inanmayın, təxribata uymayın. Başqasının təsiri altına düşməyin. Öz mövqelərinizi müdafiə edin. Tənbəllik və ətalətdən uzaq durun.Saatlar keçdikcə situasiya dəyişir. Uğura doğru inamla irəliləyin.Çeviklik və güzəştlərə meyllilik yaxınlarınızla münasibətlərdə münaqişələrdən yayınmağa imkan verəcək.Bəzi qohumların davranışı sizi qıcıqlandıra bilər.Axşam saatları sakit istirahət və təhlil üçün münasibdir.

Oğlaq - işgüzar görüş, söhbətlər, çıxışlar və sınaq üçün əlverişli gündür. Emosiyalarınıza hakim olun, hisslərinizi cilovlayaraq yaxın ətrafınızdakı insanlara təsir etməyə çalışın. Əlverişli məqamdan istifadə edərək sizin üçün mühüm ideyanın dəstəklənməsinə nail olun.Şəxsi münasibətlər və ailə problemlərinin həlli üçün münasib zamandır. Sakit, soyuqqanlı, təmkinli olun. Ətrafınızda əsəblər tarıma çəkilsə də, duruma nəzarəti itirməyin.Dostlar məsləhət üçün sizə müraciət edirlər, amma verilən məsləhətə qulaq asmırlar. Qıcıqlanmayın, aqressivləşməyin.

Dolça - maliyyə məsələləri ilə bağlı perspektivlər yaxşı deyil. Ciddi itkilər ola bilər. Üstəlik, imkanlarınızdan artıq pul xərcəməyin. İşdə həmkarlarınızla münasibətləri normallaşdırın ki, bir sıra problemləri həll edə biləsiniz.Səfər və ya səyahətdə maraqlı tanışlıqlar ola bilər.Yeni işlərə, habelə ən səthi təsəvvürünüz olan layihələrə başlamaqdan çəkinməyin. Yaxın ətrafınızdakı insanları təəccübləndirərək ağır problemi həll edə bilərsiniz. Sevdiyiniz insanla münasibətləri daha da səmimi edin. Romantik görüş yaxşı keçəcək.

Balıqlar - dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız. Durumdan yararlanın. Yeni tanışlıqlar olacaq. Yaxşı tanımadığınız insanda rəğbət hissi oyadacaqsınız. Emosiyalarınıza hakim olun, hisslərə qapılmayın.İdeyalarınız uğurludur. Bütün planlar bu gün reallaşmasa da, uğura mütləq nail olacaqsınız.
Axşam saatlarında yaranacaq emosional münasibət uğurlu olacaq. Gəlir və qiymətli hədiyyə istisna deyil. Yaxşı məsləhət alacaqsınız. Dəyərli məlumatları sizinlə bölüşəcəklər.Wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.